Məhkəmə qərarları › İş №2(066)-1616/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1616/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1616/2023 27.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktın müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X4nun 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olması, atasının X10 və anasının Ərizəçi olması faktın müəyyən edilməsi və bu barədə doğum qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Maraqlı şəxs tərəfindən 24 noyabr 2023-cü il tarixdə məhkəməyə məktub daxil olmuşdur. Həmin məktubda Ərizəçi doğum faktının müəyyən edilməsinə dair işinə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib göstərdi ki, mərhum həyat yoldaşı X10 ilə rəsmi nikahlarlarından 9 uşaqları anadan olmuşdur. Uşaqlarından 05 may 2008-ci il tarixdə vəfat etmiş mərhum X4 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuşdur. Məlum hadisələrlə əlaqədar yaşadıqları ərazini tərk edərkən oğlunun doğum haqqında şəhadətnaməsini itirmişlər.X4 05 may 2008-ci il tarixdə vəfat etmişdir.Vərəsəlik işlərini qaydasına salmaq üçün oğlunun doğum sənədi tələb edilir. Mərhum oğlu Azərbaycan Respublikasına köçdükdən sonra da heç yerdən doğum haqqında şəhadətnamə almamışlar və doğum haqqında şəhadətnamənin alınması ilə bağlı heç bir yerə müraciət etməmişlər. Hazırda Maraqlı şəxsnə müraciət etsədə ona məhkəməyə mqraciət etməsi izah edilmişdir. Odur ki, həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında ərizəçi ilə eyni kənddən olmasını, Ərizəçi 9 uşağı olduğunu, onun X9 adlı oğlunun 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmasını, atasının X10 olmasını və 05 may 2008-ci il tarixdə vəfat etməsini, Əlyar Hüseynovun doğum haqqında şəhadətnaməsinin Ermənistan Respublikasında qalmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında həmkəndlisi Ərizəçi X4nun 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmasını, atasının X10 olmasını və 05 may 2008-ci il tarixdə vəfat etməsini təsdiq etdi. Məhkəmə iş üzrə ərizəçinin və məhkəməyə dəvət edilmiş şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2005-ci il tarixdə Xanlar RPŞ tərəfindən verilmiş AZE seriyalı 04657059 nömrəli şəxsiyət vəsiqəsinin surətində X9 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olması və Xanlar rayon Yeni Zod kəndində qeydiyyatda olması qeyd edilmişdir. İşdə olan Vİ-JQ seriyalı 485126 nömrəli xx.xx.1998-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonun Zod kəndində anadan olmuş X9 ilə 04 mart 1977-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda Qoşabulaq kəndində anadan olmuş X2 nikahları xx.xx.1998-ci il tarixdə Xanlar rayon VVAQ şöbəsində bağlanmışdır.Nikah bağlandıqdan sonra ərə Hüseynov arvada Hüseynova soyadları verilmişdir. İşdə olan AZ-İ seriyalı 259829 nömrəli xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə Xanlar rayonunun Yeni Zod kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanlamış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-894/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış, bununla əlaqədar bildirilmiş ki, itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında Ərizəçi izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi mərhum X4 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, atası X10, anası isə Ərizəçidır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olması, atasının X10, anasının Ərizəçi olması faktı müəyyən edilməli və doğum akt qeydi bərpa edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 08 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olması, atasının X10, anasının Ərizəçi olması faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar