Məhkəmə qərarları › İş №2(066)-33/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-33/2024

04.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-33/2024 04.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Göygöl Rayonu Üçtəpə kəndində yerləşən **********78 nömrəli reyestirdən çıxarışla onun mülkiyətində olan Cavabdeh tərəfindən 0,10 ha torpaq sahəsində inşa etdikləri tikililərin öz vəsaiti hesabına sökülməsi, cavabdehlə birlikdə yaşayan bütün şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Qeyd olunan cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, Göygöl Rayonu Üçtəpə kəndində yerləşən 0,10 ha torpaq sahəsi **********78 nömrəli reyestirdən çıxarışla iddiaçının mülkiyətindədir. Lakin həmin torpaq sahəsi adları sonradan ona məlum olan şəxslər tərəfindən zəbt edilmiş və qanunsuz olaraq fərdi yaşayış evləri inşa etdirilmişdir. Həmin şəxslərdən dəfələrlə torpaq sahaəsindən çıxmalarını tələb etsə də, onlar həmin torpaq sahəsi Göygöl Rayonu Üçtəpə kənd Bələdiyəsinin sədri Rza Məmmədov və müavini Rüstəm tərəfindən onlara verildiyi bildirilmişdir. Lakin torpağa dair heç bir hüquqi sənədləri yoxdur. Cavabdehlərə zəbt etdikləri torpaq sahəsinin iddiaçıya məxsus olması ilə bağlı rəsmi sənəd göstərsə də, buna heç bir məhəl qoymayaraq torpaq sahəsini boşaltmaqdan imtina edirlər. Əlavə olaraq qeyd edir ki, həmin ərazilərdə inşa edilmiş fərdi yaşayış evlərində yaşayan şəxslərin adları barədə Göygöl Rayonu Üçtəpə kənd bələdiyyəsində siyahı vardır. Mübahisənin məhkəmə yolu ilə həll olunması üçün həmin şəxslərin adlarını bələdiyədən tələb etsə də, müxtəlif bəhanələr edərək bundan imtina edirlər. Ona görə ki, ona məxsus torpaq sahəsini Göygöl Rayonu Üçtəpə kənd bələdiyəsinin sədri Rza Məmmədov və müavini Rüstəm adlı şəxslər qeyri rəsmi olaraq tanımadığı şəxslərə satmışlar. Buna görə də iddiaçıdan həmin şəxslərin adlarını gizlətməyə çalışırlar. Ona görə ki, onların iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı məhkəməyə müraciət edə bilməsin. Bir şeyi də nəzərə çatdırır ki, Göygöl Rayonu Üçtəpə kənd Bələdiyəsinin sədri və müavini tərəfindən ona verilən yalan məlumat əsasında torpaq sahəsinə yanaşı olan fərdi yaşayış evində yaşayan X5 qarşı torpaq sahəsinin boşaldılması ilə bağlı iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən dəvət olunmuş ekspert tərəfindən həmin əraziyə yerində baxış keçirilmiş və müəyyən ounmuşdur ki, ona məxsus torpaq sahəsi X5 məxsus ərazidə yox, ona bitişik sahədə yerləşir. Bundan sonra da məhkəmə iddiaçının iddiasını təmin etməmişdir. Sonradan ona məlum oldu ki, ona məxsus torpaq sahəsini X2 ailə üzvlərindən biri və digər bir şəxs Bələdiyyə ilə cinayət əlaqəsinə girərək zəbt edib orada fərdi yaşayış evi inşa etdirmişlər. Həmin şəxsə dəfələrlə ona məxsus zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, o, bundan imtina edərək həmin torpaq sahəsini Bələdiyyədən aldığını bildirir. Lakin həmin torpaq sahəsinin alınması ilə bağlı heç bir hüquqi sənədi yoxdur. İddiaçı isə torpağı aldığı müddətdən bəri həmin ərazidən istifadə edə bilmir. Buna görə də ona məxsus zəbt edilmiş torpaq sahəsinin boşaldılması ilə bağlı qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bir daha bildirir ki, cavabdeh onun torpaq sahəsini qanunsuz zəbt edərək istifadəsini məhdudlaşdırmışdır. Bu isə onun mülkiyyət hüquqlarının kobud qaydada pozulmasına səbəb olmuşdur. İddiaçı tərəfindən məhkəməyə əlavə cavabdehin cəlb olunmasına dair vəsatət təqdim edilmişdir. Həmin vəsatətdə göstərmişdir ki, Cavabdeh qarşı ona məxsus Göygöl Rayonu Üçtəpə kəndində yerləşən **********78 nömrəli 0,10 ha zəbt olunmuş torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və boşaldılması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatındadır. Əlavə olaraq qeyd edir ki, ona məxsus Göygöl Rayonu Üçtəpə kəndində yerləşən **********78 nömrəli 0,10 ha torpaq sahəsində sonradan adı soyadı ona məlum olan X6 adlı şəxsdə özü üçün fərdi yaşayış evi və digər tikililər aparmışdır. Odur ki, icraatda Cavabdeh barəsində olan iş üzrə X3 da əlavə cavabdeh kimi cəlb edib ona məxsus Göygöl Rayonu Üçtəpə kəndində yerləşən **********78 nömrəli 0,10 ha torpaq sahəsində inşa etdiyi bütün tikililərin sökülməsi, boşaldılması və cavabdehin və onunla birlikdə yaşayan şəxslərin çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə görə başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı əlavə cavabdehin cəlb edilməsi barədə vəsatəti təmin edilmiş və mülki iş üzrə X6 əlavə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, cavabdehlərin ona məxsus olan 0.10 ha torpaq sahəsində tikinti inşa etdirmələrini, həmçinin Kamandar Qurbanovun yenidən ona məxsus torpaq sahəsində tikinti işləri aparmasını bildirdi və ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X7 izahatında göstərdi ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər aparmışlar. Ekpsertizanın baxışı zamanı Cavabdeh iştirak etmişdir. Həmin vaxt ekspertlər ölçü işləri aparmışlar. X8pını açmamasına görə ekspertlər çöldən çölə ölçü aparmışlar. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və onun nümayəndənin izahatlarını, iş materiallarını, mütəxəssis rəyini və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Göygöl rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və tikililərin sökülməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1952-ci ildə anadan olmuşdur. Mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizaları üzrə mütəxəssislərdən ibarət kompleks məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə olunmuş və ekspertizanın qarşısında 1.İddiaçı adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışda göstərilən Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X6 və ya başqa bir şəxs tərəfindən zəbt olunmuşdurmu?

2. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hansı tikili, qurğu və ya təsərrüfat obyekti mövcuddur və nələrdən ibarətdir (adları, ölçüləri, döngə nöqtələri və sxemi göstərilsin)?

3. Əgər tikili mövcuddursa həmin tikili, qurğu və ya təsərrüfat obyekti kimin tərəfindən inşa edilmişdir? barədə suallar qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-0541/2024 nömrəli mütəxəssis rəyinə əsasən araşdırmanın nəticəsi olaraq qeyd edilənlər müəyyən olunmuşdur.

1. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat tarixli **********78 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.10 ha (plan və ölçü sənədindəki koordinatlara istinadən 1061.0 kv.m) torpaq sahəsinin 221.0 kv.m hissəsi Cavabdeh faktiki istifadəsindədir. İddiaçı mülkiyyətində olan 0.10 ha (plan və ölçü sənədindəki koordinatlara istinadən 1061.0 kv.m) torpaq sahəsinin 499.0 kv.m hissəsi digər şəxslərin faktiki istifadələrindədir. X6, faktiki istifadəsində olan torpaq sahəsində ölçü işləri aparılmasına icazə vermədi. 2.Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin 38.0 kv.m hissəsi, **********78 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Digər şəxslər tərəfindən inşa edilmiş tikililərin isə, ümumilikdə 188.0 kv.m hissəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ərazidə mövcud olan yolun 341.0 kv.m hissəsi, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir.

3. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evindən başqa, İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin kim tərəfindən inşa edildiyini müəyyən etmək, səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında iddiaçının və onun nümayəndəsinin izahatları, ekspert rəyi ilə və tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı iddiasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayonunun Üçtəpə kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsində cavabdehlər Cavabdeh və Kamandar Qurbanovun inşa etdikləri tikililərin onların öz vəsaiti hesabına sökülməsi və cavabdehlərlə birlikdə yaşayan bütün şəxslərin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də, mütəxəssis rəyindən və məhkəmə araşdırmasından müəyyən olunmuşdur ki, Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin 38.0 kv.m hissəsi **********78 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmçinin cavabdeh X6 faktiki istifadəsində olan torpaq sahəsində ekspertlərə ölçü işlərinin aparılmasına icazə verməməsinə görə onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və həmin torpaqda hər hansı tikinti inşa etməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdeh X4 aid hissədə təmin edilməməlidir. Beləliklə Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin 38.0 kv.m hissəsi **********78 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməsi İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Cavabdeh zəbt etdiyi iddiaçıya məxsus torpaq sahəsində inşa etdiyi tikinti onun öz xərci hesabına sökülməli və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir .Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, **********78 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin 38.0 kv.m hissəsi yerləşməsinə görə həmin 38.0 kv.m inşa edilmiş tikinti cavabdehin öz vəsaiti hesabına sökülməli, Cavabdeh zəbt etdiyi İddiaçı məxsus olan torpaq sahəsindən çıxarılmalı və iddiaçı tərəfindən Daşınmaz əmlaka rəy verilməsi üçün ödənilən 150 manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. **********78 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin 38.0 kv.m hissəsi yerləşməsinə görə həmin 38.0 kv.m inşa edilmiş tikinti cavabdehin öz vəsaiti hesabına sökülsün və Cavabdeh zəbt etdiyi İddiaçı məxsus olan torpaq sahəsindən çıxarılsın. İddiaçı tərəfindən Daşınmaz əmlaka rəy verilməsi üçün ödənilən 150 manat Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar