Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-28/2023 16.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, cavabdeh X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh X6 və Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilk Kommisiyasına qаrşı “uşaq” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh X6 və Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilk Kommisiyasına qаrşı “uşaq” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh X6 ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 anası X1 alınıb onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 ilə xx.xx.2013-cü il tarixdə nikah qeydiyyatından keçib ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı ilə cavabdeh bir müddət yaxşı yaşamış, sonradan cavabdehin iddiaçıya xəyanəti nəticəsində aralarında olan münasibətlər pozulmuş və nikahları ləğv edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası qismən təmin edilmiş, onunla aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah ləğv edilmiş, birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqlar xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cüs il təvəllüdlü X8 anasının himayəsinə verilmiş, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Qətnamə çıxarılmasına baxmayaraq hər iki uşaq anasına getməkdən imtina etmişdir. Bu barədə İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş aktlar vardır. Uşaqlar psixoloqun iştirakı ilə dindirilmiş, anaya getməkdən imtina etmişlər, cavabdehin ona xəyanət eməsini iddiaçının oğlu Kamil özü açmışdır. İddiaçı dəfələrlə müraciət etməyinə, Göygölə gəlib uşaqlarla görüşmək istəməyinə baxmayaraq uşaqlarla iddiaçıya görüşməyə imkan verməmişlər. İdiaçının anası Göygöl rayon İcra Hakimiyyətinə görüşlə bağlı müraciət etmiş, cavabdeh uşağın görüşməsinə şərait yaratmamışdır. İddiaçı uşaqların təhislində, tərbiyəsində, sağlamlığında iştirak etmək hüququ vardır. Cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. Bu səbəbə görə də iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 izahatında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh və onun vəkilinə telefon vasitəsilə də məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilk Kommisiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 08728468 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Ermənistan Respublikasının, Vardenis rayonu, Zod kəndində doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə doğulmuşdur. AZE seriyalı, 10807439 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mədinə Mamedova xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Elvira Mamedovadır. AZE seriyalı, 10807438 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kamil Mamedov xx.xx.2013-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Elvira Mamedovadır. Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının uşaq tələbi haqqında 05 avqust 2022-ci il tarixli rəyindən görünür ki, komissiya yetkinlik yaşına çatmayan X7 və X5 mənafeyinə uyğun olaraq, onları bir birindən ayırmamaq üçün anaları X2 himayəsində qalmalarını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 20 sentyabr 2014-cü il təvəllüdlü X5 anası X3 bağlılığı üzə çıxmaqla, atası İddiaçı bağlılığı müəyyən olunmur. 26 iyul 2013-cü il təvəllüdlü X9 məhkəmə-psixoloji müayinəyə təqdim edilmədiyindən onun barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. 26 iyul 2013-cü il təvəllüdlü X8 psixi cəhətdən normal inkişaf etməklə, onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri və idrak proseslərində normadan kənaraçıxma halları müəyyən olumur. 26 iyul 2013-cü il təvəllüdlü X8 əqli və psixi inkişafına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikri və mülahizələrini ifadə etmək qabiliyyətinə malik olmaqla, halhazırda onun psixikası və davranışında hansı valideynin himayəsində qalmasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Bişanmadan sonra uşağın hansı valideyinin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il təvəlüdlü X7 halhazırda anası X3 bağlığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, atası İddiaçı bağlığı müəyyən olunmur. xx.xx.2013-cü il təvəllüdlü X9 əqli və psixi inkişafına görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini ifadə etmək qabiliyyətinə malik olmaqla, onun psixikası və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. xx.xx.2013-cü il təvəllüdlü X7 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. X9 psixi cəhətdən normal inkişaf etməklə, idrak (psixi) proseslərin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X6 və Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilk Kommisiyasına qаrşı “birgə nikah dövründə anadan olmuş uşaqların atanın himayəsində qalması və aliment” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı cavabdeh X6 ilə xx.xx.2013-cü il tarixdə nikah qeydiyyatından keçib ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı ilə cavabdeh bir müddət yaxşı yaşamış, sonradan cavabdehin iddiaçıya xəyanəti nəticəsində aralarında olan münasibətlər pozulmuş və nikahları ləğv edilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası qismən təmin edilmiş, onunla aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah ləğv edilmiş, birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqlar xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cüs il təvəllüdlü X8 anasının himayəsinə verilmiş, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Qətnamə çıxarılmasına baxmayaraq hər iki uşaq anasına getməkdən imtina etmişdir. Bu barədə İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş aktlar vardır. Uşaqlar psixoloqun iştirakı ilə dindirilmiş, anaya getməkdən imtina etmişlər, cavabdehin ona xəyanət eməsini iddiaçının oğlu Kamil özü açmışdır. İddiaçı dəfələrlə müraciət etməyinə, Göygölə gəlib uşaqlarla görüşmək istəməyinə baxmayaraq uşaqlarla iddiaçıya görüşməyə imkan verməmişlər. İdiaçının anası Göygöl rayon İcra Hakimiyyətinə görüşlə bağlı müraciət etmiş, cavabdeh uşağın görüşməsinə şərait yaratmamışdır. İddiaçı uşaqların təhislində, tərbiyəsində, sağlamlığında iştirak etmək hüququ vardır. Cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. Bu səbəbə görə də iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Hazırki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X5 cavabdehdən tələb edərək ona verilməsini istəyir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi “Elşolts Almaniyaya qarşı” işi üzrə isə qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır” Avropa İnsan Hüquqları Məhkəməsi “Maumousseau və Washington Fransaya qarşı” 06 dekabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Neulinger and Shuruk İsveçrəyə qarşı” 06 iyul 2010-cu il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; O, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, milli məhkəmələrin, xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli araşdırılması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq, həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparıla bilməməsinə daha çox diqqət yetirməlidir. “Pençevi Bolqarıstana qarşı”, eləcədə “Nazarenko Rusiyaya qarşı” iş üzrə də Avropa Məhkəməsi uşaqların maraqlarının üstün tutulmasını qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Olsson İsveçə qarşı” iş üzrə 24 mart 1988-ci il tarixli qərarında göstərmişdir ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları biri-birindən ayrı yaşamağa məhkum etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasında münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç hökuməti üç qardaşı biri-birindən ayrı saldığına görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” üzrə Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıq-aydın mane olma əlamətləri görünürsə). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Səlahiyyətli milli orqanlara verilən mülahizə sərbəstliyi məsələlərin mahiyyətinə və maraqların əhəmiyyətinə görə dəyişəcəkdir. Belə ki, Məhkəmə səlahiyyətli orqanların, xüsusilə də, himayə qərarı verərkən geniş bir mülahizə sərbəstliyinə malik olduqlarını müəyyən edir. Bununla belə, hər hansı digər məhdudiyyətlərə, məsələn, valideynlərin və uşaqların ailə həyatına hörmət hüququnun səmərəli müdafiəsini təmin etmək üçün nəzərdə tutulmuş hər hansı hüquqi təminata gəldikdə ciddi araşdırma tələb olunur. Bu cür əlavə məhdudiyyətlər kiçik bir uşağın bir və ya hər iki valideyni ilə münasibətlərinin azaldılması təhlükəsinə səbəb olur (bax Sahin Almaniyaya qarşı, no.30943/96, paraqraf 65, və Sommerfeld Almaniyaya qarşı, no.31871/96, paraqraf 63). Göründüyü kimi, İddiaçı cavabdeh X6 ilə 2013-cü ildə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Sonradan münasibətləri pozulan tərəflər ayrılmışlar. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh uşağın mənafeyinə uyğun gəlməyən hər hansı hərəkətə yol vermədiyi halda, həmçinin onun uşaqları öz himayəsində saxlama arzusu nəzərə alınmadan uşaqların cavabdehin himayəsində saxlanılması ilk növbədə iddiaçının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndində təsbit olunmuş uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək hüququnu pozaraq onu bu hüquqdan əsassız şəkildə məhrum etməyə gətirib çıxara bilər. Həmçinin bu cür hala yol verilməsi uşaqları da öz valideynləri tərəfindən tərbiyə olunmaq hüququndan məhrum edir. Bundan başqa, cavabdeh fəaliyyət qabiliyyətsiz hesab edilməmiş, valideyinlik hüququndan məhrum edilməmiş və onun hüququ hər hansı qaydada məhdudlaşdırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının uşaqlarını tələb etməsinə baxmayaraq uşaqların iddiaçının yanında qalması uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəylər verilmiş və rəylərə “ekspertiza xərclərinə dair bildirişlər” əlavə edilmişdir. Həmin bildirişlərdən görünür ki, Mərkəz tərəfindən məhkəməpsixoloji ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 240 (iki yüz qırx) manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 240 (iki yüz qırx) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdeh X6 və Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilk Kommisiyasına qаrşı “uşaq” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 240 manat cavabdeh İddiaçı tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-28/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-28/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver