Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-316/2023 19.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı, İddiaçı və digər iddiaçılar X6, X9, X4 etibarnamə üzrə nümayəndəsi X8, Cavabdeh iştirakı ilə İddiaçı, X6, X8, X9 və X4 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı, X13, X14, X15 və X10 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh Göygöl rayonu, Qızılca kəndi ərazisində onların mülkiyyətində olan 0,3690 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdirdiyi bütün tikililərin o, cümlədən yaşayış evinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq onların istifadəsinə qaytarılması bərədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayonu, Qızılca kəndinin ərazisində yerləşən 0.3690 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasənda paylı mülkiyyətdə olmaqla ona və ailə üzvülərinə məxsusdur. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əilakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışlar. Qanunu əsaslarla həmin 0.3690 ha torpaq sahəsi onların mülkiyyəti olmasına baxmayaraq Cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada ev və sair tikililər inşa etmişdir. Dəfələrlə cavabdehdən onların torpaq sahəsində özbaşına apardığı tikintini dayandırıb torpaq sahəsini zəbtdən azad etməsini tələb etsələr də cavabdeh könüllü olaraq onların torpaq sahəsini zəbtdən azad etməmişdir. Cavabdehin həmin hərəkəti nəticəsində onlar torpaq sahələrindən istifadə edə bilmirlər. Bu səbəbdən də onlar məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışlar. Odur ki, Cavabdeh Göygöl rayonu, Qızılca kəndi ərazisində onların mülkiyyətində olan 0,3690 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdirdiyi yaşayış evi və digər tikililərin sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq onların istifadəsinə qaytarılması bərədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı və digər iddiaçılar X6, X9, X4 etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında iddianı müdafiə edib İddiaçıla eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki,o iddiaçıların torpaq sahəsini zəbt etməmişlər.Onun istifadəsində olan torpaq sahəsini Gəncə şəhər sakini X3 almışdır. X11 xx.xx.2013-cü il tarixdə ona AR-İ 283739 nömrəli Gəncə şəhəri 1 saylı Dovlət Notariat kontorunda reyestrdə 7E-8-8860 nömrə ilə qeyd edilmiş xx.xx.2063-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir. Göygöl rayon Qızılca bələdiyyəsinin 11 saylı 30 noyabr 2005-ci il tarixli qərarı əsasında X5 adına ilkin sənəd işlənmiş və onun tərəfindən bələdiyənin hesabına pul ödənilmişdir. Torpaq sahəsini alarkən iddiaçılara məxsus olmasından xəbəri olmamışdır. Torpaq sahəsini X3 20 ildir alıb ev tikdirmişdir və həmin evdə yaşayır. Mübahisəli torpaq sahəsi 20 ildir onun istifadəsində olmaqla onra məxsus olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı və ailə üzvülərinə məxsus Göygöl rayonu, Qızılca kəndinin ərazisində yerləşən 0.3690 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0954 ha (954,0 kv.m) hissəsinin Cavabdeh tərəfindən tərəfindən faktiki olaraq istifadə edilməsi, həmin torpaq sahəsinin 0.0043 ha (43.0 kv.m ) hissəsində Cavabdeh tərəfindən yaşayış evi va sair tikinti inşa edilməsinin aşkjarlandığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 5703/2023 nömrəli mütəxəssis rəyində öz əksini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2021-ci il olan ********** qeydiyyat nömrəli çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,3690 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər birinə 1/5 payla İddiaçı, X6, X8, X9 və X4 mülkiyyətləridir. İşdə olan AR-İ 283739 nömrəli Gəncə şəhəri 1 saylı Dovlət Notariat kontorunda reyestrdə 7E-8-8860 nömrə ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 Şükür Əşirəf oğluna xx.xx.2063-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermişdir. İşdə olan qərarın, aktların, rəyin və qəbzin surətindən görünür ki, Xanlar rayon Qızılca Bələdiyyəsinin 30 noyabr 2005-cı il tarixli 11 nömrəli qərarı ilə Qızılca bələdiyyəsinin kənd daxili ərazisində yerləşən torpaq sahəsindən 2,7 ha ayrılıb 23 nəfər vətəndaşa satılması qərara alınmış, Həmin totraq sahəsinin 0.12 ha hissəsi X1 və X11 xx.xx.2006-cı ildə Kapital Banka 206 manat 36 qəpik ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli **********95 nömrəli mütəxəssis rəyində ekspertiza baxışı zamanı cavabdehlərdən X19 və X16 iştirak etmişlər. Göygöl rayonu Qızılca kəndində yerləşən **********18 reyestr nömrəli Çıxarışın AA 615987 nömrəli planı və ölçüsü sənədindəki koordinatlara istinadən mülkiyyətçilər İddiaçı və digərlərinin ümumi mülkiyyətlərində olan 0.3690 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 773,53 kvm. hissəsinin cavabdeh X19 tərəfindən, 227,99 kv.m hissəsinin X16 tərəfindən faktiki olaraq istitfadə edildiyi, 0.3690 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 504,80 kv.m hissəsinin isə ərazidə yol kimi istifadə edilməsi və həmin torpaq sahəsinin 55,79 kv.m hissəsində X19 tərəfindən inşa edilmiş tikintinin mövcüd olduğu göstərilmişdir. İşdə olan qətnamənin sürətindən görünür ki ,Göygöl rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 2(066)-64/2022 saylı qətnaməsi ilə Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən İddiaçı, X6, X8, X9 və X4 1/5 payla mülkiyyətlərində olan 0,3690 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli **********95 saylı mütəxəssis rəyinə əsasən X16 zəbt etdiyi 227,99 kv.m hissəsindən, X19 zəbt etdiyi 773,53 kv.m hissəsindən çıxarılmaları və Zülfü Məmmədov tərəfindən həmin torpaq sahəsinin 55,79 kv.m hissəsində inşa edilmiş tikilinin sökülməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.2 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh istifadəsində olan torpaq sahəsinin onun özlünə məxsus olduğunu göstərsə də məhkəməyə həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə mütəxəssis rəyinə qiymət verib ekspertin çıxardığı nəticə ilə razılaşır. Məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən ekspertiza rəyinə obyektiv hüquqi qiymət verilərkən cavabdehin iddiaçıların torpaq sahəsini zəbt etməsi müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan ekspertiza rəyinə uyğun olaraq təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 12112 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinə görə 95 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119 və 117.1-ci maddələrinə uyğun olaraq məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyinə görə hesablanmış, İddiaçı tərəfindən ödənilmiş 95 manatı Cavabdeh aid edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 230, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göygöl rayonu Qızılca kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışa əsasən İddiaçı, X6, X8, X9 və X4 1/5 payla mülkiyyətlərində olan 0,3690 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-31-3-33/2-5703/2023 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh zəbt etdiyi 0.0954 ha (954.0 kv.m) hissəsindən çıxarılsın və Şükür Tamıyev tərəfindən 0,3690 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0043 ha (43.0 kv.m) hissəsində inşa etdiyi bütün tikililər o, cümlədən yaşayış evı sökülsün. Cavabdeh oğlundan 95 (doxsan beş) manat alınıb İddiaçı verilsin. Qətnamədən alındığı (təqdim edildiyi) gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-316/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-316/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver