Məhkəmə qərarları › İş №2(066)-16/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-16/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-16/2025 08.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətlərinə verilmiş Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0.94 ha torpaq ssahəsinin zəbt etdiyi 0.10 ha hissəsindən çıxarılmasına və ona yetirdiyi 600 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xanlar rayonu Topalhəsənli kəndi ərazisindən 0.94 ha torpaq sahəsinə aid İddiaçı, X6 və X3 adlarına JN-0044, KOD 50800038 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Onların paylı mülkiyyətlərində olan 0.94 ha torpaq sahəsinə bitişik qonşusu Cavabdeh torpaq sahəsi var və həmin torpaq sahəsində taxıl məhsulu istehsal edir. Cavabdeh 5 ildir ki, onların paylı mülkiyyətlərində olan 0.94 ha torpaq sahəsinin təxminən 0.10 ha sahəsini zəbt edərək taxıl məhsulu istehsal edib. Cavabdeh istehsal etdiyi taxıl məhsulunun hər bir kilorqamını 0.30-0.35 qəpikdən sataraq qazanc əldə edir. Bu 5 il ərzində cavabdehə dəfələrlə müraciət edib zəbt etdiyi torpaq sahəsini boşaltmasını xahiş etməsinə baxmayaraq könüllü olaraq torpaq sahəsindən çıxmır. Göygöl rayon şəraitində 0.10 ha torpaq sahəsindən 300-350 kiloqram taxıl məhsulu götürmək olur və cavabdeh 5 il müddətində zəbt etdiyi torpaq sahəsindən taxıl məhsulu əkərək 600 manat məbləğində qazanc əldə etməklə ona maddi zərər yetirib. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, İddiaçı ona qarşı maddi zərərin ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi ilə iddia qaldırmışdır. O, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi onun istifadəsində deyil. Sözügedən mübahisəli ərazidə kənd sakini olan X5 hasarlama işləri aparıb. Odur ki, hesab edir ki, əgər Ramalın hasarladığı ərazidə iddiaçının iddia etdiyi torpaq sahəsi varsa, iddia tələbinə cavab verməli olan şəxs kənd sakini X1r. Çünki sözügedən ərazidə onun da torpaq sahəsi olmasına baxmayaraq o özü həmin sahədə nə əkin işi, nə də hər hansı hasarlama işi aparmışdır. Yəni onun torpaq sahəsində hal-hazırda kim tərəfindən istifadə olunmasını bilmir. O cümlədən iddiaçı özü də dəfələrlə keçirilən məhkəmə iclaslarında etiraf edib ki, ona qarşı iddia tələbini formal olaraq qaldırıb. Çünki o, iddiaçının qonşusudur. Beləliklə məhkəmədən qeyd olunanları nəzərə alıb onun iddia tələbinə cavab verməli olan şəxs olmadığını əsas götürərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib bildirdi ki, özünün Göygöl rayonunun Topalhəsənli kəndində 84 sot torpaq sahəsi vardır. Cavabdeh Rövşən Tağıyevlə qonşudur. Rövşən öz yerini qohumu Ramal Qocayevə istifadə etmək üçün vermişdir. Qohumu Ramalda ona məxsus olan torpaq sahəsinin yarısını zəbt etmişdir. Həmçinin o, neçə ildir ki, torpaq sahəsini əkib becərir və ona ziyan vurur. Nə qədər ona xəbərdarlıq etsə də, buna məhəl qoyulmamışdır. Daşınmaz Əmlakdan nümayəndə də gətirib zəbt olunmuş yeri ölçdürmüşdür. Dövlət aktında torpaq sahəsi 0.94 ha qeyd olunsa da, daşınmaz əmlakdan aldığı çıxarışda torpaq sahəsi 0.87 ha göstərilmişdir. 7 sot torpaq sahəsi əskik yazılmışdır. Cavabdeh 6 il bundan əvvəl torpağı qohumuna verib ora hasar çəkmişdir. Lakin hasarı kimi çəkdiyini görməmişdir. Cavabdeh Ramal Qocayevlə əmizadədir. Ona məxsus olan torpaq sahəsində yarımçıq hasarı tamamlamaq istəyən Ramalı görüb bildirmişdir ki, torpağı hasarlamasınlar. O da demişdir ki, Rövşən deyib ki, onun yeri buradır, ona görə hasarı buradan çəkir. Onda olan məlumata görə Rövşən neçə ildir ki, Topalhəsənli kəndində yaşamır. O, Balçılı kəndində yaşayır. O Cavabdeh qardaşının yoldaşına da demişdir ki, Rövşənin telefon nömrəsini ona versin, oda danışıb torpağını zəbt etmələrini ona bildirsin. Bildiyinə görə torpaqdan istifadə edən Ramal Qocayevdir. Hasarın kimin çəkdiyini bilmir. Özü 6 il istifadə etdiyi torpaq sahəsində nə Cavabdeh, nə də ki, onun həmin torpaq sahəsinə hasar çəkdiyini görməmişdir. Torpaq sahəsində ancaq cavabdehin qohumu Fəxrəddin Qocayevi və onun oğlunu görmüşdür. Odur ki, ona vurulmuş ziyanın ödənilməsini, hasarın sökülməsini və torpaq yerinin özünə qaytarılmasını istəyir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, heç kimə əkin üçün yer verməmiş və nə də ki, hansısa qohumuna istifadə etmək üçün torpaq sahəsi verməmişdir. Özü də heç bir yerə hasar çəkməmişdir. Heç bu günə kimi nə öz torpağından, nə də iddiaçıya məxsus torpaqdan istifadə etməmişdir. Əslində iddiaçının özü ona məxsus olan torpaqdan istifadə etmişdir. Özünün 0.16 hektar pay torpaq sahəsi vardır. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçı onu əsassız yerə bu qədər məhkəmələrdə narahat etdiyinə görə o da tezliklə onu məhkəməyə verəcəkdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. İşdə olan JN-0044, KOD 50800038 saylı «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə İddiaçı Hüseyn oğlunun, X2 və X3 mülkiyyətinə 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan JN-0043, KOD 50800038 saylı «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssislərinə tapşırılmış və ekspertizanın qarşısında 1. ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X6 və X3 ümumi birgə mülkiyyətində olan Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən torpaq sahəsi ilə JN 0043 KOD 50800038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən torpaq sahəsi üst-üstə düşürmü? (Yerquruluşu xəritəsinə əsasən ölçü işləri aparılmaqla); 2. İddiaçı “İddiaçı mülkiyyətində olan ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışda göstərilən Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində yerləşən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilirmi? (Yerquruluşu xəritəsinə əsasən ölçü işləri aparılmaqla); 3. Əgər mübahisəli torpaq sahəsini Cavabdeh istifadə edirsə (zəbt etmişdirsə) (Yerquruluşu xəritəsinə əsasən ölçü işləri aparılmaqla), hansı ölçüdə və sahədə (ölçüləri, döngə nöqtələri və sxemi göstərilsin) istifadə edirmi (zəbt etmişdir)? barədə suallar qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13624/2024 nömrəli mütəxəssis rəyinə əsasən araşdırmanın nəticəsi olaraq qeyd edilənlər müəyyən olunmuşdur. 1. ********** qeydiyyat nömrəli, tel:09.01.2024xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsi JN 0043 (KOD tel:50800038********) saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə, üst-üstə düşmür. 2-ci və 3-cü sualların araşdırılması nəticəsində İddiaçı mübahisələndirərək naturada təqdim etdiyi sahə, faktıkı olaraq metal torla hasarlanmışdır. Ətrafı metal torla hasarlanmış sahənin daxilində, iddiaçının iddia etdiyi torpaq sahəsini, Cavabdeh faktiki olaraq istifadə etmədiyini bildirdi. tel:1523041359********** qeydiyyat nömrəli, tel:09.01.2024xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 0.87 ha torpaq sahəsinin 0.45 ha hissəsinin, metal torla hasarlanmış ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olundu. Məhkəmə iclasında tərəflərin izahatı, iş materialları, mütəxəssis rəyi ilə və tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, JN-0044, KOD 50800038 saylı «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” Dövlət aktı ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə İddiaçı Hüseyn oğlunun və onun ailə üzvləri X2 və X3 mülkiyyətinə 0.94 ha torpaq sahəsi və JN-0043, KOD 50800038 saylı «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” Dövlət aktı ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı Cavabdeh qarşı cavabdehin “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçının mülkiyyətinə verilmiş Göygöl rayonu Topalhəsənli kəndində yerləşən 0.94 ha torpaq sahəsinin zəbt etdiyi 0.10 ha hissəsindən çıxarılması və ona yetirdiyi 600 manat məbləğində maddi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə araşdırılmasında, mütəxəssis rəyində və tərəflərin izahatlarında cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və ona maddi ziyan vurması öz əksini tapmamışdır. Belə ki, iddia ərizəsi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəməyə təqdim edilən özündə cavabdehə qarşı müəyyən tələbləri əks etdirən yazılı müraciət formasıdır. Buna baxmayaraq iddiaçı iddia tələbində cavabdeh kimi Cavabdeh göstərsə də, məhkəməyə verdiyi izahatında özünə məxsus torpaq sahəsini cavabdehin yox, onun qohumu tərəfindən zəbt etməsini və ona ziyan vurmasını, metal torun kimin çəkməsini bilməməsini, torpaqdan cavabdehin istifadə etməməsini bildirmişdir. Hazırki iddia tələbinə cavab verməli olan şəxs Cavabdeh olmadığından, bununla da, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbi tam əsassızdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və ona maddi ziyan vurmasına dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi və zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar