Məhkəmə qərarları › İş №2(066)-304/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-304/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-304/2024 01.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X3 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ilə onun nikahları xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonu, Zod kənd sovetində 11 nömrə ilə qeyd edilməsi faktının müəyyən edilməsi və nikah akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən Ərizəçi məhkəməyə ərizə təqdim edərək, iddianın baxılmadan saxlanılmasını və sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İş üzrə Ərizəçi kapital bank vasitəsi ilə ödənilmiş xx.xx.2023-cü il tarixli, mədaxil qəbzin nömrəsi **********, büdcə təsnifat kodu 142213, əməliyyat İD 344348710; qəbzin nömrəsi 8077, terminal nömrəsi K0128013, VÖEN:**********, Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 70 (yetmiş manat) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən Ərizəçi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İş üzrə Ərizəçi kapital bank vasitəsi ilə ödənilmiş xx.xx.2023-cü il tarixli, mədaxil qəbzin nömrəsi **********, büdcə təsnifat kodu 142213, əməliyyat İD 344348710; qəbzin nömrəsi 8077, terminal nömrəsi K0128013, VÖEN:********** Göygöl Rayon Məhkəməsinin hesabına ödənilmiş 70 (yetmiş manat) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən Ərizəçi geri qaytarılsın Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar