Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-28/2025 15.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Quşqara kəndində Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş 40 metr uzunluğunda olan özbaşına tikilinin-hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və mülkiyyət hüququ ilə ona məxsus olan 179.4 kv.m torpaq sahəsinin zəbtdən azad edilməsi və Cavabdeh həmin torpaq sahəsinə girişinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixdə X1 alqı-satqı müqaviləsinə əsasən almış, həmin torpaq sahəsinin 179.4 kv.m hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh onun mülkiyyət hüququnu pozmuşdur. Pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş etdim issəsində göstərdiyi 179.4 kv.m-nin 180 kv.m kimi oxunmasını və ödədiyi 195 manat məbləğində məhkəmə xərclərinin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək bildirdi ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsini 2018-ci ildən almışdır. Həmin torpaq sahəsinə dair onun adına çıxarışı var. Daha sonra torpaq sahəsini satmış sonra isə ziyanlıq edərək geri qaytarmışdır. Torpaq sahəsinə görə psixoloji sarsıntılar yaşamışdır. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən obyekt yeri kimi zəbt edib hasara alıbdır. İddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının torpaq sahəsini zəbt etməmiş və hər hansı bir tikinti aparmamışdır. Həmin torpaq sahəsini ona bələdiyyə təhvil vermişdir. Mütəxəssislər torpaq sahəsinə baxış keçirərkən oda iştirak etmişdir. Torpaq sahəsi ona məxsusdur, işin yekunlaşmasını istəmir, iddianı əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Göygöl rayonu Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsini X1 5000 manata satın almışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 159 nömərli reyestr kitabının 18 nömrəli vərəqində qeydə alınmışdır. İşdə olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A№ 122213 saylı Torpaq sahəsinin Plan və ölçüsünün surətindən görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 114 nömərli reyestr kitabının 49 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində: 1).Qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********22 olan çıxarışa əsasən Göygöl rayonu Quşqara kəndində İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədi qeydə alınmadığından, mülki işin qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, qərardad suallarının cavablandırılması üçün, tərəflərindən aparılan araşdırma zamanı, həmin çıxarışın verilməsinə əsas olan ilkin sənədlərə və elektron kadastr bazası materiallarına istinad olunmuşdur. İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair **********22 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdən olan, X2 adına qeydə alınmış A 439672 nömrəli plan və ölçü sənəddə göstərilən koordinatlar və elektron kadastr bazası materiallarına istinadən, həmin 0.06 ha torpaq sahəsinin müəyyən hissəsinin, Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşməsi halı aşkarlandığı; 2). İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair **********22 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdən olan, X2 adına qeydə alınmış A 439672 nömrəli plan və ölçü sənəddə göstərilən koordinatlar və elektron kadastr bazası materiallarına istinadən, həmin 0.06 ha torpaq sahəsinin 180.0 kv.m hissəsinin, Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşməsi halı aşkarlandı. Həmin 0.06 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşən 180.0 kv.m hissəsi daş hasarla sərhədlənmişdir. Araşdırma zamanı İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə dair **********22 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdən olan, X2 adına qeydə alınmış A 439672 nömrəli plan və ölçü sənəddə göstərilən koordinatlara istinadən 0,06 ha torpaq sahəsinin 2,26 kv.m hissəsinin, mülki iş üzrə tərəflərdən olmayan X5 adlı şəxsin mülkiyyət hüququnu təsdiq edən, **********10 reyestr nömrəli çıxarışın, A179109 nömrəli plan və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlandığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7294 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Sevindik Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********22 olan çıxarışa əsasən Göygöl rayonu Quşqara kəndində İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədi qeydə alınmadığından, mülki işin qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, qərardad suallarının cavablandırılması üçün, tərəflərindən aparılan araşdırma zamanı, həmin çıxarışın verilməsinə əsas olan ilkin sənədlərə və elektron kadastr bazası materiallarına istinad olunmuşdur. İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair **********22 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdən olan, X2 adına qeydə alınmış A 439672 nömrəli plan və ölçü sənədə göstərilən koordinatlar və elektron kadastr bazası materiallarına istinadən, həmin 0.06 ha torpaq sahəsinin müəyyən hissəsinin, Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmışdır. İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair **********22 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdən olan, X2 adına qeydə alınmış A 439672 nömrəli plan və ölçü sənədə göstərilən koordinatlar və elektron kadastr bazası materiallarına istinadən, həmin 0.06 ha torpaq sahəsinin 180.0 kv.m hissəsinin, Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmışdır. Həmin 0.06 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşən 180.0 kv.m hissəsi daş hasarla sərhədlənmişdir. Araşdırma zamanı İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə dair **********22 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan ilkin sənədlərdən olan, X2 adına qeydə alınmış A 439672 nömrəli plan və ölçü sənəddə göstərilən koordinatlar və elektron kadastr bazası materiallarına istinadən, həmin 0,06 ha torpaq sahəsinin 2,26 kv.m hissəsinin, mülki iş üzrə tərəflərdən olmayan X5 adlı şəxsin mülkiyyət hüququnu təsdiq edən, **********10 reyestr nömrəli çıxarışın, A179109 nömrəli plan və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlandığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM139.3-cü mad). Həmin Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır(MM 146.3). Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasənmülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5).Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8).Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni, cavadehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 180.0 kv.m hissəsini daş hasarla sərhədləmişdir. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssis verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylərdən göründüyü kimi İddiaçı qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********22 olan çıxarışa əsasən Göygöl rayonunun Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilmiş 180 kvm hissəsində inşa edilmiş daş hasar iddiaçının qanuni sahibliyinə və mülkiyyətinə verilmiş torpaq sahəsində tikilmiş, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasar iddiaçımın hüquqlarını pozur, cavabdeh iddiaçının qanuni sahibliyində olan daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsinə heç bir qanuni əsas olmadan maneəçilik törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Göygöl rayonunun Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********22 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olmasını, Göygöl rayonunun Quşqara kəndində yerləşən xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********22 olan çıxarışda və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə 13 avqust 2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 0.06 ha torpaq sahəsinin 180.0 kv.m hissəsinin Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun mülkiyyət və istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndində yerləşən 0.06 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 180 kvm hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş daş hasar Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Cavabdeh məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülmlidir. Məhkəmə xərci qismində Cavabdeh 195 (bir yüz doxsan beş) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu Quşqara kəndində yerləşən 0.06 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 180 kvm hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş daş hasar Cavabdeh vəsaiti hesabına sökülsün. Cavabdeh məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Məhkəmə xərci qismində Cavabdeh 195 (bir yüz doxsan beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-28/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-28/2025
15.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver