Məhkəmə qərarları › İş №2(066)-1598/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1598/2023

28.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1598/2023 28.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi və məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Göygöl rayonu Göygöl Bələdiyyəsi, Azərbaycan Respublikası Göygöl rayonu Tülallar Bələdiyyəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsə hesab etmə, miras mülkə mülkiyyət hüququnun tanınması və hüquqların reyterdə qeydiyyata alınması tələbinə dair ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Göygöl rayonu Göygöl Bələdiyyəsi, Azərbaycan Respublikası Göygöl rayonu Tülallar Bələdiyyəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsə hesab etmə, miras mülkə mülkiyyət hüququnun tanınması və hüquqların reysterdə qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Göygöl rayonu Tülallar kəndində yerləşən ata nənəsindən qalan mülkün İddiaçı tərəfindən” mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsə hesab etmə, miras mülkə mülkiyyət hüququnun tanınması və hüquqların reysterdə qeydiyyata alınması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən iddia ərizəsində zəruri sənədlərin olmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-nin qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Göygöl rayonu Göygöl Bələdiyyəsi, Azərbaycan Respublikası Göygöl rayonu Tülallar Bələdiyyəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsə hesab etmə, miras mülkə mülkiyyət hüququnun tanınması və hüquqların reysterdə qeydiyyata alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılmasında olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-50-65 İş № 2(066)-1598/2023 28.11. 2023-ci il X2 Göygöl rayonu Balçılı kəndi Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2023-ci il tarixli, 2(066)-1598/2023 nömrəli qərardadına əsasən ərizəniz və ona əlavə edilmiş sənədləriniz özünüzə geri qaytarılır. Qoşma : iddia ərizəsi qərardad və ona əlavə edilmiş sənədlər « » vərəq. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar