Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-19/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə” iddiası mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, Cavabdeh qarşı “paylı mülkiyyətdən olan yaşayış sahəsinin natura qaydasında bölünməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********16-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 iyun 2021-ci il olan çıxarışda qeyd edilən, Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzilin paylarına uyğun olaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzil onun və Cavabdeh paylı mülkiyyətindədir. Belə ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********16-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 iyun 2021-ci il olan çıxarışa əsasən Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzilin 68,9 kvadrat metri onun, 61,4 kvadrat metri isə Cavabdeh mülkiyyətindədir. Cavabdeh da həmin mənzilin paylarına uyğun olaraq naturada bölünməsinə razıdır.Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və izahat verərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********16-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 iyun 2021-ci il olan Çıxarışa əsasən Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzil onların ümumi paylı mülkiyyətindədir. O, da iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxxxx 1974-cü ildə anadan Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********16-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 iyun 2021-ci il olan Çıxarışdan məlum olur ki, Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzilin 68,9 kvadrat metr sahəsi olan olan 4,5,6 və7 saylı otaqları İddiaçı, 61,4 kvadrat metr sahəsi olan 1,2 və 3 saylı otaqlar isə Cavabdeh mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2227 nömrəli ekspert rəyindən görünür ki, Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzlin yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu nəzərə alaraq, paylı mülkiyyətdə İddiaçı payına düşən Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən 4 nömrəli mənzlin 4,5,6 və7 saylı otaqlarının naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 02.08.01.89-un 1.1,2.2,2.4 və 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğin olaraq texniki cəhətdən mümükün olduğu müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzil tərəflərin paylı mülkiyyətindədir. Həmin mənzilin 68,9 kvadrat metr sahəsi olan olan 4,5,6 və7 saylı otaqları İddiaçı, 61,4 kvadrat metr sahəsi olan 1,2 və 3 saylı otaqlar isə Cavabdeh mülkiyyətindədir. Tərəflərin hər ikisi də mənzilin naturada bölünməsini xahiş edir. Həmin mənzlin 4,5,6 və7 saylı otaqlarının naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 02.08.01.89-un 1.1,2.2,2.4 və 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğin olaraq texniki cəhətdən mümükündür. Odur ki, iddiaçı bu əmlakdan payının naturada bölünməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası MM-in 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin məcəllənin 213.5-ci maddəsinə müvafiq olaraq birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Qeyd olunan məcəllənin 223.2-ci maddəsində qeyd olunmuşdur ki, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəyə əsasən isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ona görə də, mübahisəli torpaq sahələri mülkiyyətçilər arasında bərabər qaydada bölünməlidir. Azərbaycan Respublikası MM-in 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Həmin Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********16-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 iyun 2021-ci il olan çıxarışına əsasən Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzil tərəflər arasında 68,9 kvadrat metr sahəsi olan olan 4,5,6 və7 saylı otaqları İddiaçı, 61,4 kvadrat metr sahəsi olan 1,2 və 3 saylı otaqlar isə Cavabdeh hər birinin paylar üzrə naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğindəki pul cavabehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, Teleyeva Balanisa Nəvuz qızının və Rizayeva (Ağayeva) Aygün Ağali qızının Cavabdeh qarşı “paylı mülkiyyətdən payın naturada ayrılması tələbi barədə” iddiası təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********16-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 iyun 2021-ci il olan çıxarışına əsasən Göygöl şəhəri X3 küçəsi ev 68 ünvanında yerləşən yerləşən ümumi paylı mülkiyyətdə olan, ümumi sahəsi 130,3 kvadrat metr olan 4 nömrəli mənzil tərəflər arasında 68,9 kvadrat metr sahəsi olan olan 4,5,6 və7 saylı otaqları İddiaçı, 61,4 kvadrat metr sahəsi olan 1,2 və 3 saylı otaqlar isə Cavabdeh hər birinin paylar üzrə naturada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2227 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilən qaydada bölünsün. Ekspert rəyinin verilməsi üçün ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğindəki pul Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat Cavabdeh alınaraq iddiaçılara ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-19/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-19/2024
24.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver