Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-282/2023 25.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı “Göygöl rayon Çaykənd kəndində yerləşən 0.28 ha torpaq sahəsinin 1992-ci il tarixdən istifadəsində olmasının müəyyən edilməsi, Göygöl rayon Arxivində olan Çaykənd kəndinə məxsus 1996-2000-ci illərə aid təssərüfatbaşına kitabda və Çaykənd bələdiyyəsində olan siyahıda sözü gedən torpaq sahəsinə dair adı qeyd olunmuş şəxslə eyni şəxs olmağının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göygöl rayon Çaykənd kəndində yerləşən 0.28 ha torpaq sahəsinin 1992-ci il tarixdən hal-hazır ki, dövrə qədər istifadəsində olmasının, Göygöl rayon Arxivində olan 1996-2000-ci illərə aid Çaykənd təssərüfatbaşına kitabında qeyd olunmuş X22 ilə onun eyni şəxs olmağı yəni təssərüfatbaşına kitabda göstərilən şəxsin İddiaçı olmağının müəyyən edilməsi, Göygöl rayon Çaykənd bələdiyyəsinin siyahısında həmin torpaq sahəsinin qarşısında yazılmış X3 İddiaçı olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı iddianın əsaslandırma hissəsində göstərmişdir ki, Göygöl rayonu Çaykənd kəndində özünə məxsus ev və evin yerləşdiyi 0.28 ha torpaq sahəsini 1992-c il tarixdən hal-hazır ki dövrə qədər istifadə etmiş, həmin torpaq sahəsində yerləşən evdə 2001-ci il tarixə qədər arvadı və qızı ilə birlikdə yaşamış, lakin yaşadığı ev 2001-ci ildə yararsız hala düşdüyündən orda sonralar yaşaya bilməmişdir. Yaşaya bilməsədə həmin evdən əl damı kimi, torpaq sahəsindən isə 1992-ci il tarixdən hal-hazır ki dövrə qədər fazilsiz istifadə etmişdir. Göygöl rayon Arxivindən həmin ev və torpaq sahəsinə dair Çaykənd kənd təssərüfatbaşına kitabdan arayış almaq istəsədə həmin kitabda onun adı səhvən X7 qeyd olunduğundan ona arxiv arayışı verilməmişdir. Onu qohum dost arasında Zülqərinə əvəzinə Zülü kimi tanıyırlar. Ona görədə həmin dövürdə təssərüfatbaşına kitabını onun adını qeyd edən şəxs Zülqərinə əvəzinə Zülü kimi qeyd etmişdir. Həmcinin ona məxsus olan torpaq sahəsi Göygöl rayon Çaykənd bələdiyyəsinin mülkiyyəti kimi tanındığını, halbuki həmin torpaq sahəsi 1992-ci il tarixdən yəni bələdiyyə yaranmamışdan qabaq onun istifadəsində olmasını, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsi barədə ona hec bir məlumat verilmədiyini, Göygöl rayon Çaykənd bələdiyyəsi ona məxsus torpaq sahəsini səhvən qardaşı X3 adına qeyd etdiyini, halbuki qardaşı X3 Çaykənd kəndində özünə məxsus 0.20 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində fərdi yaşayış evi olmasını, qardaşı X3 xx.xx.2018 tarixdə, onun arvadı X8 isə xx.xx.2012-ci il tarixdə vəfat etdiyini, mərhum qardaşı X3 Cavabdeh1 və Cavabdeh2 adlı 2 övladı olduğunu, mərhum qardaşının vərəsələrinə onunla birlikdə notariat kontoruna gedib həmin torpaq sahəsinin ona məxsus olması barədə notariat qaydada ərizə verməsini istəsədə onların notariat kontoruna getməkdən yayındıqlarını, ona görə də Göygöl rayon Çaykənd kəndində yerləşən torpaq sahəsinin 1992-ci il tarixdə istifadəsində olmasının, Göygöl rayon Arxivində olan Çaykənd təssərüfat başına kitabda qeyd olunmuş X22 ilə onun eyni şəxs olmağı, həmin torpaq sahəsinin Çaykənd bələdiyyəsinin siyahısında qeyd olunmuş X3 İddiaçır Cəfər oğlu ilə eyni olması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək göstərdiki, o ailə üzvləri yəni arvadı və yaxın qohumları (qardaş,bacısı,ata-anası) ilə Ağdərə rayonundan məcburi köçkün gələrkən Göygöl rayon Çaykənd kəndində məskunlaşmışdır. O arvadı Humayla sözü gedən torpaq sahəsində olan evdə yaxın qohumları (qardaşbacıları,ata-anası) isə həmin torpaq sahəsinin qonşuluğunda yerləşən evlərdə məskunlaşmışlar. Yaxın qohumları hər biri məskunlaşdığı evlərə və torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər alsada o sənəd ala bilməmişdir. O bildirdi ki, sərhəd qonşuluğunda əmisinin arvadı X14, o biri tərəf qonşuluğunda əmisi oğlu X2, sərhəd qonşuluğunda olmasada yaxın qonşuluqda qardaşıları X11 və X20, əmisi oğlu X9 və s qohumları yaşamaqla bərabər yaşadıqları ev və torpaq sahələrinə hüquqmüəyyənedici sənədlər almışdırlar. Onun həmin evdə 1992-ci il tarixdə Aynurə adlı qız uşağı dünyaya gəlmişdir. O həmin evdə ailə üzvləri ilə birlikdə 2001-ci ilə kimi yaşamış və təssərüfatı olmuşdur. Sonradan ev yararsız hala düşdüyündən evdən əl damı kimi istifadə etmişdir. O 1992-ci il hal-hazır ki dövrə qədə torpaq sahəsindən fasiləsiz olaraq istidadə edir. Buna baxmayaraq həmin torpaq və evə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Çünki Göygöl arxivi və Caykənd bələdiyyəsində onun adı səhvən qeyd olunduğundan ona hüquqmüəyyənedici sənədlərin alınması üçün arayışlar və yaxud sənədlər verilmir. Ona görədə torpaq sahəsinə və evə dair hüquqmüəyyənedici sənədləruin alınması üşün qətnamənin qəbul edilməsini xahiş etdi. Mlüki iş üzrə Cavabdeh1 məhkəmə zalında izahat verərək bildirdi ki, iddiaçı onun əmisidir və atası X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X5 məxsus Göygöl rayon çaykənd kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev olmuşdur. Həmin torpaq sahəsinə dair mərhum atası Zülfüqar Hüseynovun adına JN-694F saylı şəhadətnamə, həmin 0.20 ha torpaq sahəsində yerləşən evə dair qeydiyyat vəsiqəsi olmuşdur. Onun mərhum atası Zülfüqar Hüseynovun adına olan 0.20 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi 0.28 ha torpaq sahəsi Caykrən kəndinin ayrı yerlərində yerləşir. Sözü gedən torpaq sahəsi 1992-ci il tarixdən indiki dövrə qədər İddiaçı tərəfindnən istifadə olsada, nə o nədəki qardaşı Cavabdeh2 iddianı qəbul etmir. Çünki iddiaçının iddia etdiyi torpaq sahəsi Caykənd bələdiyyəsinin torpaqların kimlər tərəfindən istifadə olunması barədə siyahısında mərhum atası Zülfüqar Hüseynovun adına göstərilmişdir. Ona görədə 0.28 ha olan torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz edirlər. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş üzrə maraqlı şəxs Göygöl rayon Çaykənd Bələdiyyəsinin sədri Vaqif Əliyev məhkəmə iclasında izahat verərək bildirdi ki, Çaykənd bələdiyyəsinin torpaqların siyahıya alınmasına dair siyahıda 0.28 ha torpaq sahəsi Zülfüqar Hüseynovun adına göstərilsədə lakin həmin torpaq sahəsi 1992-ci il tarixdən hal-hazır ki, dövrə qədər İddiaçı istifadəsində olmuşdur. Mülki iş üzrə şahid qismində iştirak edən X2 məhkəmə zalında izahat verərək bildirdi ki, Zülqərinə və cavabdehlər ilə qohumdur, həmcinin onun evinin yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus olan evin torpaq sahəsi divar qonşusudur. 1992-ci il tarixdən hal-hazır ki tarixə qədər Zülqərinə ilə qonşu olmuşdur. Sözü gedən torpaq sahəsində yerləşən evdə Zülqərinə və ailə üzvləri 2001-ci il tarixə qədər yaşamış, indiki dövrə qədər isə fasiləsiz həmin daşınmaz əmlaklardan istifadə etmişdir. Zülqərinənin qardaşı Zülfüqarın torpaq sahəsi Çaykənd kəndində yerləşsədə həmin torpağın Zülfüqara və onun övladlarına hec bir aidiyəti yoxdur. Mülki iş üzrə şahid qismində iştirak edən X17 məhkəmə zalında izahat verərək bildirdi ki, Zülqərinə və cavabdehlər ilə qohumdur və 1992-ci il tarixdə Ağdərə rayonunda məcburi gəldikdə Göygöl rayon Caykənd kəndində yerləşmişdir. O yerləşdiyi evə dair hüquqmüəyyənedici sənədlər almışdır. Sözü gedən torpaq sahəsində yerləşən evdə Zülqərinə və ailə üzvləri 2001-ci il tarixə qədər yaşamış, indiki dövrə qədər isə fasiləsiz həmin daşınmaz əmlaklardan istifadə etmişdir. Zülqərinənin qardaşı Zülfüqarın torpaq sahəsi Çaykənd kəndində yerləşsədə həmin torpağın Zülfüqara və onun övladlarına hec bir aidiyəti yoxdur. Məhkəmə iddia ərizəsini mülki iş materialları, tərəflərin və şahidlərin ifadələri ilə əlaqəli nəzərdən kecirib hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki işin obyektiv hərtərəfli araşdırılması üçün müxtəlif dövlət orqanlarına o cümlədən Göygöl rayon icra hakimiyyətinin Çaykənd icra nümayəndəliyin sorğu verilmişdir. Göygöl rayon icra hakimiyyətinin Çaykənd icra nümayəndəliyi məhkəmənin sorğusuna, 5- 47-15/2-47 nömrə ilə, 25 aprel 2023-cü il tarixdə cavab vermiş və cavabında, İddiaçı və arvadı X10 Ağdərə rayonundan 1992-ci il tarixdən məcburi köçkün gəldikdə sözü gedən 0.28 ha torpaq sahəsində yerləşən evdə məskunlaşdığını, həmin evdən 2001-ci il tarixə qədər istifadə etdiyini, ev 2001-ci il tarixdə yararsız hala düşdüyündən 2001-ci il tarixdən həmin evdə yaşamadıqlarını, evdə yaşamasalarda evdən və 0.28 ha torpaq sahəsindən 1992-ci il tarixdən indiki dövrə qədər istifadə etdiyini göstərmişdir. Göygöl rayon Dövlət Arxivi məhkəmənin sorğusuna, 3-48-16RA/2-A-21/2023 nömrə ilə, 25 aprel 2023-cü il tarixdə cavab vermiş və cavabında, Göygöl rayon İcra hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid 5-nömrəli təssərüfatbaşına kitabın 424 nömrəli şəxsi hesab vərəqində, təssərüfat üzvlərinin siyahısı qrafasında ail başçısı hissəsində- xx.xx.1955-ci il doğumlu X15, arvadı hissəsində- xx.xx.1958-ci il doğumlu X10, qızı hissəsində- 16 dekabr 1992-ci il doğumlu X4 olduğunu, həmcinin təssərüfatda ailə başçısına məxsus 0.28 ha torpaq sahəsinin olduğunu göstərmişdir. Göygöl rayon Caykənd bələdiyyəsi məhkəmənin sorğusuna 25 aprel 2023-cü il tarixdə cavab vermiş və cavabında, Çaykənd bələdiyyəsinin mülkiyyətində olan 0.28 ha torpaq sahəsinin 1992-ci il tarixdən indiki dövrə qədər İddiaçı istifadə etməsini, X3 mülkiyyətində olan torpaq sahəsinin Caykənd kəndində ayrı ərazidə yerləşməsini, həmin torpaq sahəsindən Zülfüqar Həsənovun istifadə etməməsini, sözü gedən 0.28 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə Caykənd bələdiyyəsinin etirazı olmadığını göstərmişdir. Mülki iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-694F saylı şəhadətnamədə Xanlar Aqrar islahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Göygöl rayon Çaykənd kəndində yerləşən 0.20 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş ******* saylı Çıxarışda Göygöl rayon, Çaykənd kəndi, 13-cü məhəllədə yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 43.7 kv m yaşayış, 61.5 kv.m köməkçi sahədən ibarət 50 nömrəli fərdi yaşayış X3 mülkiyyətində olduğu göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AЭ № 280705 saylı nigaha daxil olmaq haqqında şəhadətnamədən İddiaçı ilə X10 22 oktyabr 1976-cı il tarixdə nigaha daxil olmaqları göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş №302146 saylı doğum haqqında şəhadətnamədə X1 16 dekabr 1992-ci il tarixdə doğulması, atası İddiaçı olması, anasının X18 olması göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş (Ağdərə rayonundan 1992-ci il tarixdə məxburi köckün gəlmiş) X6 adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla müəyyən olunan 0.63 ha torpaq sahəsi İddiaçı istifadəsində olan 0.28 ha torpaq sahəsi ilə qonşu olması göstərilmişdir. İddiaçı istifadəsində olan 0.28 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, həmin torpaq sahəsinin cayın qorunma zolağına düşüb-düşməməsi, həmin torpaq sahəsində başqa şəxslərə aid hüquqmüəyyənedici sənədlərin olub-olmamasının müəyyən edilməsi barədə ekspertiza kecirilmiş ekspertizanın kecirilməsi Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reysteri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində məhkəmənin mütəxəssis qarşısında qoyduğu suallara cavab olaraq, İddiaçı istifadəsində olan 0.29 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, həmin torpaq sahəsinin qonşu torpaq sahələrinə məxsus olan çıxarışlarla üst üstə düşməməsi, mütəxəssislərə təqdim edilmiş 0.29 ha torpaq sahəsində yararsız tikilinin mövcüd olması, iddiaçının istifadəsində olan torpağ sahəsinin qonşuluğda axan cayın qorunma zolağına düşməməsi göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş KOORDİNAT ARAYİŞİNDA, 1996-2000-ci illərə aid 5 saylı təsərüfatbaşına kitabın 424 nömrəli şəxsi hesab vərəqində İddiaçı adına qeyd olunmuş 0.28 ha torpaq sahəsinin yerinin təyin edilməsi və torpaq sahəsinin baş planı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir. Məhkəməyə təqdim edilən sübutlardan müəyyən edilri ki, İddiaçı Ağdərə rayonundan məcburi köckün gəldikdə sözü gedən 0.28 ha torpaq sahəsindən istifadə etməklə həmin evdə ailə üzvləri ilə birlikdə yaşamış, onlarla birgə təssərüfat aparmışdır. Göygöl rayon İcra hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə dair 3-nömrəli təssərüfatbaşına kitabın 526№ şəxsi hesab vərəqində təssərüfatbaşıcısı xx.xx.1955-ci il doğumlu X7 qeyd edilməsi onu bir daha sübuta yerir ki, İddiaçı 0.28 ha torpaq sahəsindən 1992-ci il tarixdən hal-hazır ki dövrə qədər istifadə etməklə torpaq sahəsinə sahiblik etmişdir. Məhkəməyə təqdim edilən sübutlardan oda müəyyən olunur ki, qonşuluğunda olan Qənifə Misirova, Zülfüqar Hüseynov, Rəsul Hüseynov və s Ağdərə rayonundan məcburi kckün kimi 1992-c il tarixdə məskunlaşdıqları vlərə və torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər almışdır. Məhkəmə hesab edir ki, Züıqərinə Hüseynov istifadə etdiyi 0.28 ha torpaq sahəsinə vaxtında hüquqmüəyyənedici sənədlər almaması onun hal-hazırda torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər almasına hər hansı maneə törətmir. Belə olan halda Qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən Göygöl rayon İcra hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid 5-nömrəli təssərüfatbaşına kitabın 424 nömrəli şəxsi hesab vərəqində X22 göstərilmiş şəxslə İddiaçı eyni şəxs olması, təssərüfatbaşına göstərilmiş 0.28 ha torpaq sahəsinin 1992-ci il tarixdən hal-hazır ki, dövrə qədər İddiaçı istidasində olması, Göygöl rayon Çaykənd bələdəyiəsinin siyahısında göstərilmiş X3 İddiaçı ilə eyni şəxs olması müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 307.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlarda məhkəmə qaydasında müəyyən edilir. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Göygöl rayon İcra hakimiyyəti başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərə aid 5-nömrəli təssərüfatbaşına kitabın 424 nömrəli şəxsi hesab vərəqində X22 göstərilmiş şəxslə İddiaçı eyni şəxs olması müəyyən edilsin. Göygöl rayon Çaykənd kəndində yerləşən, Göygöl rayon Çaykənd kənd təssərüfatbsaşına kitabda göstərilmiş 0.28 ha torpaq sahəsinin 1992-ci il tarixdən hal-hazır ki, dövrə qədər İddiaçı istidasində olması müəyyən edilsin. Göygöl rayon Çaykənd bələdəyiəsinin siyahısında göstərilmiş X3 İddiaçı ilə eyni şəxs olması müəyyən edilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qəbul olunmuş qətnamə İddiaçı hüquq verir ki, Göygöl Arxivindən və Caykənd bələdiyyəsindən X19 aid sənədlər və arayışlar alsın. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 0.28 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün əsas hesab edilsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-282/2023 25 aprel 2023-ci il İddiaçı Göygöl rayonu, Çaykənd kəndi Cavabdeh1 Gəncə şəh.,Nizami ray,N.Vəzirov küç ev 75 Cavabdeh2 Gəncə şəh.,Nizami ray,N.Vəzirov küç ev 75 Göygöl Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(066)-282/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti «03» vərəq. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-282/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-282/2023
25.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver