Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-34/2024 28.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilk Kommisiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh X6 qаrşı “uşağın himayədə saxlanması və aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh X6 qаrşı “uşağın himayədə saxlanması” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, 30 mart 2008-ci il təvəllüdlü X7 onun himayəsində olmasının müəyyən edilməsi və cavabdeh X3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı nikahlarını 15 may 2008-ci ildə tarixdə rəsmiləşdirməklə cavabdeh X9 ilə evlənmişlər. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı 2 (iki) uşaqları olmuşdur. Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(066)-208/2020 saylı qətnaməsi ilə X9 ilə iddiaçının aralarında olan xx.xx.2008-ci ildə Göygöl rayon Qeydiyyat şöbəsində 68 saylı qeydə alınmış nikah aktı qeydiyyatının pozulması, xx.xx.2008-ci ildə anadan olmuş X7 atası İddiaçı və xx.xx.2015-ci ildə anadan olmuş X8 anası X4 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(104)-3003/2020 saylı qətnaməsi ilə iş üzrə Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(066)-208/2020 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilmədiyi və sonrakı iddianın qismən təmin edildiyi hissədə, yəni xx.xx.2008-ci ildə anadan olmuş X7 atası İddiaçı himayəsində verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia təmin edilməmiş, tərəflərin birgə nikahında xx.xx.2008-ci ildə anadan olmuş X10 anadan olmuş, X10 cavabdeh İddiaçı alınaraq anası X4 himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2511/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3003/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ülkər Quliyeva 29 noyabr 2019-cu ildə kiçik oğlu Tunarı özü ilə götürüb atası evinə getmişdir. Böyük oğlu Ruhin isə anası ilə getməyərək iddiaçının yanında qalmışdır. Həmin vaxtdan hal-hazıradək iddiaçı ilə yaşayır. Məhkəmə qətnaməsi ilə hər iki uşağa aliment müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/424 nömrəli, 04 noyabr 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı bağlığı üzə çıxmaqla anası X6 bağlığı müəyyən olunur. xx.xx.2008-ci il təvəllüdlü X10 psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X10 psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikro- mühitə uyğundur. X10 xx.xx.2008-ci ildə anadan olmaqla artıq onun 15 yaşı vardır. Ruhin Quliyevin bütün maddi tələbatlarını iddiaçı ödəyir. Cavabdeh isə uşağın saxlanılması üçün heç bir maddi yardım etmir. Cavabdeh Ülkər Quliyeva Göygöl rayon xəstəxanasında tibb bacısı işləyir. Aylıq əmək haqqısı 600 (altı yüz) manatdır. Bu səbəbə görə iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının mütəxəssisi X1 iştirakı ilə dindirilən xx.xx.2008-ci il təvəllüdlü X10 izahatında göstərmişdir ki, onun 15 yaşı vardır. 3 ildir atası ilə birlikdə yaşayır və onunla qalmaq istəyir. Anasını yanında qalmaq istəmir. Məhkəmə iclasında Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının mütəxəssisi X5 bildirdi ki, məhkəmə iclasında dindirilmiş X10 izahatını sərbəst şəkildə və heç bir təsirə məruz qalmadan vermişdir. Uşaq fikrini dəqiq və səlist ifadə edə bilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-789/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022- ci il tarixli, 2(066)-704/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X9 və üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı 30 mart 2008-ci il təvəllüdlü X7 cavabdeh X3 alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 129011 nömrəli, 19 avqust 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (Atası İddiaçı, anası X9) xx.xx.2008-ci ildə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2008-ci ilin may ayının 15-ci günündə 170 nömrə ilə qeyd edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının uşaq tələbi haqqında 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası” azyaşlı X7 atasına bağlı olduğunu və atasının yanında qalmaq istədiyini nəzərə alaraq azyaşlının mənafeyinə uyğun olaraq onun atasının yanında qalmaq istədsiyini nəzərə alaraq azyaşlının mənafeyinə uyğun olaraq onun atası İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/639 nömrəli, 15 yanvar 2024-cü il tarixli Ekspert rəyindən görünür ki, 30 mart 2008-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı bağlılığı qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası X6 bağlılığı müəyyən olunmur. 30 mart 2008-ci il təvəllüdlü X10 psixi inkişafına, yaş və fərdi- psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 30 mart 2008-ci il təvəllüdlü X7 psixi cəhətdən normal inkişaf etməklə, onun əqli inkişafı yaşın yaşına ver orduvahato edən sosial mikromühitə uyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X6 qаrşı “uşağın himayədə saxlanması” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddiaçı nikahlarını 15 may 2008-ci ildə tarixdə rəsmiləşdirməklə cavabdeh X9 ilə evlənmişlər. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı 2 (iki) uşaqları olmuşdur. Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(066)-208/2020 saylı qətnaməsi ilə X9 ilə iddiaçının aralarında olan xx.xx.2008-ci ildə Göygöl rayon Qeydiyyat şöbəsində 68 saylı qeydə alınmış nikah aktı qeydiyyatının pozulması, xx.xx.2008-ci ildə anadan olmuş X7 atası İddiaçı və xx.xx.2015-ci ildə anadan olmuş X8 anası X4 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(104)-3003/2020 saylı qətnaməsi ilə iş üzrə Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(066)-208/2020 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilmədiyi və sonrakı iddianın qismən təmin edildiyi hissədə, yəni xx.xx.2008-ci ildə anadan olmuş X7 atası İddiaçı himayəsində verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia təmin edilməmiş, tərəflərin birgə nikahında xx.xx.2008-ci ildə anadan olmuş X10 anadan olmuş, X10 cavabdeh İddiaçı alınaraq anası X4 himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 2511/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3003/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ülkər Quliyeva 29 noyabr 2019-cu ildə kiçik oğlu Tunarı özü ilə götürüb atası evinə getmişdir. Böyük oğlu Ruhin isə anası ilə getməyərək iddiaçının yanında qalmışdır. Həmin vaxtdan hal-hazıradək iddiaçı ilə yaşayır. Məhkəmə qətnaməsi ilə hər iki uşağa aliment müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/424 nömrəli, 04 noyabr 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7 halhazırda atası İddiaçı bağlığı üzə çıxmaqla anası X6 bağlığı müəyyən olunur. xx.xx.2008-ci il təvəllüdlü X10 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X10 psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikro- mühitə uyğundur. X10 xx.xx.2008-ci ildə anadan olmaqla artıq onun 15 yaşı vardır. Ruhin Quliyevin bütün maddi tələbatlarını iddiaçı ödəyir. Cavabdeh isə uşağın saxlanılması üçün heç bir maddi yardım etmir. Cavabdeh Ülkər Quliyeva Göygöl rayon xəstəxanasında tibb bacısı işləyir. Aylıq əmək haqqısı 600 (altı yüz) manatdır. Bu səbəbə görə iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Hazırki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X7 onun himayəsinə verilməsini istəyir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Аzərbаycаn Respublikаsının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır (Ailə Məcəlləsi 60, 61). Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə 8 iyul 2003-cü il tarixli qərarında (66-cı bənd) qeyd etmişdir ki, 8-ci maddə tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi“Elşolts Almaniyaya qarşı” işi üzrə isə qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır” Avropa İnsan Hüquqları Məhkəməsi “Maumousseau və Washington Fransaya qarşı” 06 dekabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağın və valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Neulinger and Shuruk İsveçrəyə qarşı” 06 iyul 2010-cu il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə uşaqla görüş, yaşayış yeri və səyahət etmək ilə əlaqəli mübahisələri tənzimləyən dövlət hakimiyyət orqanlarını əvəz etməməlidir; O, Konvensiyaya əsasən həmin orqanların öz səlahiyyətlərini yerinə yetirərkən qəbul etdiyi qərarları nəzərdən keçirməlidir. Məhkəmə bu qərarları qiymətləndirərkən, milli məhkəmələrin, xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterində bütün faktorlar ilə ailənin vəziyyətinin və digər faktorların hərtərəfli araşdırılması ilə əlaqədar uşağın maraqlarının üstün tutulması halını nəzərə alaraq, həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilmə və tarazlama aparıla bilməməsinə daha çox diqqət yetirməlidir. “Pençevi Bolqarıstana qarşı”, eləcədə “Nazarenko Rusiyaya qarşı” iş üzrə də Avropa Məhkəməsi uşaqların maraqlarının üstün tutulmasını qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi“Olsson İsveçə qarşı” iş üzrə 24 mart 1988-ci il tarixli qərarında göstərmişdir ki, İsveçin dövlət orqanları eyni valideynlərə malik olan uşaqları biri-birindən ayrı yaşamağa məhkum etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə qərarında qeyd etmişdir ki, doğma bacı və qardaşlar uşaqlarla valideynlər arasında münasibətdən asılı olmayaraq öz aralarındakı münasibətlər çərçivəsində ailə həyatı hüququna malikdirlər və İsveç hökuməti üç qardaşı biri-birindən ayrı saldığına görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” üzrə Avropa Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıq-aydın mane olma əlamətləri görünürsə). Ailə Məcəlləsinin 56.1 və 58-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi və “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlimtərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.1-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Səlahiyyətli milli orqanlara verilən mülahizə sərbəstliyi məsələlərin mahiyyətinə və maraqların əhəmiyyətinə görə dəyişəcəkdir. Belə ki, Məhkəmə səlahiyyətli orqanların, xüsusilə də, himayə qərarı verərkən geniş bir mülahizə sərbəstliyinə malik olduqlarını müəyyən edir. Bununla belə, hər hansı digər məhdudiyyətlərə, məsələn, valideynlərin və uşaqların ailə həyatına hörmət hüququnun səmərəli müdafiəsini təmin etmək üçün nəzərdə tutulmuş hər hansı hüquqi təminata gəldikdə ciddi araşdırma tələb olunur. Bu cür əlavə məhdudiyyətlər kiçik bir uşağın bir və ya hər iki valideyni ilə münasibətlərinin azaldılması təhlükəsinə səbəb olur (bax Sahin Almaniyaya qarşı, no.30943/96, paraqraf 65, və Sommerfeld Almaniyaya qarşı, no.31871/96, paraqraf 63). Göründüyü kimi, İddiaçı cavabdeh 15 may 2008-ci ildə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 30 mart 2008-ci il təvəllüdlü X10 və 03 aprel 2015-ci il təvəllüdlü X11 doğulmuşdur. Sonradan münasibətləri pozulan tərəflər ayrılmışlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı uşaqların mənafeyinə uyğun gəlməyən hər hansı hərəkətə yol vermədiyi halda, həmçinin onun uşaqları öz himayəsində saxlama arzusu nəzərə alınmadan uşaqların cavabdehin himayəsində saxlanılması ilk növbədə iddiaçının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndində təsbit olunmuş uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək hüququnu pozaraq onu bu hüquqdan əsassız şəkildə məhrum etməyə gətirib çıxara bilər. Həmçinin bu cür hala yol verilməsi uşaqları da öz valideynləri tərəfindən tərbiyə olunmaq hüququndan məhrum edir. Məhkəmə bu məsələyə uşağın mənafeyinin (maraqlarının) qorunması kontekstindən yanaşaraq hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X7 cavabdeh ilə birlikdə qalması onun istər əqli, istər fiziki, istərsə də psixoloji inkişafına uyğun deyildir və uşağın daha üstün maraqlarını təmin etmir. Məhkəmə iclasında Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının mütəxəssisi X1 iştirakı ilə dindirilən xx.xx.2008-ci il təvəllüdlü X10 izahatında göstərmişdir ki, onun 15 yaşı vardır. 3 ildir atası ilə birlikdə yaşayır və onunla qalmaq istəyir. Anasını yanında qalmaq istəmir. Məhkəmə iclasında Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının mütəxəssisi X5 bildirdi ki, məhkəmə iclasında dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü X10 izahatını sərbəst şəkildə və heş bir təsirə məruz qalmadan vermişdir. Uşaq fikrini dəqiq ifadə edə bilir. Bundan başqa, məhkəmə iddia tələbinin uşağın iddiaçının himayəsində olması ilə bağlı qeyd edir ki, iş materillarında olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik” komissiyasının uşaq tələbi haqqında 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında fəaliyyət göstərən “Qəyyumluq və Himayəçilik Komissiyası” azyaşlı X7 atasına bağlı olduğunu və atasının yanında qalmaq istədiyini nəzərə alaraq azyaşlının mənafeyinə uyğun olaraq onun atasının yanında qalmaq istədsiyini nəzərə alaraq azyaşlının mənafeyinə uyğun olaraq onun atası İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11/639 nömrəli, 15 yanvar 2024-cü il tarixli Ekspert rəyindən görünür ki, 30 mart 2008-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı bağlılığı qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası X6 bağlılığı müəyyən olunmur. 30 mart 2008-ci il təvəllüdlü X10 psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 30 mart 2008-ci il təvəllüdlü X7 psixi cəhətdən normal inkişaf etməklə, onun əqli inkişafı yaşın yaşına ver orduvahato edən sosial mikromühitə uyğundur. Bundan başqa, iddiaçı fəaliyyət qabiliyyətsiz hesab edilməmiş, valideyinlik hüququndan məhrum edilməmiş və onun hüququ hər hansı qaydada məhdudlaşdırılmamışdır. Məhkəmə bu məsələyə uşağın mənafeyinin (maraqlarının) qorunması kontekstindən də yanaşaraq hesab edir ki, uşağın cavabdehlə ilə birlikdə qalması onların istər əqli, istər fiziki, istərsə də psixoloji inkişafına uyğun deyildir və uşaqların daha üstün maraqlarını təmin etmir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə uşağın iddiaçının himayəsində saxlanılması uşağın mənafeyinə uyğun hesab edilə bilər. Bundan başqa, məhkəmə uşaqlar üçün alimentin tutulması ilə bağlı qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Hazırki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı, birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin tutulub onun xeyrinə verilməsini xahiş etmişdir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu). “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsi 75). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir (Ailə Məcəlləsi 78). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 (yüz) manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan alimentin məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edirlir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalı aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır (Mülki Prosessual Məcəllə 14; 77; 88; 217). Bundan başqa, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən məhkəməpsixoloji ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq Mərkəzin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və cаvаbdeh X4 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 İddiaçı himayəsində olması müəyyən edilsin. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X3 hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 iyul 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh X3 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı – 50 manat və cavabdeh X3 – 50 manat olmaqla tutulаrаq büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədətəmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-34/2024 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏ Göygöl Rayon Məhkəməsi 28 mart 2024-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilk Kommisiyasının nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh X6 qаrşı “uşağın himayədə saxlanması və aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və cаvаbdeh X4 birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 İddiaçı himayəsində olması müəyyən edilsin. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh X3 hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 iyul 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh X3 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı – 50 manat və cavabdeh X3 – 50 manat olmaqla tutulаrаq büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia tələbi qalan hissədətəmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(066)-34/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-34/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver