Məhkəmə qərarları › İş №2(066)-25/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-25/2024

16.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-25/2024 16.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X3 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 qarşı “vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 Cavabdeh1 qarşı “vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacıları mərhum X2 vərəsələri hesab edilmələri və ondan miras qalan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 90.3 kv.m yaşayış sahəsinin və 0.06 ha torpaq sahəsinin bərabər paylarla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kımı, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 qarşı “vərəsəlik hüquqlarının tanınması və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar