Məhkəmə qərarları › İş №2(066)-340/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-340/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-340/2023 06.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Ərizəçi iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsinə dair ərizəsinə Göygöl şəhərində 06 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək mərhum X1 doğum haqqında şəhadətnamədə göstərildiyi kimi 10 noyabr 1956-cı ildə anadan olması hüquqi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edib göstərdi ki, mərhum X4 10 noyabr 1956-cı ildə Xanlar (Göygöl) rayonu Köşkü kəndində anadan olmuş və 18 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. X1 doğumu Xanlar rayon VVADQ şöbəsində 10 noyabr 1956-cı ildə 19 nömrə ilə qeydə alınmış və ona İ-JQ seriyalı 294541 nömrəli doğum şəhadətnaməsi verilmişdir. Doğum şəhadətnaməsində doğum tarixi 10 noyabr 1956-cı il qeyd edilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində texniki səhv olaraq 10 oktyabr 1956-cı il kimi yazılmışdır. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarını yerinə yetirərkən yaralanmış. hərbi ekspert komissiyasının rəyi əsasında 2-ci qrup hərbi vəzifəsini yerinə yetirən zaman əlil hesab edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin məlum Fərmanı ilə birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Həmin müavənətin alinması üçün müraciət edən zaman məlum olmuşdur ki, X4 10 noyabr 1956-cı ildə anadan olmasına baxmayaraq onun adına verilmiş şəxsiyyət vəsiqəsində texniki cəhv olaraq 10 oktyabr 1956-cı il kimi göstərilmişdir. Bu səbəbdən də atasının adına olan müavinəti almaq mümkün olmamışdır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi məhkəməyə xx.xx.2023-cü il tarixli 356 nömrəli məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X11, X8, X9 və X5 məhkəmə iclasında ifadə verərək göstərdilər ki, Ərizəçi və onun mərhum X4 ilə həmkəndlidirlər. X14 10 noyabr 1956-cı ildə Xanlar rayonun Köşkü kəndində anadan olmuş və və 18 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. X7 doğum haqqında şəhadətnaməsində doğum tarixi 10 noyabr 1956-cı il qeyd edilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində texniki səhv olaraq 10 oktyabr 1956-cı il kimi yazılmışdır. X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarını yerinə yetirərkən yaralanmış. Hərbi ekspert komissiyasının rəyi əsasında 2-ci qrup hərbi vəzifəsini yerinə yetirən zaman əlil hesab edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin məlum Fərmanı ilə bir dəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Ərizəçi X4 həmin müavənətin almaq üçün müraciət etsə də atasının doğum tarixi şəxsiyyət vəsiqəsində texniki səhv olaraq 10 oktyabr 1956-cı il kimi göstərildiyindən həmin müavinəti ala bilməmişdir. İşə əlavə edilmiş İ-JQ seriyalı 294541 nömrəli doğum şəhadətnaməsində X7 10 noyabr 1956-cı ildə Xanlar (Göygöl) rayonu Köşkü kəndində anadan olması, atasının X3, anasının X6 olması göstərilmişdir. İşə əlavə edilmiş AZ-T seriyalı 129097 nömrəli doğum şəhadətnaməsində Ərizəçi xx xxxx 1998-ci ildə Göygöl rayonu Köşkü kəndində anadan olması, atasının X14, anasının X12 olması göstərilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 148455 nömrəli ölüm şəhadətnaməsində X7 18 yanvar 2021-ci ildə vəfat etdiyi göstərilmişdir. İşə əlavə edilmiş Göygöl rayonu İHB-nın Köşkü kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışında Ərizəçi Göygöl rayonunun Köşkü kəndində yaşadığı göstərilmişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində Ərizəçi xx.xx.1998-ci ildə Xanlar rayonunun Köşkü kəndində doğulması və Göygöl rayonu Köşkü kəndində qeydiyyatda olması göstərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iclasında müəyyən olur ki, Ərizəçi atası X2nun 10 noyabr 1956-cı ildə Xanlar (Göygöl) rayonu Köşkü kəndində anadan olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 230, 233, 237 və 311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası X2nun 10 noyabr 1956-cı ildə Xanlar (Göygöl) rayonu Köşkü kəndində anadan olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar