Məhkəmə qərarları › İş №2(066)-30/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-30/2024

24.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-30/2024 24.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsi Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və mənəvi zərərə görə kompensasiya tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh, qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayon Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən sökülmüş çəpərin, dəmir qapının cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmış yük avtomobilinin cavabdehin vəsaiti hesabına əvvəlki yerinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Göygöl rayon Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi dəmir torlarla hasarlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində həmin torpaq sahəsini digər torpaq sahələrindən ayıran dəmir çəpəri özbaşına sökmüş, orada qoyulmuş dəmir qapını qıraraq torpaq sahəsinin üzərində təmirə dayanmış yük maşınını ona məxsus olan torpaq sahəsindən çıxartmış və torpaq sahəsini zəbt etmişdir. Cavabdeh ilə mübahisənin məhkəmədənkənar həlli ilə bağlı uzun müddətli söhbət aparılmasına baxmayaraq onun torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsinin boşaldılmasına nail ola bilməmişlər. İddiaçı tərəfindən cavabdehə torpaq sahəsindən mübahisəsiz çıxması təklif olunsa da, cavabdeh torpaq sahəsinin guya ona məxsus olduğunu bildirmiş, ondan qısa zaman ərzində xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən çıxmasını tələb etmiş, əks halda iddiaçını və ailə üzvlərini öldürməklə hədələmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin yuxarıda qeyd etdiyi hüquqazidd hərəkətləri ilə bağlı özü hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Araşdırmanın nəticəsi ilə bağlı yekun qərar ala bilməmişdir. Beləliklə mülki işin faktiki halları və iddia ərizəsinə əlavə olunmuş sübutlarla təsdiq olunur ki, Göygöl rayonu Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin buna baxmayaraq həmin torpaq sahəsini cavabdeh qeyri-qanuni olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi hal-hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bununla da cavabdeh həmin torpaq sahəsi üzərində onun mülkiyyət, istifadə və sərəncam vermək hüquqlarını pozur. Mülki qanunvericiliyin yuxarıda qeyd etdiyi normaların tələblərindən də görünür ki, cavabdehin hərəkətləri mülki qanunvericiliyin normalarının tələblərinə ziddir. Ona görə hesab edir ki, cavabdeh tərəfindən zəbt edilmiş ona məxsus Göygöl rayonunun Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən azad edilməli, torpaq sahəsi boşaldılaraq ona təhvil verilməlidir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayonu Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha torpaq sahəsinin cavbdeh Cavabdeh, yəni onun qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərərfindən sökülmüş çəpərin, dəmir qapının cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməsi və ona məxus torpaq sahəsindən çıxarılmış yük avtomobilinin cavabdehin vəsaiti hesabına əvvəlki yerinə qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı "zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair" iddiası üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edir və aşağıda qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir. Birincisi o, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan torpaq sahəsini zəbt etməmiş və ona qarşı hər hansısa mülki hüquq pozuntusu (delikt) törətməmişdir. İkincisi Göygöl rayonu Aşıqlı kəndində özünə məxsus olan 12 ha torpaq sahəsi mövcuddur və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış və B№015518 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü ona məxsus olan torpaq sahəsini zəbt edərək zəbt etdiyi torpaq sahəsini özbaşına mərəzləmişdir (çəpərləmişdir). Bundan başqa onu da bildirir ki, bir neçə il bundan əvvəl qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qonşuluq münasibəti xatirinə öz torpağından eni 3 metr uzunluğu 50 metr olmaqla torpaq sahəsi vermiş ki, evinin qarşısından sərbəst şəkildə hərəkət edə bilsin. Lakin cavadeh qonşuluq münasibətlərini gözləməyərək əksinə özü onun torpağını zəbt etmiş, həmin torpağı özbaşına çəpərləmiş, zəbt etdiyi torpaq sahəsinə arı yeşikləri qoymuş və torpaq sahəsinin giriş-çıxış yolunu qəsdən bağlamaq məqsədi ilə istifadəyə yaramayan yəni istifadə müddəti ötmüş yük avtomobilini torpaq sahəsinin girişinə yerləşdirmişdir. O, özünə məxsus olan torpaq sahəsində ev tikmək üçün aldığı mişar daşlarını boşaltmaq üçün həmin əraziyə gəldikdə İddiaçı onun torpağını zəbt etdiyinin və zəbt edilmiş ərziyə arı yeşiklərinin qoyulduğunu, eyni zamanda da istifadə müddəti ötmüş yarasız QAZ-53 markalı avtomobilin torpağın giriş-çıxış zolağında yerləşdirildiyini görmüşdür. Bu barədə o, Könülün atası Rafaelə bildirdikdə o, bunların aradan qaldırılacağını demiş və Rəfaelin özü, torpaq sahəsini aldığı Rauf Əliyevin, Könülün xalası oğlu Qəzənfərin, Aşıqlı kənd bələdiyyəsi Nemət müəllimin iştirakları ilə Könülün özbaşına zəbt etdiyi və çəpərlədiyi ərazini Rəfaelin göstərişi ilə Rauf Əliyev açmış və avtomobilin də kənara çəkilməsini təmin etmişdir. Bundan sonra cavabdeh İddiaçı DİNnin 102 çağrı mərkəzinə ondan şikayət etmiş və ozü də əksinə onun qanunsuz olaraq onun torpağını zəbt etməsi barədə müraciət etmişdir. Göygöl RPŞ-də bu barədə araşdırılma aparılmış və araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh İddiaçı onun torpağını zəbt etdiyi halda ona qarşı əsassız iddia qaldırmasından sonra səhhətində ciddi problemlər yaranmışdır. Əsəb və stress keçirmiş, nəticə etibarı ilə onun bu qanunsuz hərəkətlərinə görə ona mənəvi zərər dəymişdir. Qeyd edilənlərə əsasən cavabdeh İddiaçı zəbt etdiyi və ona məxsus olan Göygöl rayonu Aşıqlı kəndində 0.12 ha torpaq sahəsindən qeyd şərtsiz boşaldıb özünə qaytarmasını və ona vurduğu mənəvi zərərə görə 2000 (iki min) manat kompensasiya tələb edir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir. Həmin etirazda İddiaçı qeyd etmişdir ki, o, Göygöl Rayon Məhkəməsində Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və maddi ziyan tələbinə dair iddia qaldırmış və qeyd olunan iddia da Göygöl rayon məhkəməsinin hakimi Qələmdar Abbasovun icraatındadır. O, Qələmdar Abbasovun işə baxmasına etiraz edir. Belə ki, iş üzrə Cavabdeh vəkili Vəkil Rəfayıl oğlu uzun müddət Göygöl rayon Məhkəməsində böyük məsləhətçi, hazırki işə baxan hakim isə məhkəmənin sədri olmaqla birgə işləmişlər. Ona görə də hazırki iş üzrə hakimin işə obyektiv baxmasında onlarda şübhə vardır. Belə ki, iş üzrə təyin edilmiş ekspertizadan görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar qarşı tərəfin hüquqlarının müdafiəsi baxımından çıxış edir. Ona görə də o, Qələmdar Abbasovun işə baxmasına etiraz edir. Məhkəmə qeyd edir ki, İddiaçı etirazın əsaslarına dair məhkəməyə heç bir sübut təqdim edə bilməməsinə görə etiraz baxılmamış saxlanmalıdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsində İddiaçı qanunsuz olaraq zəbt ediyi ona məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh vurulmuş olduğu 2000 manat mənəvi tələbi qoyulmuşdur. İddia tələbini İddiaçı qanunsuz olaraq zəbt etdiyi Cavabdeh məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh vurmuş olduğu 2000 manatı dəqiqləşdirərək İddiaçı qanunsuz olaraq zəbt etdiyi Cavabdeh məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarılması, İddiaçı Cavabdeh vurmuş olduğu 2000 manat mənəvi zərəri və həmçinin Daşınmaz əmlaka rəy verilməsi üçün ödənilən 150 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahatında ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianın isə əsassız olduğunu, belə ki, mütəxəssis rəyini qəbul etməmələrini, 0,04 ha torpaq sahəsinin İddiaçı və 0.04 ha torpaq sahəsinin isə İddiaçı anasının istifadəsində olmasını, mütəxəssis rəyində uyğunsuzluğun olmasını bildirdi və ona görə də ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında qarşlıqlı iddianı müdafiə etdiyini, ilkin iddianın isə əsassız olduğunu, belə ki, İddiaçı tərəfindən verilən hakimə etiraz ərizəsini qəbul etməməsini, həmin ərizənin məhkəmə prosesinin uzadılması ilə bağlı verilməsini, bunun da əsassız olmasını, mütəxəssis rəyinin əsaslı və düzgün tərtib edilməsini, İddiaçı 0.20 ha torpaq sahəsi istifadəsində olmasını, İddiaçı Cavabdeh 2000 manat məbləğində mənəvi zərərə vurmasını, həmçinin İddiaçı Cavabdeh məxsus 0.12 ha torpaq sahəsinin 0.8 ha hissəsini zəbt etməsinin mütəxəssis rəyindən də müəyyən olunmasını bildirdi və göstərdiklərinə əsasən qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin vəkillərinin izahatlarını, iş materiallarını, mütəxəssis rəyini və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməməlidir, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir. İş materiallarında olan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X2 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 may 2023-cü il tarixli, 146 nömrəli arayışından görünür ki, Həsənov X1 Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlyində daimi qeydiyyatdadır. Bağarsaq kənd sakinidir, məcburi köçkündür. Hal-hazırda Gəncə Şəhər ADAU-6 yataqxanası ətrafında məskunlaşıb yaşayır. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng edərək Bayramov Fərrux oğlundan aldığı özünə məxsus torpaq sahəsinin bir hissəsini Cavabdeh adlı şəxsin zəbt etməsi, sahədəki QAZ-53 markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilini hərəkət etdirərək zərər vurması, çəpərin açılaraq bəslədikləri arıların zərər görməsinə zəmin yaradılmasını, onları hədələməsini bildirmiş, lakin Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə anadan olmuş, Laçın rayonu Alxaslı kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1965-ci ildə anadan olmuş, Kəlbəcər rayonunun Bağarsaq kəndində qeydiyyatdadır. İşdə olan AA seriyalı, 193482 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İşdə olan AA seriyalı, 117605 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh məcburi köçkündür. Mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları üzrə mütəxəssislərdən ibarət kompleks məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə tapşırılmış və ekspertizanın qarşısında

1. İlkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilkin cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi?

2. İlkin cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ya başqa bir şəxs tərəfindən istifadə edilirmi?

3. Əgər mübahisəli torpaq sahəsini ilkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadə edirsə (zəbt etmişdirsə), hansı ölçüdə və sahədə (ölçüləri, döngə nöqtələri və sxemi göstərilsin) istifadə edir (zəbt etmişdir)?

4. İlkin iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində hansı tikili, qurğu və ya təsərrüfat obyekti mövcuddur və nələrdən ibarətdir (adları, ölçüləri, döngə nöqtələri və sxemi göstərilsin)?

5. İlkin cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində hansı tikili, qurğu və ya təsərrüfat obyekti mövcuddur və nələrdən ibarətdir (adları, ölçüləri, döngə nöqtələri və sxemi göstərilsin)?

5. Əgər tikili mövcuddursa həmin tikili, qurğu və ya təsərrüfat obyekti kim tərəfindən inşa edilmişdir? barədə suallar qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11165/2023 nömrəli mütəxəssis rəyinə əsasən araşdırmanın nəticəsi olaraq qeyd edilənlər müəyyən olunmuşdur.

1. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin 0.04 ha hissəsi faktiki olaraq öz istifadəsində, 0.04 ha hissəsi isə, İddiaçı sözlərinə əsasən anası Sənubər Zamanovanın faktiki istifadəsindədir.

2. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində, Cavabdeh mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.08 ha hissəsi İddiaçı faktiki istifadəsindədir. 3.xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində, Cavabdeh mülkiyyətində olan mübahisəli 0.12 ha torpaq sahəsinin 0.08 ha hissəsi İddiaçı faktiki istifadəsindədir.

4. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində, ayrıayrılıqda İddiaçı və anası Sənubər Zamanovanın faktiki istifadələrində olan fərdi yaşayış evləri mövcuddur.

5. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində, Cavabdeh mülkiyyətində olan 0.12 ha torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatları, ekspert rəyi ilə və tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mülkiyyətində, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonunun Aşıqlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyətindədir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddiasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayonunun Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən sökülmüş çəpərin, dəmir qapının cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmış yük avtomobilinin cavabdehin vəsaiti hesabına əvvəlki yerinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də, mütəxəssis rəyindən və məhkəmə araşdırmasından müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonunun Aşıqlı kəndi ərazisində, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.08 ha hissəsi İddiaçı faktiki istifadəsindədir. Bundan da aydın olur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus olan torpaq sahəsini zəbt etməmiş və ona qarşı hər hansısa mülki hüquq pozuntusu törətməmişdir. Əksinə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus olan 0.12 ha torpaq sahəsinin 0,08 ha hissəsini zəbt etmiş, torpağı çəpərləmiş və bunun nəticəsində İddiaçı Cavabdeh 285 manat məbləğində mənəvi zərər yetirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi tam əsassızdır. Beləliklə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus olan 0.12 ha torpaq sahəsinin 0,08 ha hissəsini İddiaçı zəbt etməsi, onun Cavabdeh məxsus torpaq sahəsini çəpərləməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir .Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddianın qanuni əsası olmadığına görə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılmalı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən 285 manat məbləğində vurulmuş mənəvi zərər və həmçinin Daşınmaz əmlaka rəy verilməsi üçün ödənilən 150 manat tutulub Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayon Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən sökülmüş çəpərin, dəmir qapının cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmış yük avtomobilinin cavabdehin vəsaiti hesabına əvvəlki yerinə qaytarılmasına dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılsın. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən 285 manat məbləğində vurulmuş mənəvi zərər və həmçinin Daşınmaz əmlaka rəy verilməsi üçün ödənilən 150 manat tutulub Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar