Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-33/2023 01.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X11 iclas kаtibliyi, iddiaçıların nümayəndəsi və vəkili X12 və Cavabdeh iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X15 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “miras mülkə vərəsəliyin müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dаir iddiası üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “miras mülkə vərəsəliyin müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 adına Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,15 ha həyətyanı torpaq sahəsi və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və həmin həyətyanı torpaq sahəsində yerləşən mülkün hər birilərinin 1/6 hissəsinə mülkiyyət hüquqlarının tanınması və X13, İddiaçı3 və Cavabdeh Kamil oğlunun adlarına Göygöl rayonu Hacıməlik qəsəbəsində 0,14 ha həyətyanı torpaq sahəsinin və 0,36 ha (2811.11 kvm və 749.01kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və həmin həyətyanı torpaq sahəsində yerləşən mülkün Bənövşə Məmmədovadan miras qalmış hissəsinin hər birilərinə 1/6 hissəsinə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili X12 iddianın hissəvi dəqiqşlədirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddianın 0,14 ha torpaq sahəsi hissəsində dəqiqləşdirərək ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışla olan 0,136 ha torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlakdan iddiaçıların hər birinin 1/6 hissədə miras paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edildi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar və cavabdeh bacı-qardaşlardır. İddiaçıların nənələri mərhum X18 adına Göygöl rayonu, Hacımǝlik qəsəbəsində 0,15 ha həyətyanı torpaq sahəsi və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçıların anaları X4nın, İddiaçı3 və Cavabdeh Kamil oğlunun adlarına Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,14 ha həyətyanı torpaq sahəsi və 0,36 ha (2811.11 kvm 749.01kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Göygöl rayonu, Hacıməlik qəsəbəsində həm Pəri Yusubovaya məxsus torpaq sahəsi üzərində və həm də X13, İddiaçı3 və Cavabdeh Kamil oğlunun adlarına Göygöl rayonu, Hacımalik qəsəbəsində 0,14 ha hayətyanı torpaq sahəsində evlər vardır. İddiaçıların nənələri X26 09 iyul 2011-ci il tarixdə, anaları X19 isə 19 iyul 2021-ci il tarixdə vəfat etmişlər. İddiaçıların nənələri Pəri Yusubovadan qalmış miras əmlakı anaları Bənövşə Məmmədova qəbul etmişdir. X1 olması və ondan miras qalmış əmlakı qəbul etmasi faktı Göygöl Rayon Məhkəməsinin 10 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçılar da analarının vəfatından sonra 3 ay ərzində 1 saylı Regional "ASAN xidmət" mərkəzində Notariat ofisinə müraciət edib mirası rəsmi qəbul etmişlər. Hazırda, cavabdeh miras əmlaklardan iddiaçılara pay verilməsinə razı olmadığı üçün notariat ofisi iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, mübahisə olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X12 iddianı müdafiə edərək bildirdi ki, iddiaçılar cavabdeh Ziyabilin bacıları olmaqla, Bənövşənin qızları, Pərinin isə nəvələridir. İddiaçılar miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində notariusa ərizə verərək qəbul etmişlər. Bundan başqa, mərhum Bənövşə İddiaçı3 vərəsə olaraq Göygöl Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-777/2012 nömrəli qətnaməsi ilə anası Pəri Yusifovadan əmanət kitabçası üzrə miras qalmış 69683 saylı hesabda olan əmanəti yeganə vərəsə olaraq faktiki olaraq qəbul etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Kamil oğlu izahatında bildirdi ki, miras qalmış əmlakları vərəsə kimi faktiki olaraq yalnız o qəbul etmişdir. Bacıları həmin mirası qəbul etməmişlər. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X17 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini və həmçinin cavabdehi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1960-cı il tarixdə Samux rayonu, Əzizbəyov kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Kamil qızı xx.xx.1965-cı il tarixdə Xanlar rayonu, Əzizbəyov kəndində doğulmuşdur. Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1969-cu ildə doğulmuşdur. AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1967-ci il tarixdə Xanlar rayonu, Əzizbəyov kəndində doğulmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1963-cü il tarixdə Xanlar rayonu, Əzizbəyov kəndində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,15 ha xüsusi mülkiyyət növlü torpaq sahəsində yerləşən 105,3 kvadratmetr fərdi yaşayış evi X18 adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,136 ha xüsusi mülkiyyət növlü torpaq sahəsində yerləşən 122,3 kvadratmetr fərdi yaşayış evi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən xüsusi mülkiyyət növlü 0,281 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Kamil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən xüsusi mülkiyyət növlü 0,0749 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Kamil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 128 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpağa mülkiyyət hüququna dair JN-564 seriyalı, 50800016 nömrəli dövlət aktının surətindən görünür ki, Xanlar rayonu, Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə 0,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Xanlar rayonu, Əzizbəyov ştq. X3 müıliyyətinə verilmişdir. İddiaçı1 tərəfindən yazılmış Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2021-ci ildə İddiaçı1 Xanlar rayonu, Hacıməlik qəsəbəsi ünvanında yaşayan anası-X19 ölmüşdür. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət irs qalmış mirası qəbul edir. X13 İddiaçı1 başqa İddiaçı3, X16, İddiaçı2 Kamil qızı və Cavabdeh Kamil oğlu adlı vərəsləri vardır. Mirasın tərkibinə daxil olan bütün miras əmlakdan İddiaçı1 çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İddiaçı4 tərəfindən yazılmış Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2021-ci ildə X6 Xanlar rayonu, Hacıməlik qəsəbəsi ünvanında yaşayan anası-X19 ölmüşdür. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət irs qalmış mirası qəbul edir. X13 X5 başqa İddiaçı3, X20, İddiaçı1, İddiaçı2 Kamil qızı və Cavabdeh Kamil oğlu adlı vərəsləri vardır. Mirasın tərkibinə daxil olan bütün miras əmlakdan X7 çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. X20 tərəfindən yazılmış Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2021-ci ildə X15 Xanlar rayonu, Hacıməlik qəsəbəsi ünvanında yaşayan anası-X19 ölmüşdür. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət irs qalmış mirası qəbul edir. X13 X14 başqa İddiaçı3, X16, İddiaçı1, İddiaçı2 Kamil qızı və Cavabdeh Kamil oğlu adlı vərəsləri vardır. Mirasın tərkibinə daxil olan bütün miras əmlakdan X17 çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İddiaçı3 tərəfindən yazılmış Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2021-ci ildə İddiaçı3 Xanlar rayonu, Hacıməlik qəsəbəsi ünvanında yaşayan anası-X19 ölmüşdür. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət irs qalmış mirası qəbul edir. X13 İddiaçı3 başqa İddiaçı1, X16, İddiaçı2 Kamil qızı və Cavabdeh Kamil oğlu adlı vərəsləri vardır. Mirasın tərkibinə daxil olan bütün miras əmlakdan X7 çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İddiaçı2 Kamil qızı tərəfindən yazılmış Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2021-ci ildə İddiaçı2 Kamil qızının Xanlar rayonu, Hacıməlik qəsəbəsi ünvanında yaşayan anası-X19 ölmüşdür. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət irs qalmış mirası qəbul edir. X13 İddiaçı2 Kamil qızından başqa İddiaçı3, X16, İddiaçı1 və Cavabdeh Kamil oğlu adlı vərəsləri vardır. Mirasın tərkibinə daxil olan bütün miras əmlakdan İddiaçı2 Kamal qızına çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “miras mülkə vərəsəliyin müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar və cavabdeh bacıqardaşlardır. İddiaçıların nənələri mərhum X18 adına Göygöl rayonu, Hacımǝlik qəsəbəsində 0,15 ha həyətyanı torpaq sahəsi və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçıların anaları X4nın, İddiaçı3 və Cavabdeh Kamil oğlunun adlarına Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,14 ha həyətyanı torpaq sahəsi və 0,36 ha (2811.11 kvm 749.01kvm) kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Göygöl rayonu, Hacıməlik qəsəbəsində həm Pəri Yusubovaya məxsus torpaq sahəsi üzərində və həm də X13, İddiaçı3 və Cavabdeh Kamil oğlunun adlarına Göygöl rayonu, Hacımalik qəsəbəsində 0,14 ha hayətyanı torpaq sahəsində evlər vardır. İddiaçıların nənələri X26 09 iyul 2011-ci il tarixdə, anaları X19 isə 19 iyul 2021-ci il tarixdə vəfat etmişlər. İddiaçıların nənələri Pəri Yusubovadan qalmış miras əmlakı anaları Bənövşə Məmmədova qəbul etmişdir. X1 olması və ondan miras qalmış əmlakı qəbul etmasi faktı Göygöl Rayon Məhkəməsinin 10 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçılar da analarının vəfatından sonra 3 ay ərzində 1 saylı Regional "ASAN xidmət" mərkəzində Notariat ofisinə müraciət edib mirası rəsmi qəbul etmişlər. Hazırda, cavabdeh miras əmlaklardan iddiaçılara pay verilməsinə razı olmadığı üçün notariat ofisi iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, mübahisə olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbə görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya) 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. İşin faktiki hallarından müəyyən olunur ki: X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X10 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ilk növbədə iddianın düzgün həll edilməsi üçün miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna – hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 105,3 kv.m fərdi yaşayış evi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,136 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 122,3 kv.m fərdi yaşayış evi, torpağa mülkiyyət hüququna dair JN-564 seriyalı, 50800016 nömrəli Dövlət Aktına əsasən Xanlar rayonu, Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0,281 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən xüsusi mülkiyyət növlü 0,0749 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi - daxildir. İşdən daha sonra müəyyən edilir ki, mərhum X25 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(066)-777/2012 nömrəli qətnaməsi ilə yeganə vərəsə olaraq anası Pəri Yusifovadan əmanət kitabçası üzrə miras qalmış 69683 saylı hesabda olan əmanəti yeganə vərəsə olaraq faktiki olaraq qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyə əsasən miras əmlakın bir hissəsinin mirasın bütövlükdə qəbul edilməsi hesab edilir. Odur ki, mərhum Bənövşə İddiaçı3 vərəsə olaraq anası Pəri Yusifovadan qalan mirası bütövlükdə qəbul etdiyindən Pəri Yusifovanın da adına olan əmlaklar miras kütləsinə daxil edilir. X13 ölümündən sonra onun birinci növbə vərəsələri olan – İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlu qalmışdır. X19 vəfat etdikdən sonra onların hal-hazırda vərəsəsi olaraq qalmış – İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş notarius tərəfindən təsdiq edilmiş ərizədən görünür ki iş üzrə iddiaçılar qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmişlər. Bundan başqa, X13 ölümündən sonra onun birinci növbə vərəsəsi olan – Cavabdeh Kamil oğlu qeyd edilən miras əmlakda yaşayır və onu faktiki olaraq idarə edir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İşdən müəyyən edilir ki, iddiaçılar isə miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etmişlər. Hazırki işdən daha sonra müəyyən edilir ki, cavabdeh miras qalmış əmlakı sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur:
1. miras əmlaka faktiki sahiblik etmək;
2. miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar və cavabdehin miras əmlaka hər birinin 1/6 payı müəyyən edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 105,3 kv.m fərdi yaşayış evinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,136 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 122,3 kv.m fərdi yaşayış evinin 1/3 hissəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - torpağa mülkiyyət hüququna dair JN-564 seriyalı, 50800016 nömrəli Dövlət Aktına əsasən Xanlar rayonu, Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0,281 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən xüsusi mülkiyyət növlü 0,0749 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Əyyub Kərimov. İş № 2(066)-33/2023
AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN
QƏTNAMƏDƏNÇİXARİŞ
Göygöl Rayon Məhkəməsi
01 iyun 2023-cü il Göygöl şəhəri.
Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X11 iclas kаtibliyi, iddiaçıların nümayəndəsi və vəkili X12 və Cavabdeh iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X15 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “miras mülkə vərəsəliyin müəyyən edilməsi və miras mülkə mülkiyyət hüququ verilməsi” tələbinə dаir iddiası üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 105,3 kv.m fərdi yaşayış evinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində 0,136 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 122,3 kv.m fərdi yaşayış evinin 1/3 hissəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - torpağa mülkiyyət hüququna dair JN-564 seriyalı, 50800016 nömrəli Dövlət Aktına əsasən Xanlar rayonu, Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0,281 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. X8 miras qalmış - hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən xüsusi mülkiyyət növlü 0,0749 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X20 və Cavabdeh Kamil oğlunun hər birinin - 1/6 hissədə payları müəyyən edilərək həmin paylara mülkiyyət hüquqları tanınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Əyyub Kərimov.