Məhkəmə qərarları › İş №2(066)-247/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-247/2024

07.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-247/2024 07.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Nicat Vüsal oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Zəbt oolunmuş torpaq sahəsindən çıxardılması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Zəbt oolunmuş torpaq sahəsindən çıxardılması tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4n oğlunun mülkiyyətində olan, Göygöl rayonu Qırıqlı kəndində yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-475A (KOD:********) nömrəli şəhadətnamədə 0,10 hektar həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən damdan çıxarılmaları barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən onun mülkiyyətinə Göygöl rayonu Qırıqlı kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-475A (KOD:********) nömrəli şəhadətnamədə verilmişdir. Cavabdeh1 2020-ci ildə ona müraciət edərək, ailəsinin yaşayış yeri olmadığına görə həyətində olan boş yardımçı damı ona kirayə verməyi xahiş etmişdir. O, Cavabdeh1 ilə ayda 100 manata razılaşmışdır. Onun evindən həmin dama elektrik enerjisinin çəkilməsinə də razılıq vermişdir. Ancaq Cavabdeh1 və ailə üzvüləri kirayə haqqını ödəmədiklərinə görə onlardan həmin damı boşaltmalarını tələb etmişdir. Cavabdeh1 və ailə üzvüləri isə həmin damı boşaltmamışlar. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, onunla İddiaçı arasında bağlanmış şifahi müqaviləyə əsasən o, İddiaçı mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsini 2100 (iki min bir yüz) manata almış və orada ailəsi üçün dam tikmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 da iddia tələbini qəbul etmədi və əsasən Cavabdeh1 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxxx 1973-cü il tarixdə anadann olmuşdur və Göygöl rayonu Qırıqlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-475A (KOD:********) nömrəli şəhadətnamənin surətindən məlum olur ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə Göygöl rayonu Qırıqlı kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5847 saylı rəyindən məlum olur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-475A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Göygöl rayonu Qırıqlı kəndi ərazisində 0,947 hektar (sənədə 0,10 hektar göstərilmişdir) həyətyanı torpaq sahəsinin müəyyən hissəsi, Cavabdeh1 və ailə üzvülərinin faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü məyyən olundu. “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 475A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Göygöl rayonu Qırıqlı kəndi ərazisində 0,947 hektar (sənədə 0,10 hektar göstərilmişdir) həyətyanı torpaq sahəsinin 0,01 hektr (100 kvadrat metr) hissəsi Cavabdeh1 və ailə üzvülərinin faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü məyyən olundu. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-475A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Göygöl rayonu Qırıqlı kəndi ərazisində 0,947 hektar (sənədə 0,10 hektar göstərilmişdir) həyətyanı torpaq sahəsinin Cavabdeh1 və ailə üzvülərinin faktiki istifadə sahəsi ilə üst-üstə düşən 0,01 hektr (100 kvadrat metr) hissəsi üzərində baxış zamanı tikili mövcud olmadığı müəyyən olunmuşdur. Həmin torpaq sahəsində tikililərin mövcud olmamaına görə 4-cü və 5-ci sualların təhqiqatı aparılmamışdır. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 0,947 hektar (sənədə 0,10 hektar göstərilmişdir) həyətyanı torpaq sahəsinin 0,01 hektar (100 kvadrat metr) hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir, istifadə edilir və həmin 0,01 hektar (100 kvadrat metr) həyətyanı torpaq sahəsinin üzərində isə tikili, dam mövcud deyildir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5847 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, cavabdehlər həmin 0,01 hektar (100 kvadrat metr) həyətyanı torpaq sahəsindən çıxmalıdırlar. Ona görə də iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarım ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələbləri qismən təmin edilməsinə görə olaraq cavabdehdən yarı hissəsi alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pula görə 30 (otuz) manat məbləğində pul cavabdehdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə iddiaçıdan 35 (otuz beş) manat, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15 (on beş) manat alınaraq alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Zəbt oolunmuş torpaq sahəsindən çıxardılması tələbinə dair” iddiası qismən təmin olunsun.

1. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-475A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən Göygöl rayonu Qırıqlı kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,01 hektar (100 kvadrat metr) hissəsindən çıxarılsınlar.

2. İddia tələbi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-475A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən Göygöl rayonu Qırıqlı kəndi ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,09 hektar hissəsindən və damdan çıxarılması hissəsində təmin edilməsin.

3. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul alınıb, İddiaçı verilsin.

4. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə iddiaçıdan 35 (otuz beş) manat, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15 (on beş) manat alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar