Məhkəmə qərarları › İş №2(066)-265/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-265/2025

23.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-265/2025 23.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və üçüncü şəxs Göygöl RİH-nin Göygöl Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh X6 və üçüncü şəxs Göygöl RİH-nin Göygöl Mənzil-Kommunal X1rşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzilin mənzil kirayə müqaviləsi onun adınadır. Mənzildə onunla bərabər cavabdeh və övladları qeydiyyatda dururlar. Qeyd edir ki, cavabdeh onu mənzildən qovmuşdur. O, dəfələrlə polisə müraciət etsə də, adına olan mənzilə köçə bilmir. Cavabdeh onu mənzilə buraxmır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənzildən istifadə edə bilmir. Ona görə də o, məhkəmə qaydasında mənzilə köçürülməlidir. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-265/2025 saylı mülki işində Cavabdeh adı Gülnara kimi qeyd edilmişdir. Odur ki, cavabdeh X3 adının Gülnara kimi yox Gülnarə kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, verdiyi izahatında göstərdi ki, sözügedən mənzil 1988-ci ilin qaçhaqaç vaxtı onlar rayona gələn zaman onlara verilmişdir. İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən evi almışdır. O, yaşlı ata və anası ilə həmin mənzilə yerləşdikdən sonra həmin ildə rayon camaatından olan X10 ilə evlənərək təxmini 2 il birlikdə həmin evdə yaşamışlar. Daha sonra ev tikdirməsi üçün torpaq sahəsi götürmüş və bundan sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Təxminən 1 il Rusiyada işlədikdən sonra 8000 manat məbləğində qazandığı pulla qayıdaraq və üzərinə 20000 manat məbləğində kredit götürərək rayonda aldığı torpaq sahəsində ev inşa etdirməyə başlamışdır. Evin tikintisi gedən zaman həyat yoldaşı Gülnarə ondan ata və anasını qaldıqları evdən çıxarmasını istəmişdir. Daha sonra həyat yoldaşının anasına söylədiyi nalayiq sözlərdən sonra evdə mübahisə yaranmış və o, yoldaşını və oraya sonradan gələn qaynını döymüşdür. Yoldaşı və qaynı qohumluq əlaqələrindən istifadə edərək onu 30 sutka tutdurmuşlar. O, həbsə gedən zaman ata və anası evdə qalmış, yoldaşını isə qovaraq atası evinə göndərmişdir. O, 30 sutka həbsdə qalıb çıxdıqdan sonra yoldaşı ilə olan münaqişəsi davam etmişdir. Öz anası isə ailəsinin dağılmasına icazə verməməsini ondan istəmişdir. O, 1993-cü ildə ata-anasını götürüb həmin evdən çıxaraq hazırda Kəlbəcərlilər qaldığı uçuq binaya yerləşərək orada yaşamışdır. Həmin müddət ərzində almış olduğu torpaq sahəsində evin tikintisini çətin şəraitdə olsa da, davam etdirmişdir. Onlar yerləşdikləri binada 1 il yaşadıqdan sonra atası vəfat etmişdir. Həmin ərəfədə isə yoldaşı hazırda mübahisəsi gedən mənzildə yaşamışdır. Bundan sonra tərəflər arasında boşanma ilə bağlı məhkəməyə müraciət olunmuş və məhkəmə qərarı əsasında o və həyat yoldaşı ayrılmışlar. Bundan sonra həyət evində anası, o və ikinci həyat yoldaşı yaşamış, bina evində isə Cavabdeh yaşamışdır. Həmin həyət evində yaşaya-yaşaya 2000-ci ildə anası vəfat etmişdir. Əlavə olaraq bildirir ki, ilkin evlə bağlı adına order verilmiş, həmin ev rəsmi onun adına olmuşdur. Məhkəmə mübahisəsi zamanı Cavabdeh ilkin bina evinin İddiaçı məxsus olduğu bildirilmiş, yalnız sonradan tikilən həyət evinə yarı hissədə mülkiyyət payı olduğu Cavabdeh izah edilmiş və ayrılacaqları təqdirdə həmin həyət evində gedib yaşaya biləcəyi izah edilmiş, lakin Cavabdeh buna razı olmamışdır. Daha sonra 1997-ci ildə o, tikdirmiş olduğu həyət evini daşqın nəticəsində sel dağıtmış, o, 20000 manat məbləğində pul ayıraraq həmin həyət evini bərpa etdirdikdən sonra Cavabdeh iddia edərək hər iki evin cavabdehə məxsus olduğunu bildirmişdir. O, özü mübahisəli evə yaşamaq üçün getməmişdir. Belə ki, özü qorxmuşdur ki, əgər evə getsə cavabdeh onu yenə Polisə şikayət etdirə bilər. Çünki cavabdeh 2 dəfə onu polisə şikayət edərək tutdurmuşdur. Cavabdeh əgər hər iki evə dair ona pul verərsə, o da bununla razılaşar və çıxıb başqa yerə yaşamağa gedər. Bu səbəbdən sözügedən mənzilə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin sözügedən mənzili özəlləşdirmək istəməsinə baxmayaraq cavabdeh həmin evdən çıxmayaraq mənzilin özəlləşdirilməsinə imkan verməmişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Göygöl RİH-nin Göygöl Mənzil-Kommunal Təsərüffatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, iddia olunan mənzil hazırda dövlətin balansında olan mənzildir. Həmin mənzillə bağlı order vətəndaş İddiaçı adına verilmişdir. Bugünə kimi həmin orderlə bağlı heç bir dəyişiklik olmamış, sadəcə vətəndaş hazırda orderdə qeyd olunan evdə yaşamır, lakin həmin evdə qeydiyyatdadır. Vətəndaşın həmin mənzildən istifadə hüququndan məhrum edilməsi ilə bağlı hər hansı qərar mövcud deyildir. Əlavə olaraq hazırda İddiaçı 1-ci yoldaşı və uşaqları həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar, sözügedən mənzildən istifadə ilə bağlı kommunal xərclərə dair qəbzlər də həmin şəxslərin adınadır və mənzilin kommunal ödənişlərini də onlar edirlər. Həmçinin mənzilin xüsusiləşməsi ilə bağlı tərəflərdən heç biri müvafiq orqan Əmlak Komitəsinə müraciət etməmiş, bununla belə həmin mənzilə dair order bu günədək qüvvədə qalmışdır. Həmçinin mübahisəli mənzillə bağlı hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən məhkəməyə ərizə göndərilmişdir. Sözügedən ərizədə göstərmişdir ki, İddiaçı X7 qarşı "evə köçürülmə" tələbinə tel:23.04.2025xx.xx.2025-ci il tarixə, saat 10:00-a təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcək. Qeyd olunan vaxtda icraatında olan X4 təyin edilmiş başqa işin məhkəmə baxış iclasında iştirak edəcəkdir. İddiaçı iddiasını qəbul etmirlər. Mübahisəli mənzil dövlət mülkiyyətində olmaqla 21 kv.m və bir otaqdan ibarətdir və həmin otaqda da cavabdeh və əlavə olaraq 4 nəfər ailə üzvü yaşayır. Həmçinin iddiaçı ilə cavabdeh və ailə üzvləri arasında mütəmadi olaraq dava-dalaş olmaqla mübahisəli ailə kimi onlar polisdə qeydiyyatdadırlar. Ona görə də işə onların iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə1 izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, 92-ci ildən iddiaçı mübahisəli mənzildə yaşamır. Hazırda iddiaçının uşaqları köçüb orada yaşayırlar. Mübahisə olduğuna görə ev sənədləşdirilməyib. Tərəflər arasında öz aralarında razılığa gəlmək mümkün deyil. Ev dövlətin balansında olan evdir. Kirayə müqaviləsi üzrə cavabdeh Gülnarə və ailə üzvləri orada yaşayırlar. Həmin evdə iddiaçı və cavabdehdən əlavə uşaqları da qeydiyyatdadırlar və orada yaşayırlar. Əgər iddiaçı qeyd olunan evdə köçüb yaşamaq istəyirsə getsin yaşasın. Buna etiraz etmirlər. Cavabdeh Gülnarə Məmmədovanın imkanı çatmaz ki, iddiaçıya pul ödəyib onu çıxartsın. Tərəflərin nikahları 96-cı ildə pozulmuşdur. İddiaçının adına digər ünvanda əmlak da vardır. Onunla bağlı tərəflərin mübahisəlri də olub. İş Ali məhkəməyədə gedib qayıtmışdır. 93-cü ildən İddiaçı mübahisəli evdə yaşamır. Bu barədə arayış da vardır. İddiaçı sözügedən evdə yaşamayıb deyə həmin evə istifadə hüququna dair iddia qaldırılmayıb və bu barədə hər hansı qətnamə də yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən Göygöl RİH-nin Göygöl Mənzil- Kommunal Təsərüffatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, həmin H.Əliyev prospekti 66 saylı ünvanda yerləşən ev Mənzil Kommunalın balanasındadır. Hazırda evdə Gulnarə Mehdiyeva yaşayır. Evin orderi var. İddiaçı qeyd olunan evdə qeydiyyatdadır, ancaq orada uzun illərdir ki, yaşamır. Ev ona kirayəçi kimi verilmişdir. Özü 4 ildir Mənzil-X2 Birliyində işləsə də, iddiaçını həmin evdə heç vaxt görməmişdir. Evin Kommunal xərcləri Cavabdeh tərəfindən ödənilir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndələrinin izahatını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xanlar şəhər X15 və İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli birgə qərarı əsasında verilmiş № 24 nömrəli Orderdən görünür ki, Xanlar (Göygöl) şəhəri Səbuhi Hacıyev küçəsi 66 nömrəli ev İddiaçıov oğlunun və onun ailə üzvlərinin adına verilmişdir. İşdə olan Xanlar rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Cavabdeh nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1996-cı ilin 3-cü ayının 18-ci günündə qeyd edilmişdir. İşdə olan Xanlar Rayon Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli, 484 nömrəli X11 verilmiş arayışın surətindən görünür ki, həqiqətən Xanlar rayon DTİ və MHQİ arxiv məlumatlarına görə Ə.Qurbanovun onun adına qeydiyyatda xüsusi mülk vardır. Xanlar rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi əsasında X8 adına olan mülk 1 (bir) otaq, yaşayış sahəsi 28.5, ümumi torpaq sahəsi 300.0 kvm-dən ibarətdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət arxivinin xx.xx.2023cü il tarixli İddiaçı ünvanlanmış Xanlar rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə tel:23.10.1992xx.xx.1992-cı il tarixli, 52 saylı sərəncamından arxiv çıxarışının surətindən görünür ki, Mənzil İstismar İdarəsinin tel:30.09.1992xx.xx.1992-ci il tarixli 3556 № li məktubuna əsasən vətəndaş İddiaçı 4 nəfər ailə üzvü ilə uzun müddət Səbuhi küçəsi 66 № li mənzildə sənədsiz yaşayır. http://E.M.Qurbanovİddiaçı - Vardenis rayonunun Nərimanlı kəndindən qaçqın düşmüşdür. Onun çətin yaşayış vəziyəti nəzərə alınaraq Səbuhi küçəsi 66 № li mənzildə 1 otaqlı 21.1 kv.m. sahəsi olan mənzil İddiaçı ailəsinə verilməsi qeyd olunmuşdur. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Bilriyinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, xx.xx.1992-ci il tarixli 24 saylı orderə əsasən verilmiş İddiaçı Göygöl şəhəri S.Hacıyev küçəsində 1 (bir) mərtəbəli, 1 (bir) otaqlı, 21.1 kv.m yaşayış sahəsindən ibarət 66 nömrəli mənzildə qeydiyyatdadır və yaşamır. Evin mülkiyyət forması Dövlət mənzildir. Evin sahibi yaşayışçı İddiaçıdur. Evdə daimi qeydiyyatda olanlar; 1956-cı il təvəllüdlü İddiaçı (yaşamır), onun keçmiş həyat yoldaşı 1955-ci il təvəllüdlü Cavabdeh (1995-ci ildən yaşayır), qızı 1989-cu il təvəllüdlü X12 (yaşamır), qızı 1991-ci il təvəllüdlü X17 (1995-ci ildən yaşayır), qızı 1993-cü il təvəllüdlü X18 (yaşamır), qızı 1996-cı il təvəllüdlü X19 (yaşamır) və nəvəsi 2017-ci il təvəllüdlü X14 (2017-ci ildən yaşayır). İşdə olan xx.xx.2023-cü il tarixli zibil pulu barədə qəbzin surətindən görünür ki, İddiaçı 11 (on bir) manat ödəniş etmişdir. İşdə olan 01 iyul 1995-ci il tarixli əlyazma iltizamın surətindən görünür ki, Cavabdeh həmin iltizamı sabiq həyat yoldaşı İddiaçı verir ondan ötrü ki, o, İ.Məmmədov küçəsi 6 saylı ünvanda yerləşən mülkə köçən kimi, Səbuhi Hacıyev küçəsi 66 nömrədə yerləşən evi İddiaçı təhvil verəcəkdir. Ona görə də iltizamı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Bilriyinin xx.xx.2025-ci il tarixli, 25 saylı məhkəməyə ünvanlanmış arayışının surətindən görünür ki, Göygöl şəhər H.Əliyev prospekti (keçmiş S.Hacıyev) 66 sayli mənzil dövlət mənzilidir və Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Sözügeden mənzil 23 oktyabr 1992-ci il tarixli 24 saylı orderlə yaşayışçı kimi İddiaçı Mamed oğluna və ailə üzvlərinə verilmişdir. Qurbanov X21 şəhər H.Əliyev prospekti (keçmiş S.Hacıyev) 66 saylı ünvanda daimi yaşayış qeydiyyatında olmağına baxmayaraq 1996-cı ildən hal-hazırki vaxtda kimi göstərilən ünvanda yaşamır. Həmin mənzilin kirayə haqqı və zibil pulu qeyd olunan ünvanda daimi yaşayış qeydiyyatında olan və hal-hazırda yaşayan Cavabdeh tərəfindən ödənilir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş və Xanlar (ünvan 5 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndələrinin izahatının və iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən olundu ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi Xanlar rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə xx.xx.1992-ci il tarixli 52 saylı sərəncamından çıxarışa əsasən 24 nömrəli order əsasında X11 və onun ailə üzvləri, yəni keçmiş həyat yoldaşı X7, qızı X13 və qızı X9 yaşayış üçün verilmişdir. İddiaçı qeyd olunan mənzildən keçmiş həyat yoldaşı cavabdeh X10 ilə aralarında baş vermiş narazılıqlara görə 1996-cı ildə öz ata-anası ilə birlikdə çıxmış və yaşamaq üçün başqa yerə getmiş, həmin vaxtdan hal-hazıra qədər də mübahisəli evə qayıtmamışdır. İddiaçı və cavabdehin aralarında olan nikah qeydiyyatı 1996-cı ildə pozulmuşdur. Göygöl şəhər H.Əliyev prospekti (Keçmiş S.Hacıyev) 66 sayli mənzil dövlət mənzilidir və Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. İddiaçı sözügedən ünvanda daimi yaşayış qeydiyyatında olsa da, 1996-cı ildən göstərilən ünvanda yaşamır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq özünün ünvan 8 ünvanda yerləşən mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını tələb edir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Qeyd edilməlidir ki, iş üzrə tərəflər arasında mübahisəli mənzilə münasibətdə mülki hüquq münasibəti 1992–ci ildən yaranmışdır. Hal-hazırda mənzil dövlət mənzil fonduna aiddir olmaqla iddiaçının adına qeydə alınmışdır, həmin münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir. Belə ki, mübahisəli hüquq münasibətinin predmeti mənzilə istifadə hüququ və mənzilə köçürülmədir. Ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə “mənzilə köçürülmə” tələbi İddiaçı mübahisəli mənzilə köçürülməsi baxımından hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvüləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mubahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Normanın mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı, 2) şəxs yaşadığı yerdən məhrum edilibmi, 3) məhrum edilmə qanunidirmi. Hazır ki, işdə iddiaçının köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilməyib, hazırda mənzil onun adına order əsasında qanuni əsaslarla qeyd alınmaqla, onun həmin mənzilə istifadə hüququnun itirilməsi barədə heç bir qərar mövcud deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən İddiaçı iddia tələbində qeyd etdiyi mübahisəli mənzildən istifadə hüququ vardır. Belə ki, İddiaçı order əsasında mənziln qanuni sahibi olmaqla ona yaşamaq üçün verilmiş mübahisəli mənzildən digər ailə üzvləri kimi onun da istifadə hüququ vardır və həmin mənzili 1992-ci ildə əldə edib müəyyən müddət yaşamışdır. Tərəflər arasında olan nikah 1996-cı ildə pozulmuş, İddiaçı yaranmış mübahisə səbəbindən öz iradəsinə zidd olaraq yaşadığı mənzildən çıxmış, onun adına qeydə alınmış order ləğv edilməmiş və onun həmin mənzildən istifadə hüququnun itirilməsi barədə heç bir qərar qəbul edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında mənzildən çıxması, mənzilin qanuni sahibi olaraq sözügedən mənzilə gözlənilən mülkiyyət hüququnun olması onun iddiasının əsaslı olmasını göstərir. Ona görə də, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı Göygöl şəhər H.Əliyev prospekti (keçmiş S.Hacıyev) 66 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Göygöl şəhər H.Əliyev prospekti (keçmiş S.Hacıyev) 66 saylı mənzilə köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar