Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-284/2025 12.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X12 iclas katibliyi, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması və evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “cehiz əşyalarının evindən çıxarılması və evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 məxsus iddia ərizəsində göstərilən 28 adda cehiz əşyalarının - 1. stenka şkaf - 3 ədəd; 2. şkaf - 1 ədəd; 3. iki nəfərlik çarpayı -1 ədəd; 4. iki nəfərlik döşək - 1 ədəd;
5. tək döşək - 3 ǝdəd; 6. yastıq - 6 ədəd; 7. xalça - 2 ədəd; 8. yorğan - 6 ədəd; 9. döşəkcə - 12 ədəd; 10. ədyal - 3 ədəd; 11.mütəkkə - 2 ədəd; 12. telefon altı - 1 ədəd; 13. iki nəfərlik pakrıval - 1 ədəd; 14. paltar vannası - 2 ədəd; 15. ləyən - 4 ədəd; 16. ləyən şirəli - 2 ədəd; 17. aş süzən - 2 ədəd; 18. padnus balaca - 3 ədəd; 19. padnus böyük - 3 ədəd; 20. qazan şirəli – 1 ədəd; 21. qazan aliminium - 2 ədəd; 22. vedrə şirəli - 3 ədəd; 23. balon şirəli - 2 ədəd; 24. sok çəkən maşın - 1 ədəd; 25. listur - 3 ədəd; 26. somavar tokla - 1 ədəd; 27. duxovka - 2 ədəd; 28. qabqacaq tarelkaların hədiyyə şəklində mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən ev 1, 2 saylı mənzildə 3 otaqdan ibarət evindən çıxarılmasına dair və Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus Göygöl rayonu, Qızılqaya (keçmiş Fizuli) qəsəbəsində yerləşən 1 saylı evin 2 saylı 3 otaqdan ibarət mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Qızılqaya (keçmiş Fizuli) qəsəbəsində yerləşən 1 saylı evin 2 saylı 3 otaqdan ibarət mənzili Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Ərazi İdarəsinin tel:08.08.2024xx.xx.2024-cu il tarixli, №15241433 qeydiyyat nömrəli çıxarışı əsasında onun tam xüsusi mülkiyyətindədir. Həmin ev Göygöl rayon notariusunun 4ə-1-129 reyestr nömrəli tel:28.10.%202003xx.xx.2003-cü il tarixli bəxşeyiş müqaviləsinə əsasən atası X13 tərəfindən hədiyyə şəklində ona bağışlanmışdır. Cavabdeh X2 həyat yoldaşıdır. Göygöl Rayon Məhkəməsinin tel:02.10.2024xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan tel:07.11.2003xx.xx.2003-cü il tarixli nikah pozulmuşdur. X8 artıq 8 aydan çoxdur ki, bacısı X9 yanında yaşayır. X1 onunla heç bir qohumluq əlaqəsi yoxdur və onun aşağıda qeyd edilib göstərilən cehiz əşyaları mülkiyyətində olan evdə saxlanılır və bu hal da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Odur ki, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cehiz əşyaları: 1. stenka şkaf - 3 ədəd; 2. şkaf - 1 ədəd; 3. iki nəfərlik çarpayı -1 ədəd; 4. iki nəfərlik döşək - 1 ədəd; 5. tək döşək - 3 ǝdəd; 6. yastıq - 6 ədəd; 7. xalça - 2 ədəd; 8. yorğan - 6 ədəd; 9. döşəkcə - 12 ədəd; 10. ədyal - 3 ədəd; 11.mütəkkə - 2 ədəd; 12. telefon altı - 1 ədəd; 13. iki nəfərlik pakrıval - 1 ədəd; 14. paltar vannası - 2 ədəd; 15. ləyən - 4 ədəd; 16. ləyən şirəli - 2 ədəd; 17. aş süzən - 2 ədəd; 18. padnus balaca - 3 ədəd; 19. padnus böyük - 3 ədəd; 20. qazan şirəli – 1 ədəd; 21. qazan aliminium - 2 ədəd; 22. vedrə şirəli - 3 ədəd; 23. balon şirəli - 2 ədəd; 24. sok çəkən maşın - 1 ədəd; 25. listur - 3 ədəd; 26. somavar tokla - 1 ədəd; 27. duxovka - 2 ədəd; 28. qabqacaq tarelkalarından ibarətdir. Bildirir ki, 20 mart 2024-cü il tarixdən Cavabdeh mülkiyyətində olan evdən birdəfəlik çıxıb getmiş və orada yaşamır. Artıq cavabdehin onunla heç bir qohumluq əlaqəsi yoxdur və cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında olması hüquqlarının pozulması ilə nəticələnir. Həmin şəxsin mənzilindən pasport qeydiyyatından çıxarılması məqsədi ilə cavabdeh Gəncə şəhər, Baş Polis İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Bu baxımdan cavabdehin imtinasını və hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab edərək məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək onun cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsi ev 1, 2 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus cehiz əşyalarının Göygöl rayonu, Qızılqaya qəsəbəsi ev 1, mənzil 2dən çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılması tel:23.12.2024xx.xx.2024-cü il tarixə, saat 10:20-yə təyin edilmişdir. İlkin iddiaçının iddia ərizəsində göstərdikləri tam əsassızdır. Belə ki, işin faktiki hallarından görünür ki, onun gəlin köçərək yaşadığı Göygöl rayonu, Qızılqaya qəsəbəsi ev 1, 2 saylı mənzil Göygöl rayon notariusunun 48-1-129 reyestr nömrəli tel:28.10.2003xx.xx.2003-cü il tarixli bəxşeyiş müqaviləsinə əsasən atası X13 tərəfindən http://M.H.İsmayılovaİddiaçı bağışlanılmışdır. Tərəflər tel:07.11.2003xx.xx.2003cü il tarixdə Xanlar rayon VVADQ şöbəsində 161 saylı akt qeydi ilə nikah bağlayaraq evləndikləri gündən nikahları pozulan günə kimi bir yerdə yaşamışlar. Tərəflərin münasibətləri pisləşdikdən sonra ilkin iddiaçının təzyiqləri nəticəsində o, məcbur olub özü yenidən tikib yaratdığı evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda özü muvəqqəti olaraq bacısına məxsus Göygöl şəhəri A.Kazımov küçəsi ev 31-də yaşayır. Onun yaşamağa başqa yeri olmadığı üçün qeydiyyatda olduğu evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd olunanlar məhkəmə iclasında tədqiq ediləcək sübutlarla öz əksini tapacaqdır. Belə olan halda isə hesab edir ki, məhkəmə qarşılıqlı iddianın əsaslı olduğu üçün təmin edilməsi barədə qətnamə qəbul edəcəkdir. Məhkəmə iclasında ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, 2003-cü ildə cavabdehlə ailə qurmuşdur. Həmin vaxtdan da o evdə yaşayır. Evi atası ona bağışlamışdır. 19 mart 2024-cü ildə cavabdehlə ayrılmışlar. Cavabdehin əşyaları ona məxsus evdə qalsa da, özü qeyd olunan evdə yaşamır. Evdə onunla təmir işləri də görmüşlər. Onunla bankdan kredit də götürüb ödəmişlər. Cavabdeh 19 mart 2024-cü ildə evdən çıxıb getmişdir. Bundan sonra həmin ilin oktyabr ayında məhkəmə qaydasında nikahları pozulmuşdur. Ev Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşir. Ona görə də cavabdehin evdən istifadə hüququna xitam verilməli və onun cehiz əşyaları ona məxsus evdən çıxarılmalıdır. İddiaçının bu evdə yaşamaq hüququ yoxdur. Odur ki, iddiasının təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edib göstərdi ki, işin hallarından da görünür ki, tərəflər 07 noyabr 2003-cü ildə nikaha daxil olmuşlar. Mübahisəli mülk xx.xx.2003-cü il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Həmin tarixdən də Cavabdeh iddiaçı ilə həmin evdə yaşayıb birgə təsərrüfat idarə etmişlər. Konstitusiya Məhkəməsinin Plenum Qərarında və Mülki Məcəllənin 228.5-ci maddəsində göstərilir ki, tərəflər arasında ailə məsələlərinə xitam verilirsə əgər, sözügedən evdə istifadə hüququ olan şəxslərin istifadə hüququ saxlanılmalıdır. Həmin maddənin tələblərinə əsasən hesab edir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh isitifadə hüququ vardır. İşin araşdırılmasından da görünür ki, iddiaçının özü cavabdehi evdən çıxartmışdır. Qanunvericiliyə əsasən Cavabdeh mübahiəsli evdə istifadə hüququ vardır. Ona görə də ilk iddiaçının iddiasının rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə ilk iddiaçının və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Xanlar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ondan ötrü ki, Xanlar rayonu Füzuli qəsəbəsində yerləşən üç yaşayış otağı, yaşayış sahəsi 35.1 kv.m-dən ibarət ½ nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayonu notariat kontorunun 4ə-1-129 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bəxşetmə müqaviləsi əsasında İddiaçı adıan qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl şəhəri Füzuli qəsəbəsi, ev 1, mənzil 2 də yerləşən 49.5 kv.m mənzil İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-800/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Xanlar rayon VVADQ şöbəsində 161 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Göygöl rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh qeydiyyatda olduğu evdən qeydiyyatdan çıxarılması barədə Şöbəyə müraciət etmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxarılması onların səlahiyyətləri daxilində olmamasına görə qanunamüvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması ona bildirilmişdir. İşdə olan AZ-İ 484551 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 11-ci ayının 06 günündə 139 nömrə ilə qeyd edilmişdir. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Qızılqaya qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Göygöl rayon Qızılqaya qəsəbəsində pasport qeydiyyatına alınıb və halhazırda müvəqqəti olaraq qəsəbə ərazisində yaşamır. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Qızılqaya qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 rayon Qızılqaya qəsəbəsində pasport qeydiyyatına alınıb və hal-hazırda qəsəbə ərazisində yaşayır. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Qızılqaya qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X4 rayon Qızılqaya qəsəbəsində pasport qeydiyyatına alınıb və hal-hazırda qəsəbə ərazisində yaşayır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə iclası zamanı ilk iddiaçının və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsinin izahatının və iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən olundu ki, Göygöl rayonu Qızılqaya qəsəbəsi ev 1, 2 saylı fərdi yaşayış evi xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. İlk İddiaçı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh faktiki evlənməklə 07 noyabr 2003-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nikahları bağlanarkən İddiaçı razılığı ilə sonuncuya məxsus olan və onun yaşadığı Göygöl şəhəri Füzuli qəsəbəsi, ev 1, mənzil 2 də yerləşən 49.5 kv.m mənzilə gəlin köçüb yaşamışdır. İlk İddiaçı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 2003-cü ildən 2024-cü ilin mart ayına kimi ər-arvad olaraq ümumi təsərrüfata malik olmaqla, ümumi təsərrüfatı idarə etməklə, Cavabdeh əri İddiaçı razılığı ilə onunla birlikdə mübahisəli mənzildə fasiləsiz yaşamışlar. Aralarında baş vermiş narazılıqlar nəticəsində ilk İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 2024-cü ilin mart ayında mübahisəli mənzildən çıxartmışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus cehiz əşyaları hazırda mübahisəli mənzildə yerləşir. Hazırda ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia qaldıraraq ona məxsus cehiz əşyalarının evindən çıxarılmasını və evdən istifadə hüququna xitam verilməsini, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh isə qarşılı iddia verərək, onun İddiaçı məxsus evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli mənzilə münasibətdə mülki hüquq münasibəti 2003–ci ildən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki mülki iş üzrə “cehiz əşyalarının evdən çıxarılma və evdən istifadə hüququna xitam verilmə” tələbi və “evə köçürülmə” tələbi Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olması baxımından hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mülki Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. «Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanunu ilə MM-ə 228.5-ci maddə əlavə edilmişdir (14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib). Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayşı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisəli mənzildən istifadə hüququ vardır. Belə ki, ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və həmin mənzili 2003-cü ildə nikahları bağlanmamışdan öncə əldə etmiş və arvadı olaraq Cavabdeh həmin mənzilə köçürmüşdür. Tərəflər arasında olan nikah Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh 2003–2024–cü illər ərzində fasiləsiz olaraq həmin mənzildə yaşamış və İddiaçı ilə bir ailə olaraq birlikdə birgə təsərrüfatı idarə etmişlər. Tərəflər arasında mübahisə 2024-cü ildə yaranmış, Cavabdeh yaranmış mübahisə səbəbindən öz iradəsinə zidd olaraq yaşadığı mənzildən ilk İddiaçı tərəfindən çıxarılmış, lakin əmlakları həmin mənzildə qalmış, daimi olaraq başqa yaşayış yeri olmamaqla mübahisəli mənzildən istifadə etmək hüququnu itirməmişdir. Ona görə də, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün işin tədqiq edilmiş halları üzrə kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisəli mənzildə fasiləsiz və etirazsız olaraq uzun müddət yaşamasını, mənzilin mülkiyyətçisi olan ilk İddiaçıla ər-arvad olaraq ümumi təsərrüfatı idarə etməsini, habelə Cavabdeh həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, mənzildən çıxarılması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması və evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk iddiası rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mülkiyyətində olan, Göygöl rayonu Qızılqaya qəsəbəsi ev 1, 2 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsi ev 1, 2 saylı mənzilə köçürülsün. İddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev