Məhkəmə qərarları › İş №2(066)-186/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-186/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-186/2025 11.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, evə köçürülmə, evdən istifadəyə mane yaratmağın qadağan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, evə köçürülmə, evdən istifadəyə mane yaratmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Dozukar kəndində yerləşən evə dair onun istifadə hüququnun tanınması, həmin evə küçrülməsi və həmin evdən istifadə etməyinə maneə yaratmasının cavabdehə qadağan edilməsi haqqda qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. İddiaçı istifadə hüququnun tanınması və köçürülmək istədiyi əmlakın ünvanı, kimə məxsus olması və harada yerləşməsi göstərilməyərək ümumi olaraq tələb irəli sürmüşdür. Bundan əlavə mübahisə edilən evə dair sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı iddia ərizəsində tələbini əsaslandırdığı halları göstərməmiş, nəticədə tələbdə qeyri-müəyyənlik yaratmışdır. Göstərilən nöqsanlar məhkəmənin ilkin hazırlıq iclasında iddiaçının diqqətinə çatdırılmaqla, aradan qaldırılması məqsədilə məhkəmə hazırlıq iclası təxirə salınmış, lakin iddiaçı göstərilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, hazırda istifadə hüququnun tanınması və köçürülmək istədiyi əmlakın ünvanı, kimə məxsus olması və harada yerləşməsi barədə məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırda iddiaçı ilə arasında barışıq əldə edilməmiş və o iddiaçının evə köçürülməsinə razı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququnun tanınması və köçürülmək istədiyi əmlakın ünvanı, kimə məxsus olması və harada yerləşməsi barədə sübutları əldə edilmədən iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir və bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, evə köçürülmə, evdən istifadəyə mane yaratmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar