Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-20/2023 02.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Abbasov Qələmdar Ələmdar оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, tikilinin və qurğunun sökülməsi və zəbt edilmiş torpaq sahəsinin özünə qaytarılması tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, tikilinin və qurğunun sökülməsi və zəbt edilmiş torpaq sahəsinin özünə qaytarılması tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək ona məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş, X3 Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş JN-861A, KOD 50806028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə müəyyən edilmiş 0.22 ha və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ******* saylı çıxarışla qeydə alınmış 0.07 ha torpaq sahələri üzərində quraşdırılmış qurğunun cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və naturada özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMVC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edirki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, iş üzrə İddiaçı 22 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə İddiaçı 22 iyun 2023-cü il tarixdən vəfat etdiyindən iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiаçı İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, tikilinin və qurğunun sökülməsi və zəbt edilmiş torpaq sahəsinin özünə qaytarılması tələbinə dаir mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan ___ İş № 2(066)-20/2023 «02» avqust 2023-cü il Cavabdeh MMC-yə ünvan: Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti, 149 Göygöl Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(066)-20/2023 nömrəli qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “02 “ səhifə. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-20/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-20/2023
02.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver