Məhkəmə qərarları › İş №2(066)-1582/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1582/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1582/2024 04.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu iddiaçı X2 cavabdeh X1 qarşı “Evə köcürülmə” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı X2 cavabdeh X1 qarşı “Evə köcürülmə” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etməklə, Göygöl şəhər R.Nəsibov məhəlləsi 1 nömrəli binanın 9 nömrəli mənzilinə köcürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı X2 təqdim etdiyi iddia ərizəsinə Göygöl şəhər R.Nəsibov məhəlləsi 1 nömrəli binanın 9 nömrəli mənzilə dair hüquqmüəyyən edici sənəd əlavə etməmiş və cavabdeh X1 göndərilməsi üçün iddia ərizənin nüsxəsini əlavə edilməmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən geri qaytarılmalıdır. Həmin Məcəllənin (MPM) 150.1.1-ci maddəsinə görə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində göstərilir ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.1-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X2 cavabdeh X1 qarşı “Evə köcürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X3 izah edilsin ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol 04 dekabr 2024-cü il İş № 2(066)-1582/2024 Göygöl şəhəri Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu tərəflərin iştirakı olmadan iddiaçı X2 cavabdeh X1 qarşı “Evə köcürülmə” tələbinə dair iddia ərizəsinə Göygöl Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət başladı saat 17:45-da. Hakim daxil olmuş ərizənin prosessual qaydalara uyğun verilib- verilməməsini yoxladı və müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 150 və 308-ci maddələrinin tələblərinə riayət olunmamaqla verilib. Hakim ərizənin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab vermədiyini nəzərə alaraq, onun məhkəmə icraatında baxılmağa götürülməsini və işin məhkəmə baxışına hazırlanması üzrə məhkəmə iclasının təyin edilməsini mümkün hesab etmir. Hakim yerində müşavirə edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etdi. Prosessual hərəkət qurtardı saat 17:48-də Protokol 04 dekabr 2024-cü ildə tərtib edildi. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar