Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-250/2024 02.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X7 Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni, İddiaçı 25 may 2022-ci il tarixdə vəfat etmiş mərhum atası X2 və 02 iyul 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X5 vərəsəsi tanınması, 25 may 2022-ci il tarixdə vəfat etmiş mərhum atası X1 və 02 iyul 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X3 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnamədə göstərilən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 091F KOD ********* saylı Şəhadətnamədə göstərilən) 0,17 ha torpaq sahələrini və mərhum atası X1 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, mərhum atası X1 və mərhum anası X3 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnamədə göstərilən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F KOD ********* saylı Şəhadətnamədə göstərilən) 0,17 ha torpaq sahələrinə və mərhum atası X1 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə onun tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək, işin baxılmadan saxlanılmasını və iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən İddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı “vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi” nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-250/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-250/2024
02.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver