Məhkəmə qərarları › İş №2(066)-17/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-17/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-17/2025 29.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, iddiaçının nümayəndəsi (arvadı) Nümayəndə1 və nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh X3 Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən və ümumi mülkiyyətlərində olan 0.2952 hektar torpaq sahəsinin zəbt etdiyi 0.06 ha torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin, cavabdeh X19 Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən və ümumi mülkiyyətlərində olan 0.2952 hektar torpaq sahəsinin zəbt etdiyi 0.06 ha torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin, Cavabdeh2 Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən və ümumi mülkiyyətlərində olan 0.2952 hektar torpaq sahəsinin zəbt etdiyi 0.07 ha torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin, cavabdeh X20 Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən və ümumi mülkiyyətlərində olan 0.2952 hektar torpaq sahəsinin zəbt etdiyi 0.03 ha torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin, cavabdeh X10 Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən və ümumi mülkiyyətlərində olan 0.2952 hektar torpaq sahəsinin zəbt etdiyi 0.075 ha torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin, cavabdeh X2 Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən və ümumi mülkiyyətlərində olan 0.2952 hektar torpaq sahəsinin zəbt etdiyi 0.015 ha torpaq sahəsində inşa etdiyi qanunsuz tikilinin öz hesablarına sökülməsini və zəbt etdikləri torpaq sahələrindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Xanlar rayon Aqrar islahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə Xanlar rayon Yeni Qızılca kəndi ərazisindən 1.19 hektar torpaq sahəsinə aid İddiaçı, X21, X4 və X13 adına JN- 165 KOD 50807005 saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktı verilmişdir. ƏMDK yanında DƏDRX-inin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA 0216111 nömrəli Çıxarışa əsasən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində olan 0.2952 ha torpaq sahəsi İddiaçı, X21, X4 və X13 mülkiyyətlərinə verilmişdir. Cavabdeh X17 ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.06 ha sahəsini zəbt edərək torpaq sahəsində özbaşına qanunsuz ev inşa etmişdir. Cavabdeh X28 ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.06 ha sahəsini zəbt edərək torpaq sahəsində özbaşına qanunsuz ev inşa etmişdir. Cavabdeh2 da ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.07 ha sahəsini zəbt edərək torpaq sahəsində özbaşına qanunsuz ev inşa etmişdir. Cavabdeh X29 ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.03 ha sahəsini zəbt edərək torpaq sahəsində özbaşına ev inşa etmişdir. X22 da ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.075 ha sahəsini zəbt edərək torpaq sahəsində özbaşına ev inşa etmişdir. X14 da ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.015 ha sahəsini zəbt edərək torpaq sahəsində özbaşına ev inşa etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək məhkəmədə onun tərəfindən cavabdehlər Cavabdeh3, X23, Cavabdeh2, X24, Cavabdeh4 və X5 qarşı "torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddia qaldırılmışdır. Hazırda iddia tələbində dəqiqləşdirmə aparır. Belə ki, iddia ərizəsində cavabdehlər Surxay Məhərrəm oğlunun və Oqtay Məhərrəm oğlunun soyadlarını səhvən Səttarov yerinə, Səfərov kimi göstərmişdir. Hazırda cavabdehlər Surxay Məhərrəm oğlunun və Oqtay Məhərrəm oğlunun soyadlarının Səfərov kimi deyil, Səttarov kimi qəbul edilməsini xahiş edir. Həmçinin ərizədə göstərilən cavabdehlər X20 və X2 cavabdehlər siyahısından çıxarılmasını və həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hissədə iddia tələbini müdafiə edir və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X11 və X23 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (arvadı) Nümayəndə1 nümayəndəsi (vəkili) Nümayəndə2 izahatında iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyində qeyd olunan həcmdə cavabdehlər tərəfindən həm torpaq sahəsinin qanunsuz zəbt olunması müəyyən olunub, həm də həmin torpaq sahəsində qeyri-qanuni tikintinin inşa edilməsi aşkar edilmişdir. Odur ki, cavabdehlərin zəbt etdikləri torpaqdan çıxarılmalarını istəyirlər. Cavabdeh4 izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, Bələdiyyə, yerli icra orqanı və sahə rəisinin iştirakı ilə torpaq alıb ev tikmişdir. Əgər qanunsuz torpaq olsaydı orda iştirak edən şəxslər ona bildirərdilər. 2010-cu ildən orada ailə üzvləri ilə yaşayır, işıq və qaz pulunu ödəyir. 15 il ərzində heç kim ona bildirməmişdir ki, bu torpağı zəbt edibdir. Ona dövlət tərəfindən heç bir yardım olunmur. Özünün başqa yerdə yaşamağa evi yoxdur. O, özbaşına zəbt etməmişdir. Ona görə ki, orada tikili gedəndə əraziyə baxan sahə rəisi və yerli icra nümayəndəliyi yaxından iştirak ediblər. Torpağa dair ona arayış da verilib və təsdiq edilib ki, bələdiyyə ilə alqı-satqı olunub. Ona işıq çəkilməsi ilə bağlı deyilmişdir ki, evin sənədi yoxdursa işıq çəkilə bilməz. Torpaq sahəsini ona qardaşı ilə anası almışdır. Həmin vaxt Bələdiyyə şəxsən özü gəlib sənəd təqdim edib ki, X6 məxsus torpaqda oqlu Oqtay ev inşa etmiş, ancaq ev sənədləşdirilməyib. Bu barədə notariusda təsdiqlənmiş arayış da verilib. Həmin arayış özündədir. Arayışı işıq idarəsinə təqdim elədikdən sonra onun evinə işıq və qaz çəkilib. Torpaqda tikdirdiyi evdə 3 az yaşlı övladı doğulub. Biraz borc xərc edib 1500 manata gücü çatar ki, iddiaçıya versin və 4.5 sot torpağa görə ona etibarnamə verilsin. Qardaşı da iddiaçıya 2000 manat verə bilər. Lap onun özü də qardaşına xahiş edər ki, 1000 manatda əlavə borc tapıb iddiaçıya 3000 manat versin. Orada evə su çəkilməyə söz verilsə də, lakın indiyədək su çəkilməmişdir. Torpaq yararsız olduğundan orada ağac əkmək də mümkün deyil. Hər ay 60 manat verib istifadə etmək üçün başqa yerdən su alırlar. Onsuz orada əzab əziyyətlə yaşayırlar. Belə alınımasını onlarda istəməzdir. Cavabdeh2 izahatında bildirdi ki, özü Daşkəsən rayon qedyiyyatdındadır, həyat yoldaşı isə Göygöl rayon qeydiyyatındadır. 2 uşağı var. Oğlu 44 günlük müharibədə yaralanıb. Dövlətdən heç bir yardım almırlar. Hazırda özləri işsizdirlər. Əvvəl onları alladaraq torpağı satıblar, onlar da bunu bilməmişlər və həmin torpaqda ev tikdirmişlər. 10 il olar ki, ev tikilib. Özü hazırda iddiaçı ilə razılığa gəlmək istəyir. Çünki evində yaralı oğlu var, onu evdən necə çıxartsın. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan ƏMDK-si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.2952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X21, X15 və X7 mülkiyyətindədir. İşdə olan «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” JN-165 KOD 50807005 saylı Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı, X21, X4 və X13 mülkiyyətinə 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan ünvan 1 ünvanlanmış məktubdan görünür ki, X28, Cavabdeh4 və Cavabdeh3 Göygöl rayonu Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayırlar və məhkəmə bildirişlərinin onlara çatdırılması təmin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 06 may 2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və həmin çıxarışın plan və ölçü sənədinə istinadən 0.2952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, müəyyən hissələrdə X3, X19, Cavabdeh2, X20 və X10 faktiki istifadəsindədir. X14, mübahisəli əraziyə keçirilən baxışda iştirak etmədiyindən, onun faktiki istifadə sahəsini müəyyən etmək mümkün olmamışdır. "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və həmin çıxarışın plan və ölçü sənədinə istinadən 0.2952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0680 ha hissəsi X3, 0.0553 ha hissəsi X19, 0.0552 ha hissəsi Cavabdeh2, 0.0228 ha hissəsi X20 və 0.0463 ha hissəsi X10 faktiki istifadəsindədir. X3 faktiki istifadəsində olan tikilinin 10.0 kv.m hissəsi, X19 faktiki istifadəsində olan tikililərin 130.0 kv.m hissəsi, Cavabdeh2 faktiki istifadəsində olan tikililərin 146.5 kv.m hissəsi, X20 faktiki istifadəsində olan tikilinin 14.0 kv.m hissəsi və X10 faktiki istifadəsində olan tikilinin 211.0 kv.m hissəsi **********29 reyestr nömrəli Çıxarışa və həmin çıxarışın plan və ölçü sənədinə istinadən, 0.2952 ha torpaq sahəsində yerləşir. Həmin tikililərə dair hüquqmüəyyənedici sənədlər aşkarlanmadı. Daşınmaz əmlak obyekti olan tikili və qurğulara dair, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində hüquqmüəyyənedici sənəd qeydə olmadığı təqdirdə, həmin tikili və qurğuların kimin mülkiyyətində olması və təyinatı barədə münasibət bildirilməsi mümkün deyildir. Torpaq sahələrinin üst-üstə düşmə halı və tikililər barədə, cizgi plan və ortofoto görüntülər rəyə əlavə edilmişdir. İşdə olan məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/8930 saylı rəyinin nəticə hissəsindən görünür ki, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********29 reyestr nömrəli Çıxarışa asasən İddiaçı mülkiyyətində olan və həmin çıxarışın plan və ölçü sənədinə istinadən 0.2952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, müəyyən hissələrdə X3, X19, Cavabdeh2, X20 və X12 faktiki istifadəsindədir. X16 mübahisəli əraziyə keçirilən baxışda iştirak etmədiyindən, onun faktiki istifadə sahəsini müəyyən etmək mümkün olmamışdır. "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********29 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan və həmin çıxarışın plan və ölçü sənədinə istinadən 0,2952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0680 ha hissəsi X3, 0.0553 ha hissəsi X19. 0.0552 ha hissəsi Cavabdeh2, 0.0228 ha hissəsi X20 və 0.0463 ha hissəsi X10 faktiki istifadəsindədir. X8 faktiki istifadəsində olan tikilinin 10.0 kv.m hissəsi, X19 faktiki istifadəsində olan tikililərin 130.0 kv.m hissəsi, Cavabdeh2 faktiki istifadəsində olan tikililərin 146.5 kv.m hissəsi, X20 faktiki istifadəsində olan tikilinin 14.0 kv.m hissəsi və X10 faktiki istifadəsində olan tikilinin 211.0 kv.m hissəsi **********29 reyestr nömrəli Çıxarışa və həmin çıxarışın plan və ölçü sənədinə istinadən 0.2952 ha torpaq sahəsində yerləşir. Həmin tikililərə dair hüquqmüəyyənedici sənədlər aşkarlanmadı. Daşınmaz əmlak obyekti olan tikili və qurğulara dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində hüquqmüəyyənedici sənəd olmadığı təqdirdə, həmin tikili və qurğuların kimin mülkiyyətində olması və təyinatı barədə münasibət bildirilməsi mümkün deyildir. Torpaq sahələrinin üstüstə düşmə halı və tikililər barədə, cizgi plan və ortofoto görüntülər rəyə əlavə edilmişdir. QEYD. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin tel:07.03.2016xx.xx.2016cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS VƏ AZCAD məlumatlarında), **********29 reyestr nömrəli Çıxarışa əsasən 0.2952 ha torpaq sahəsinin konfiqurasiyası və naturada yerləşmə mövqeyi, plan və ölçü sənədinə nisbətdə fərqli göstərilmişdir. TEKUİS AZCAD məlumatlarına istinadən araşdırma nəticəsində aşağıda qeyd olunanlar müəyyən olundu. **********29 reyestr nömrəli Çıxarışa əsasən 0.2952 ha torpaq sahəsinin, X29 və Cavabdeh2 faktiki istifadə sahələri ilə üst-üstə düşməsi halı mövcud deyildir. X19 faktiki istifadəsində olan 0.0655 ha və X3 faktiki istifadəsində olan 0.115 ha torpaq sahələri bütünlüklə, **********29 reyestr nömrəli Çıxarışa əsasən 0.2952 ha torpaq sahəsində yerləşir. X10 faktiki İstifadəsində olan torpaq sahəsinin 0.0279 ha hissəsi **********29 reyestr nömrəli Çıxarışa əsasən 0.2952 ha torpaq sahəsində yerləşir. Məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, ƏMDK-si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışına əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.2952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X21, X15 və X7 adına qeydiyyata alınmışdır. Lakin iddiaçıya məxsus 0.2952 ha torpaq sahəsinin 0.0680 ha hissəsi Cavabdeh3, 0.0553 ha hissəsi Cavabdeh1, 0.0552 ha hissəsi Cavabdeh2 və 0.0463 ha hissəsi Cavabdeh4 tərəfindən zəbt edilərək həmin torpaq sahəsindən Cavabdeh3 tərəfindən 10.0 kv.m, Cavabdeh1 tərəfindən 130 kv.m, Cavabdeh2 tərəfindən 146.5 kv.m və Cavabdeh4 tərəfindən 211.0 kv.m tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM139.3-cü mad). Həmin Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır(MM 146.3). Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasənmülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5).Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8).Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə sözügedən torpaq sahəsində tikililər inşa etmişlər. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssisin verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylərdən göründüyü kimi İddiaçı qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,2952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehlərin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Lakin iddiaçıya məxsus 0.2952 ha torpaq sahəsinin 0.0680 ha hissəsi Cavabdeh3, 0.0553 ha hissəsi Cavabdeh1, 0.0552 ha hissəsi Cavabdeh2 və 0.0463 ha hissəsi Cavabdeh4 tərəfindən zəbt edilərək həmin torpaq sahələrində Cavabdeh3 tərəfindən 10.0 kv.m, Cavabdeh1 tərəfindən 130 kv.m, Cavabdeh2 tərəfindən 146.5 kv.m və Cavabdeh4 tərəfindən 211.0 kv.m tikililər inşa edilərək iddiaçının hüquqları pozulmuşdur. Cavabdehlər iddiaçının qanuni sahibliyində olan daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsinə heç bir qanuni əsas olmadan maneəçilik törətmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,2952 ha torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2011-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında və məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/8930 saylı rəyinin nəticə hissəsində göstərilən 0.0680 ha hissəsi Cavabdeh3, 0.0553 ha hissəsi Cavabdeh1, 0.0552 ha hissəsi Cavabdeh2 və 0.0463 ha hissəsi Cavabdeh4 tərəfindən zəbt edilərək qeyd olunan torpaq sahəsində Cavabdeh3 tərəfindən 10.0 kv.m, Cavabdeh1 tərəfindən 130 kv.m, Cavabdeh2 tərəfindən 146.5 kv.m və Cavabdeh4 tərəfindən 211.0 kv.m tikililər inşa edilməsi, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun mülkiyyət və istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində **********29 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerləşən 0.2952 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən zəbt edilmiş 0.0680 ha hissəsindən Cavabdeh3, 0.0553 ha hissəsindən Cavabdeh1, 0.0552 ha hissəsindən Cavabdeh2, 0.0463 ha hissəsindən Cavabdeh4 çıxarılmalı, həmin torpaq sahəsinin zəbt edilmiş 0.0680 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş 10.0 kv.m, 0.0553 ha hissəsində Cavabdeh1 tərəfindən inşa edilmiş 130 kv.m, 0.0552 ha hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş 146.5 kv.m və 0.0463 ha hissəsində Cavabdeh4 tərəfindən inşa edilmiş 211.0 kv.m tikilələr onların öz vəsaitləri hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində **********29 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerləşən 0.2952 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən zəbt edilmiş 0.0680 ha hissəsindən Cavabdeh3, 0.0553 ha hissəsindən Cavabdeh1, 0.0552 ha hissəsindən Cavabdeh2, 0.0463 ha hissəsindən Cavabdeh4 çıxarılsın. Həmin torpaq sahəsinin zəbt edilmiş 0.0680 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş 10.0 kv.m, 0.0553 ha hissəsində Cavabdeh1 tərəfindən inşa edilmiş 130 kv.m, 0.0552 ha hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş 146.5 kv.m və 0.0463 ha hissəsində Cavabdeh4 tərəfindən inşa edilmiş 211.0 kv.m tikilələr onların öz vəsaitləri hesabına sökülsün. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 ödənilməsi nəzərə alınsın. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar