Məhkəmə qərarları › İş №2(066)-184/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-184/2024

03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-184/2024 03.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X15 Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, Ərizəçi qəyyumu Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, Saxmux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-353A Kod 50704028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Qobu Bələdiyyəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi üzrə miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o, mərhum bacısı qızı xx.xx.2017-ci ildə doğulmuş Ərizəçi qəyyumudur və Sevinc onun himayəsindədir. Onun bacısı Ərizəçi anası X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Samux rayon Qeydiyyat şöbəsində ölüm haqqında qeydlər kitabında xx.xx.2022-ci il tarixli, 214 nömrəli qeyd olunmuş və AZ-İİ 280512 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 268 nömrəli sərəncamı ilə qərara alınmışdır ki, o xx.xx.2017-ci il təvəllüdlü bacısı qızı Ərizəçi qəyyum təyin edilmiş və Ərizəçi hüquqların və qanuni mənafelərinin müdafisəi, həmçinin onun saxlanılmasına nəzarət RİH başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmuşdur. Mərhum bacısı X8 vəfat etdikdən sonra övladı Ərizəçi onun himayəsində yaşayır. Mərhum bacısından qalan mirasın qəbul edilməsi ilə bağlı 1 saylı Gəncə Regional Maraqlı şəxs notariat ofisinə müraciət etmişdir. Ona xx.xx.2023-cü il tarixində 2990 nömrəli cavabda göstərilmişdir ki, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra qəbuluna yol verilmir. Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş JN-353A Kod 50704028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Qobu Bələdiyyəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və digər mülklər üzərində hüquqları qeydiyyata alınmışdır. Bu səbəbdən də, Saxmux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-353A Kod 50704028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsi və Abşeron rayonu, Qobu Bələdiyyəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi üzrə miras əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməli oldu. İşə məhkəmədə baxılarkən Ərizəçi qəyyumu Nümayəndə tələbin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Ərizəçi Saxmux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-353A Kod 50704028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.08 ha torpaq sahəsi üzrə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi qəyyumu Nümayəndə ərizəsində göstərilənlərə uyğun izahat verərək, mərhum bacısından miras qalmış əmlakların qəyyumu olduğu Sevincin adına keçməsini istəyir. Mərhum bacısının adına Samux rayonunda şəhadətnamə əsasında verilmiş torpaq sahəsindən heç kim istifadə etmir və həmin şəhadətnamə qüvvəsindədir. Mərhum bacısı Viyaletta rəsmi ailə qurbayıb, onun qızı yəni Sevincin atalığı müəyyən edilməmiş və uşağın saxlanması üçün aliment mübahisəsi olmamış, Sevincin atalağı müəyyən edilməmiş və Sevincin ümumiyətlə atasını tanımırlar. Hazırda onun öz atası vəfat etmiş, O, anası və qardaşı mərhum bacısından qalan əmlaklar üçün heç bir tələb irəli sürmürlər. Onlar həmin əmlakların miras qoyanın qızı Ərizəçi miras olaraq qalmasını istəyirlər. Abşeron rayonu, Qobu Bələdiyyəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi sənədləri tam qeydə alındıqdan sonra həmin əmlakın da miras olaraq Ərizəçi tərəfindən qəbul edilməsini tələb edəcəklər. Bu səbəbdən mərhum bacısı X4 məxsus JN-353A, Kod 50704028 olan Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il il tarixli, 04 saylı qərarı ilə qeydə alınmış Samux rayonu, Yuxarı Ağasıbəyli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsindən ibarət miras əmlakı mərhumun biricinci növbə vərəsəsi olan qızı Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxaırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Torpağın Mülkiyyətə verilməsinə dair JN-353A Kod 50704028 saylı şəhadətnamədən görünür ki, Samux rayonu, Ağasıbəyli kənd sakini mərhum X4 Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli qərarı 0.08 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 iyul 2022-ci il tarixdə Samux rayonu, Ağasbəyli kəndində vəfat etmişdir. İş materiallarında olan, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 268 nömrəli sərəncamın surətindən görünür ki, Nümayəndə xx.xx.2017-ci il təvəllüdlü bacısı qızı Ərizəçi qəyyum təyin edilmiş və qəyyumluğa götürülən Ərizəçi hüquqların və qanuni mənafelərinin müdafisəi, həmçinin onun saxlanmasına nəzarət RİH başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmuşdur. İş materiallarında olan, 1 saylı Gəncə Regional Maraqlı şəxs Notariat ofisinin 19 oktyabr 2023-cü il tarixli, 2990 nömrəli məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmış və Azərbaycan Respublikası Mülkü Məcəllənin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan, AZ-İİİ 990306 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2017-ci ildə Abşeron rayonu, Xrdalan şəhərində doğulmuşdur. X6, anası X5r. İş materiallarına əlavə edilmiş, Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X9 xx.xx.2022-ci ildə vəfat etmiş qızı X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş, Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X12 xx.xx.2022-ci ildə vəfat etmiş bacısı X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş ərizəçinin qəyyumunun və birinci növbə vərəsələrin notarial qaydada verdikləri ərizələrin dəlillərindən görünür ki, həmin topağın ərizəçinin anasının torpağı kimi tanıdıqlarını və həmin torpaqla bağlı mübahsiə olmadığını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq Nəbiyeva Viyaletta qızının öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən Samux rayonu, Ağasıbəyli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi onun vərəsi olan qızı tərəfindən qəbul edilmişdir. Qeyd olunanlar iş üzrə dindirilmiş ərizəçinin qəyyumunun ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və Samux rayonu, Ağasıbəyli kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsindən ibarət olan miras əmlakın miras qoyanın birinci növbə vərəsəsi olan qızı Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. X1 adına Torpağın Mülkiyyətə Verilməsinə dair JN-353A, Kod 50704028 olan Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 saylı qərarı ilə qeydə alınmış, Samux rayonu Yuxarı Ağasıbəyli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət miras əmlakı Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar