Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-153/2025 25.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4ndan miras qalmış **-BX-*** dövlət qeydiyyat nişanlı MERCEDES BENZ 260 MİNİK markalı avtomobilin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, yəni Ərizəçi Göygöl rayonu Yalqışlaq kəndində tel:20.04.2005xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Hazırda istifadələrində olan mərhum atasından miras qalmış **-BX-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 260 minik markalı avtomobil mərhum X4nun mükiyyətində olmuşdur. X25 03 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, X4 və anası Şahid5 qeyri rəsmi nikahlarından özü və tel:21.01.2010xx.xx.2010-cu il tarixdə anadan olmuş qardaşı Şahid2 ataları vəfat etdikdən sonra yetkinlik yaşa çatmış yeganə övladı o özü varis kimi qalmışdır. Çünki atasının valideynləri illər əvvəl vəfat etmişlər və anası ilə rəsmi nikahları olmamışdır, həmçinin qardaşı azyaşlı olduğuna görə yeganə varis özü hesab edilsə də, vərəsəliyin qəbul edilməsi üçün müraciət müddətini keçirtdiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən miras əmlak onun sahibliyində olmaqla, hazırda yaşadıqları evin həyətində qalmaqdadır. Sənədləri onun adına olmadığı uçün avtomobildən istifadə etməyi mümkünsüzdür, hətda təmirə belə apara bilmirlər. Texniki cəhətdən istifadə olunmadığı üçün günü gündən nasaz vəziyyətə düşməkdədir. tel:11.06.2024xx.xx.2024-cü il tarixdə atasından qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 1 Saylı Gəncə regional regional "ASAN xidmət" mərkəzinə etdiyi müraciətə tel:11.06.2024xx.xx.2024-cü il tarixli, 1390/2024 saylı məktubla cavab verilmişdir ki, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür". Göründüyü kimi, mərhum X4ndan miras qalmış **-BX-*** dövlət qeydiyyat nişanlı mercedes benz 260 minik markalı avtomobil faktiki olaraq onların evlərində qaldığı üçün və hər zaman onların istifadələrində olduğu üçün vərəsə kimi qəbul edib ona yiyələnmiş və bu miras əmlakı idarə etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusunun məhkəməyə ünvanladığı 18 fevral 2025-ci il tarixli məktubda mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və məhkəmə tərəfindən çıxarılacaq hər hansı bir qərara heç bir etirazı olmamasını bildirmişdir. Məhkəmə iclasında ərizəçi X18 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək ərizəsini müdafiə etdi və əlavə olaraq göstərdi ki, ailədə 2 uşaqdırlar. Bir qardaşı var. Böyük uşaq özüdür. Atasından qalan avtomaşının öz adına keçirilməsini istəyir. Atası ölən gündən avtomaşını heç kim idarə etməmişdir. Mercedes markalı avtomaşındır. Mirasın onun tərəfindən qəbul edilməsini istəyir və digər vərəsələrin heç bir narazılığı yoxdur. Odur ki, mərhum atasından miras qalmış avotmaşının öz adına keçirilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçini tanıyır. Belə ki, Sara onun mərhum qardaşı Sadiq Sarıyevin qızıdır. Qardaşı rəhmətə getmişdir. Onun Sara və Sarı adlı 2 uşaqları var. Özləri 4 qardaş bir bacıdırlar. Rafiq adlı qardaşı ürək xəstəsidir, o, Rusiya Federasiyasında yaşayır. Hazırda 2 qardaş bir bacı burada yaşayırlar. Atası və anası rəhmətə gedib. Qardaşından bir ədəd avtomaşın miras qalmışdır. Qardaşı rəhmətə gedəndən maşın onun qapısındadır. Həmin miras avtomobil Ərizəçi adlı uşağındır. Buna heç bir narazılıqları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 1994-cü ildə Sadiq Sarıyevlə nişanlanıb, 1997-ci ildə evlənmişlər. 2021-ci ildə Sadiq rəhmətə getmişdir. Onların nikahları olmamışdır. Nikahlarının olmaması ilə bağlı mübahisələri də olmamışdır. Onunla öldüyü günə qədər bir yerdə yaşamışlar. Həyat yoldaşının ata evi də var. Amma o ev qaynatasının adınadır. Avtomaşınla bağlı heç bir mübahisə yoxdur. Qızı Saranın adına keçməsinə razıdır. Buna bütün vərəsələrdə razıdır. Özünün də, Sadikin də valideynləri rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, hazırda Yalqışlaq kəndində yaşayır, subaydır, yoldaşı rəhmətə getmişdir. Sara onun qardaşının qızıdır. Mərhum qardaşıX8 Saradan başqa bir dənə də Sarı adında oğlu var. Qardaşından miras qalan ata evləridir, bağıdır bir də onun avtomaşını qalmışdır. Avtomaşını miras kimi qardaşı qızı Saranın qəbul etməsinə razıdır. Onların özlərinin ayrı evləri və ayrı təsərrüfatları var. Ona görə də heç bir etirazları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Göygöl rayonunun Yalqışlaq kəndində yaşayır. 4 qardaş bir bacıdırlar. Kiçik qardaşları Sadiq rəhmətə getmişdir. Qardaşının biri Rusiyadadır və ora vətəndaşıdır. Arabir buralara gəlir. Sadikin 2 uşağı var. Bir uşağı da əvvəl rəhmətə getmişdir. Avtomobili miras kimi Sara qəbul edib. Bununla bağlı heç bir etirazları yoxdur. Hamısı razıdır ki, həmin maşın Saranın adına rəsmiləşdirilsin. X14 başqa həyat yoldaşı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Göygöl rayonunun Yalqışlaq kəndində yaşayır. Sara onun bacısıdır. Atası Sadiq rəhmətə getmişdir. Atasının adına olan avtomaşını görmüşdür. Maşın qara rəngdədir. Maşını özü sürmək istəmir. Avtomobilin bacısı Saranın adına rəsmiləşdirilməsinə razıdır və heç bir narazılığı yoxdur. Məhkəmə işdə iştirak edən ərizəçinin və şahidlərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 2005-ci il tarixdə doğulmuşdur. X4, anası Şahid5dır. xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 xx xxxxxx 2010-cu il tarixdə doğulmuşdur. X4, anası Şahid5dır. xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid5 xx xxxxxx 1973-cü ildə anadan olmuş, atası X6, anası X1r. xx.xx.2022-ci il tarixli, AZ-İ 423028 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2005-ci ildə Şahid5 qızından doğulmuş Ərizəçi atası hesab edilmişdir. xx.xx.2022-ci il tarixli, AZ-İ 423029 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2010-cu ildə Şahid5 qızından doğulmuş Şahid2 atası hesab edilmişdir. xx.xx.1995-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 02 sentyabr 1966-cı il tarixdə anadan olmuş, atası X19, anası X9r. xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş və tərcümə olunmuş surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli, AZ-İİ 480702 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2017-ci il tarixdə ölmüşdür. xx.xx.2025-ci il tarixli, AZ-İİ 480701 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2004-cü il tarixdə ölmüşdür. xx.xx.2017-ci il tarixli, AC seriyalı, 994674 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BX *** qeydiyyat nişanlı, Mercedes Benz 260 minik markalı, sedan tipli, WDB2030611F027874 ban nömrəli, buraxılış ili 2000-ci il olan avtomobil X8 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 11 iyun 2024-cü il tarixli X13 ünvanlanmış məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu müddəti keçirildiyindən mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 fevral 2023-cü il tarixli arayışından görünür ki, mərhum X15 03 avqust 2021-ci il tarixdə vəfat edib və ölən günədək Göygöl rayon Qızılca kəndində qeydiyyatda olub. Oləndən sonra onun qızı Ərizəçi və oğlu Şahid2 adlı ailə üzvləri qalmışdır. İşdə olan Göygöl rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1966-cı il tarixdə doğulmuş X15 öldüyü xx.xx.2021-ci il tarixədək subay olmuşdur. İşdə olan Göygöl rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1966-cı il tarixdə Göygöl rayonunun Yalqışlaq kəndində doğulmuş X8 xx.xx.1929-cu il təvəllüdlü atası X19 (xx.xx.2017-ci ildə ölüb), xx.xx.1933-cü il təvəllüdlü anası X12 (xx.xx.2004-cü ildə ölüb), xx.xx.2005-ci il təvəllüdlü qızı Ərizəçi və xx.xx.2010-cu il təvəllüdlü oğlu Şahid2 adlı ailə üzvləri olmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə RQİTBŞ-nin 06 fevral 2025-ci il tarixli arayışından görünür ki, həqiqətən Göygöl rayonu Qızılca kəndində qeydiyyatda olan vətəndaş X10 məxsus “Mercedes Benz 260” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı 2000-ci il buraxılışlı, qara metallik rəngli avtomobilin üzərində heç bir həbs və qadağa yoxdur. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 07 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, X3 rayonunun Yalqışlaq kəndində yaşayır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.2005-ci ildə doğulmuşdur. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan X15 ilə Şahid5 ailə münasibətlərindən Ərizəçi və Şahid2 adlı 2 uşaqları olmuşdur. X15 xx.xx.2021ci il tarixdə, onun atası X19 xx.xx.2017-ci il tarixdə və onun anası X12 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə miras əmlak “Mercedes Benz 260” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı 2000-ci il buraxılışlı, qara metallik rəngli nəqliyyat vasitəsi X5 miras qalmışdır. Hazırki iş üzrə Ərizəçi və Şahid2 X8 1-ci növbə vərəsələridirlər. Məhkəmə iclasında Sadiq Sarıyevin həyat yoldaşı Şahid5,oğlu Şahid2, bacısı və qardaşları miras qalmış avtomaşının Ərizəçi qəbul etməsinə və mülkiyyətinə keçməsinə etirazları olmamasını bildirdilər. X17 valideynlərindən sağ qalanı yoxdur. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, vərəsələr arasında X5 miras qalmış nəqliyyat vasitəsinin Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir mübahisə və narazılıqları yoxdur. Məhkəmə hesab edir ki, mülki iş üzrə ərizəçi X8 vərəsəsi olması nəzərə alınmaqla hazırki ərizə ilə müraciət etməklə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253-cü maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, ərizəçi X11 ərizəsi əsaslı olduğundan təmin edilməli, X2 adına AC seriyalı, 994674 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə qeydə alınmış, ** BX *** qeydiyyat nişanlı, Mercedes Benz 260 minik markalı, sedan tipli, WDB2030611F027874 ban nömrəli, buraxılış ili 2000-ci il olan avtomobildən ibarət miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 adına AC seriyalı, 994674 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə qeydə alınmış, ** BX *** qeydiyyat nişanlı, Mercedes Benz 260 minik markalı, sedan tipli, WDB2030611F027874 ban nömrəli, buraxılış ili 2000-ci il olan avtomobildən ibarət miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-153/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-153/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver