Məhkəmə qərarları › İş №2(066)-1669/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1669/2025

10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1669/2025 10.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” na dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” na dair ərizə ilə müraciət edərək, mərhum anası X2 miras qalmış, hazırda Göygöl rayon Hacıməlik qəsəbəsində yerləşən və JN-578A, KOD-50800016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında olan 0,06 ha torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası X2 Göygöl rayonu Hacıməlik qəsəbəsində 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Anası X6 10 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Anası Qozel vəfat edəndən sonra ondan miras qalmış 0.06 ha torpaq sahəsini birinci növbə vərəsə kimi faktiki olaraq o qəbul etmiş və bu gündə həmin miras onun sahibliyində və istifadəsində olmaqla o idarə edir. Anasının digər vərəsələri miras paylarından imtina etmişlər və bu barədə notarial ərizə təqdim etmişlər. Mərhum anası Qozel Taqandurovnadan miras qalmış 0.06 ha torpaq sahəsinə dair JN- 578A, KOD-50800016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə var. O, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Göygöl rayon Notariat ofisinə müraciət etmiş, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, imtinaya səbəb kimi mirasın qəbulu müddətini keçirməsi, miras qoyanla qohumluğunun sübut edilməməsi əsas gətirərək vərəsəlik işinin açılmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək göstərdi ki, X2 Göygöl rayonu Hacıməlik qəsəbəsində 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin mirası oğlu Ərizəçi qəbul etmişdir. Əlavə olaraq bildirdi ki, Ərizəçi atası olmuş, lakin X3 rəsmi nikahları olmamış, qeydiyyat orqanına sorğu verilsədə, sorğuya cavab olaraq nikahı olmadığı bildirilmişdir. Torpaq sahəsində yaşayış evidə var, ev reyestrdə qeydiyyatdan keçməmiş, İdris hal-hazırda həmin evdə yaşayır. Ailədə 3 uşaq olmuşlar. Digər uşaqların imtina ərizələri var, həqiqətən mirası qəbul etməmişlər. Qozel 10 sentyabr 2018-ci ildə rəhmətə getmişdir. Qeyd olunan torpaqda ev var və hazırda ərizəçi həmin evdə yaşayır. Torpağa və evə aid heç bir çıxarış alınmamışdır. Kənd sakinlərindən şahidləri var. Ərizəçinin bacısı ailə qurmuş və başqa ərazidə yaşayır, qardaşı isə Bakıda yaşayır. Hər ikisi mirasdan imtina etmişlər. Şahidlərin izahatından görünür ki, Qozeldən miras qalmış 6 sot torpağı miras olaraq ərizəçi İdris qəbul etmişdir. Ərizəçi mərhum anası X2 miras qalmış Göygöl rayon Hacıməlik qəsəbəsindən yerləşən, JN-578A, KOD 50800016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında olan 0.06 ha torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində icra nümayəndəsi vəzifəsində işləyir. Ərizəçini və onun anasını tanıyır. Qozeldən qalan miras 6 sot torpaq və həmin torpaq sahəsində yerləşən evdən ibarətdir. Həmin mirası Qozel öləndən sonra Ərizəçi qəbul etmiş və hazırda həmin miras əmlakı İdris idarə edir və həmin yerdə yaşayır. Qozelin İdrsdən başqa bacı qardaşı var və onlar ərizə verərək, heç bir mübahisəsi olmadığını bildirmişlər. Qozəlin başqa həyat yoldaşı olmamışdır. 22 ildir ki, Hacıməlik qəsəbəsində icra nümayəndəsi olaraq işləyir. Halhazırda miras əmlakla bağlı bacı-qardaş arasında hər hansısa bir mübahisə yoxdur. Qozəl öldükdən sonra miras əmlakı oğlu Ərizəçi idarə edir. İdris evlənmişdir və evlidir. Anası rəhmətə getdikdən sonra İdris Bakıda yaşamış, orada işləyir. İdris yaşadığı vaxtı kommunal xərcləri özü ödəmişdir. Lakin hazırda yaşamır. İdris mirası qəbul etmiş, lakin hazırda işi ilə bağlı Bakıda yaşayır. İdrisin Bakıda hansı işdə işləməsini bilmir. Onlar 1 bacı, 2 qardaşdılar. İdrisin qardaşıda özü ilə birlikdə Bakıa yaşayır. Bacısı isə ailə quraraq Gəncə şəhərində yaşayır. Evlə bağlı hər hansı mübahisə yoxdur. Bacı-qardaş ikisidə imtina ərizəsi verərək mirası balaca qardaşları İdrisə vermişlər. Evin vergi xərclərini İdris özü ödəyir. Ruslan ərizəçinin qardaşıdır. Qozəl əvvəl Ruslanın atası ilə ailə qurub, daha sonra İdrisin atası Rafayıl ilə ailə qurub. Vahid sağ deyil, onun haqqında onlarda bir məlumat yoxdur. Qozəl onların kəndlərinə gələndə Rəfayılla gəlmişdir. Rafayıl Qozaldan əvvəl rəhmətə getmişdir. Vahidi o tanımamışdır. Qozəl gələndə Rəfayılla gəlmişdir. Gülzar və Ruslan bir atadandır, İdris isə tək uşaqdır. Vahid heç bir zaman həmin evə gəlməmiş, o Vahidi heç tanımamışdır. Rafayıl ilə ailə həyatı qurduqdan sonra Qozal onların kəntdə ev alıb onların qəsəbədə yaşamışlar. Rafayıl onların kəndçiləri deyil. Onlar təxminən 2010- 2015-ci ildən həmin evdə yaşamışlar. Ev qaçqınlar üçün tikilmiş evlər olmuş, lakin şəhadətnmə Qozalın adına idi. Evin şəhadətnaməsi Qozalın necə adına olduğunu dəqiq bilmir. Ola bilsin ki, evi kimdənsə almışdır. Ev çoxdan tikilmiş ev olmuş, həmin evi onlar tikməmişlər. Evin çıxarışı üçün müraciət etsələr də ad səhvliyinə görə çıxarış verilməmişdir. Vərəsələr miras əmlakının İdrisin adına keçməsinə etiraz etmirlər. Torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ərizəçi İdris ilə həm qonşu həm də qohumdur. Qozelin qızı onun gəlinidir. Gəlinin adı Gülzardı. Qozelin iki oğlu, bir qızı var. Qozel təxminən 5-6 il olar rəhmətə getmişdir. Qozel Bakıda xadiməçi işləyirdi və ordada rəhmətə getmişdir. Qozeldən qalan miras, torpaq sahəsi və içində evdən ibarətdir. Qozel rəhmətə getdikdən sonra evdə oğlu İdris qalmış, daha sonra işnən bağlı Bakıya gedib orada yaşamışdır. Onlar 2 qardaş, bir bacıdılar. Torpaqla bağlı aralarında heç bir mübahisələri yoxdur. Qonşu olduqdan bəri Ruslan orada yaşamır. Ruslan böyük qardaşdı, Bakıda anadan olmuşdur. Qozelin qızı Gülüzar onun gəlinidir. Onlar Gəncə şəhəri paçtavoy qəsəbəsində yaşayırlar. Evlə bağlı hər hansı mübahisə yoxdur. Qozelin yoldaşının adı Rafayıl olmuş və o çoxdan rəhmətə getmişdir. Rafayıl Qozeldən əvvəl rəhmətə getmişdir. Qozal ilk dəfə Türkmənistandan qayıdanda Bakıda kimnənsə ailə qurmuş, Ruslan və Gülzar həmin şəxsdən olmuş. Daha sonra Rəfayıla ərə getmiş, İdris Rafayıldan olmuşdur. Uşaqların anaları bir ataları isə ayrıdır. Onun oğlu və Qozelin qızı illərdir ailə həyatı qurublar, belə ki nəvəsi apreldə hərbi xidmətə gedəcək. Qozel rəhmətə gedəndə evdə heç kim yaşamamış, İdris iş üçün Bakıya getmiş, orda ofisant işləmiş və orada ailə quraraq yaşamışdır. Evə nəzarəti o etmişdir qonşu kimi. Belə ki, yaxın qonşudurlar. İdris 1 il bundan öncə bacısının yanına gəlmişdir. İndi işdən vaxt edib gələ bilmir və Bakıda kirədə qalır, ailə qurub və uşağı var. İdrisin özünün evi yoxdur. Bacı-qardaş heç biri mirasdan tələb irəli sürmür. Rafayılı tanıyırdı, vərəm xəstəsi olduğundan rəhmətə getmişdir. Rafayıl özü polis işçisi olmuş, mayor olaraq Qazaxıstanda işləmişdir. Rafayılın nə zaman rəhmətə getdiyini dəqiq xatırlamır, təxminən 10 ildən çox olar ki rəhmətə getmişdir. Rafayıl rəhmətə gedən zaman dəfn işlərini o yerinə yetirmiş, Rəfayılı o dəfn etdirmiş, həmin zaman İdris körpə olmuşdur. Evlə bağlı heç bir narazılıq yoxdur. Vərəsələr miras əmlakının İdrisin adına keçməsinə etiraz etmirlər. Torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə anadan olmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 748350 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Samux rayonu Hacıalılı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin, 02-ci ayının, 15-ci günündə qeyd aparılmışdır. (X1, anası X4.) İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-578A Kod 50800016 saylı şəhadətnamədən görünür ki, Xanlar (Göygöl) rayonu Hacıməlik qəsəbə sakini X11 rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli 17 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1376/2023 saylı qətnaməsindən görünür ki, JN-578A saylı, KOD 50800016 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Cannıyeva Gözəl” olan hissəsinin “X6” ya məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi barədə Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş arayışdan görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1376/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 971655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin, 10-cu ayının, 12-ci günündə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-16-461/25 nömrəli məktubda X3 ailə üzvülərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış və xx.xx.1981-ci il təvəllüdlü X10, xx.xx.1984-cü il təvəllüdlü qızı X9 və xx.xx.1993-cü il təvəlüdlü oğlu X12 məlumatlar aşkarlandığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-16-5/8-24/26 saylı məktubda X3 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və nikah haqqında akt qeydinin aşkar olunmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 113-5-47-11/3-2 nömrəli arayışda Ərizəçi anası X6 10 sentyabr 2018-ci il tarixdə vəfat etdiyi vəfatından sonra ondan miras qalmış 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan yaşayış evini Ərizəçi miras olaraq qəbul edib və bu gündə onun idarə etdiyi və onun sahibliyində olması və istifadə etdiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon Notariat ofisinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli X5 ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası - X3 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, qəbul etmək niyyəti yoxdur və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq. Mirası faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər o miras paydan imtina edirsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olundu ki ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. İş materiallarına əlavə edilmiş Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli X7 ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası - X3 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, qəbul etmək niyyəti yoxdur və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaq. Mirası faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər o miras paydan imtina edirsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olundu ki ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. İş materiallarına əlavə edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsi barədə notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş ərizəçinin nümayəndəsinin, şahidlərin və birinci növbə vərəsələrin notarial qaydada verdiyi ərizənin dəlillərindən görünür ki, həmin 0.06 ha torpağı ərizəçinin mərhum anası X3 torpağı kimi tanıdıqlarını, həmin torpağın Gözəl Commiyevadan miras qalmasını və torpaqla bağlı heç bir mübahisə olmadığını, miras qoyanın digər vərəsələri də mirası qəbul etmədikərini və mirasla bağlı tələblərinin olmamasını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X3 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi onun vərəsəsi olan oğlu Ərizəçi tərəfindən qəbul edilmişdir. Qeyd olunanlar iş üzrə dindirilmiş ərizəçinin nümayəndəsinin və şahidlərin ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsinə dair JN-578A, Kod 50800016 olan şəhadətnamə ilə mərhum X3 adına qeydə alınmış miras əmlakın birinci növbə vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsinə dair JN-578A, Kod 50800016 olan şəhadətnamə ilə mərhum X3 adına qeydə alınmış miras əmlakın birinci növbə vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar