Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-254/2023 16.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq mülkiyyətində olan Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışın qarşısında , Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz,özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunaraq Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılması, cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının ona həvalə olunması barədə qətnamə çıxarılmasını və eləcədə cavabdehin qanunsuz hərəkətlərinə AR Cinayət Məcəlləsinin tələbləri baxımından qiymət verilməsi məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı iddia sını belə əsaslandırmışdır ki, Xanlar rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 20 saylı protokoluna əsasən, Xanlar Mənzil İstismar İdarəsinin mənzil fonduna daxil olan Xanlar şəhəri, S.Hacıyev küçəsi, 86 saylı evdə yaşayan X7 Böyük Vətən müharibəsinin iştirakçısı olması nəzərə alınaraq, onun yaşadığı ümumi sahəsi 94,7 kv.m., o cümlədən, yaşayış sahəsi 70 kv.m., mətbəx 12,8 kv.m., açıq aynabənd 8,8 kv.m., bağlı aynabənd 7,8 kv.m., hamam 8 kv.m., dəhliz 5,3 kv.m., təsərrüfat damı 67,6 kv.m., zirzəmi 16,1 kv.m. və satış dəyəri 13.840 manat olan yaşayış evinin onun şəxsi mülkiyyətinə keçirilməsi, vətəndaş X17 ilə alqı-satqı müqaviləsinin rəsmiləşdirilib, texniki inventar pasportun alınıb, rayon XDS İK-də qeydiyyata salınması qərara alınmışdır. Bu protokoldan sonra bağlanmış xx.xx.1991-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən ev və yerləşdiryi 217 kv.m. torpaq sahəsi X1.X7 1992-ci ildə vəfatından sonra xx.xx.1993-cü il tarixdə hüququ haqqında və X25 hüququ haqqında şəhadətnamələrə əsasən Xanlar şəhəri, S.Hacıyev küçəsi, 86 saylı ev yerləşdiyi 283 kv.m. torpaq sahəsi üzərində X4 hüquqları tanınmışdır. Bundan sonra, 1993-cü X4 adına tərtib olunmuş Xanlar şəhəri, S.Hacıyev küçəsi, 86 saylı fərdi yaşayış evinin texniki pasportunda evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 217 kv.m, faktiki isə 283,7 kv.m. olduğu göstərilmişdir. xx.xx.2001-ci il tarixdə bağlanmış müqaviləsinə əsasən X2 şəhəri, S.Hacıyev küçəsindəki 86 saylı evin 1 otaq 28 kv.m., mətbəx 12.8 v.m., dəhliz 5,3 kv.m., açıq eyvan 8,8 kv.m., ǝl damı 29,9 kv.m. olan hissələrini qızı X9 bağışlamışdır. Bağışlamadan sonra, X4 mülkiyyətində qalan əmlaka Xanlar şəhəri, S.Hacıyev küçəsi, ev 86a ünvanı verilmişdir. Bu ünvana dair tərtib olunmuş sentyabr 2001-ci il tarixli yaşayış evinin texniki pasportunda evin yerləşdiyi torpaq sahəsinin 195,2 kv.m. olduğu göstərilmişdir. Daha sonra, bu evə ünvan 1 ünvanı verilərək, ümumi sahəsi 49,9 kv.m. olan bu ünvana dair X5 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət eydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli X25 hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanı üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır və əmlak bu günədək iddiaçının mülkiyyətindədir. Sözügedən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi evin sahiblərinin istifadəsində olmuşdur. Lakin hazırda həmin torpaq sahəsi bu torpaqda yerləşən digər iki mənzilin - Göygöl şəhəri, H.Əliyev prospekti, ev 36, mənzil 1 və Göygöl şəhəri, H.Əliyev prospekti, ev 86, mənzil 2-nin mülkiyyətçiləri də daxil olmaqla heç kimin mülkiyyətində deyildir, dövlət mülkiyyətindədir. ünvan 2 ünvanı X4 qızı X10 bağışladığı daşınmaz əmlaka verilmiş ünvandır. X14 ümumi sahəsi 44.9 kv.m. olan həmin mənzili xx.xx.2019-cu il tarixdə Cavabdeh satmışdır. Cavabdeh hazırda onun mülkiyyətində olmayan, ümumi istifadədə olan torpaq sahəsində özbaşına, qanunsuz olaraq tikinti işləri aparmış və mənzilimin giriş-çıxışının qarşısında qanunsuz tikinti inşa etmişdir. Bununla da, cavabdeh ümumi istifadədə olan torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Ondan bu qanunsuzluğa son qoymasını və özbaşına tikintiləri sökərək, qanunsuz tikintiləri inşa etdiyi həyətyanı sahəni bostan sahəsini yenidən sakinlərin, o cümlədən, onun ümumi istifadələrinə qaytarmasını tələb etmiş, lakin cavabdeh özbaşınalığına bu günədək son qoymamışdır. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında iddianı müdafiə edərək İddiaçı mülkiyyətində olan Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışın qarşısında , Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz,özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunaraq Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılması, cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoymasının ona həvalə olunması barədə qətnamə çıxarılmasını və eləcədə cavabdehin qanunsuz hərəkətlərinə AR Cinayət Məcəlləsinin tələbləri baxımından qiymət verilməsi məqsədilə xüsusi qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmədə dindirilmiş şahid X11 ifadə verərək göstərdi ki, ünvan 3 ünvanda yerləşən mənzili onun bacısı X14 Cavabdeh satmışdır.Leyla umumi istifadada olan torpaq sahəsindəki 6 ədəd ağacı kəsib , beton salıb,quş damı tıkıb, hasar çəkmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən kecirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışın qarşısında , Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh qanunsuz, özbaşına tikinti inşa edilməsinin mövcüd olduğu Azərbaycan Respublikası Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5322 nömrəli ekspert rəyində öz əksini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat tarixli xx.xx.2002-ci il olan ********** və texniki pasportdan görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 49.9 kv.m olan mənzil tam payla X5 mülkiyyətidir. İşdə olan X25 hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki,İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi hesab edilmiş. Şəhadətnamə ilə verilən miras əmlak xx.xx.2002-ci il olan ********** qeydiyyat nömrəli reyesrdən çıxarışa əsasən miras qoyan X6 məxsus ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 49.9 kv.m olan mənzildən ibarətdir. İşdə olan Daçınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki,X3 şəhəri H.Əliyev prospekti ev 86, mənzil 1 saylı ünvanda yerləşən ümumi sahəsi 49.9 kv.m olan mənzilni Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5322 nömrəli ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 21-3-33/2-4961/2023 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən inşa edilmiş 17.45 metr daş hasarla hasarlanmış 117.66 kv.m torpaq sahəsi mövcud olduğu və həmin 117.66 kv.m torpaq sahəsinin 64.23 kv.m hissəsi üzərində Cavabdeh tərəfindən köməkçi tikililər inşa edildiyi, Cavabdeh tərəfindən daş hasarla hasarlanmış və üzərində köməkçi tikililər inşa edilmiş 117.66 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.2 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4961/2023 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023cü il tarixli 10/5322 nömrəli ekspert rəyinə qiymət verib ekspertin çıxardığı nəticə ilə razılaşır. Məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən ekspertiza rəyinə obyektiv hüquqi qiymət verilərkən Cavabdeh tərəfindən daş hasarla hasarlanmış və üzərində köməkçi tikililər inşa edilmiş 117.66 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan ekspertiza rəyinə uyğun olaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 6714 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4961/2023 saylı mütəxəssis rəyinə görə 95 (doxsan beş) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5322 nömrəli ekspert rəyində görə 100 (bir yüz) manat ekspertiza xərci hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119 və 117.1-ci maddələrinə uyğun olaraq məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5322 nömrəli ekspert rəyinə görə hesablanmış 100 (bir yüz) manatı Cavabdeh aid edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 230, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Göygöl şəhəri H.Əliyev prospekti ev 86, mənzil 3-ün giriş-çıxışının qarşısında , Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin yerləşdiyi mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsində və dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz, özbaşına tikililər Cavabdeh hesabına sökülsün. Həmin torpaq sahəsi əvvəlki vəziyyətinə bərpa olunsun.Göygöl şəhəri H.Əliyev prospektindəki 86 saylı evin bütün mənzil mülkiyyətçilərinin və sakinlərinin ümumi istifadəsinə qaytarılsın.Cavabdehin həmin torpaq sahəsindən ümumi istifadəyə yaradılan maneələrə son qoyması Cavabdeh həvalə olunsun. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5322 nömrəli ekspert rəyinə görə hesablanmış 100 (bir yüz) manat alınıb VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. İddianın cavabdehin qanunsuz hərəkətlərinə AR Cinayət Məcəlləsinin tələbləri baxımından qiymət verilməsi məqsədilə xüsusi qərardad qəbul edilməsi tələbinə dair hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-254/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-254/2023
16.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver