Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-341/2023 27.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə üzrə mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə üzrə mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Hacıməlik qəsəbəsində 30 sentyabr 2002-ci il tarixdə vəfat etmiş mərhum X6ndan miras qalan 0,15 hektar torpaq sahəsinin və onun üzərində inşa edilmiş evi vəsiyyətnaməyə əsasən miras əmlaka mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi dəqiqləşdirməyə dair ərizə verərək atasından miras qalmış 0,15 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikintiyə miras əmlak olaraq faktiki qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Ərizəçinin X6, anası isə X14 olmuşdur. Ərizəçi anası 21 sentyabr 1997-ci ildə, X6 isə 30 sentyabr 2002-ci ildə vəfat etmişdir. Ərizəçinin valideynlərinin birgə nikahından X15, X16, X19, X25 və Ərizəçi adlı şəxslər anadan olmuşdur. 28 aprel 2000-ci il tarixdə ərizəçinin atası X2 rayon notariat kontoruna müraciət edərək ərizəçinin adına vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədə “ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Xanlar rayonu Əzizbəyov qəsəbəsində olan şəxsi yaşayış evini bütünlüklə Ərizəçi vəsiyyət edirəm” kimi göstərilmişdir. Bundan əlavə ərizəçinin atası vəsiyyətnamədə başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etdiyini qeyd etmişdir. Həmin vəsiyyətnamə ərizəçinin atasının öz iradəsi əsasında tərtib edilmiş və qanuni vərəsələr hesab edilən şəxslər atalarının iradəsinə hörmətlə yanaşmışlar. Xanlar rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə X10 adına Xanlar rayonu Hacıməlik qəsəbəsi ərazisindən 0,15 hektar torpaq sahəsinə JN-130A KOD 50800016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilən 0,15 ha torpaq sahəsinin üzərində ərizəçinin mərhum atası tərəfindən ev inşa edilmişdir. Ərizəçi və bacı qardaşları həmin evdə doğulub boya-başa çatmışlar. Evin yaşayış sahəsi 85,9 kv.metrdir və 210.5 kv.m-dən ibarət 2 (iki) əl damı vardır. Ərizəçinin bacı və qardaşları həyətyanı torpaq sahəsindən və miras qalan evdən məcburi pay hüquqlarının olmasına baxmayaraq həmin məcburi paydan ərizəçinin xeyrinə imtina edirlər. Ərizəçinin atası vəfat etdiyi andan vəsiyyətnamə üzrə mirası o qəbul etmişdir və mirasdan da o istifadə edir. Ərizəçi Göygöl rayon notariat kontoruna 08 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edib vəsiyyətnamə üzrə şəhadətnamənin verilməsini xahiş etmişdir. Göygöl rayon notariat kontoru həmin tarixdə ərizəçiyə imtina məktubu verərək ona mirasın qəbulu müddətini ötürdüyü üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbə görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini və həmçinin şahidləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 07792673 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Xanlar rayon dövlət notariat kontoru tərəfindən verilmiş 28 aprel 2000-ci il tarixli, 2V-26 nömrəli vəsiyyətnamənin surətindən görünür ki, Xanlar rayonu, Əzizbəyov qəsəbəsində yaşayan X3 rayonu Əzizbəyov qəsəbəsində olan evini bütünlüklə Ərizəçi vəsiyyət və başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etməsi qeyd edilmişdir. İE seriyalı, 119786 nömrəli, 18 iyun 1951-ci il tarixli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X21 və X22 21 may 1951-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 1951-ci ilin may ayının 21-ci günündə 32 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd ediləndən sonra kişiyə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Xanlar VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 004920 nömrəli, xx.xx.2002-ci il tarixli ölüm haqqnda şəhadətnamənin surətindən görünür ki, X21 30 sentyabr 2002-ci il ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci ilin 09-cu ayının 30-cu günündə 13 nömrə ilə qeyd edilmişdir. İJ seriyalı, 223984 nömrəli, xx.xx.1954-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (X6, anası X17) xx.xx.1954-cü il tarixdə Kirovabad şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti akatlarının doğum kitabında 1954-cü ilin dekabr ayının 10-cu günündə 164 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Xanlar rayon Əzizbəyov qəsəbəsi İH-nin nümayəndəliyi tərəfindən verilmiş İV-JQ seriyalı, 493896 nömrəli, 22 sentyabr 1997-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1997-ci ilin sentyabr ayının 22-ci günündə 8 nömrə ilə qeyd edilmişdir. X16 tərəfindən yazılmış Gəncə “ASAN xidmət” mərkəzinin notaraiat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, X16 X6 30 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, inid də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X25 tərəfindən yazılmış Gəncə şəhər 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, X25 X6 30 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış bütün əmlakdan bütün əsaslar üzrə ona çayası miras payı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmiş, indi də etmir və gələcəkdə bununla bağlı aidiyyəti orqanlara müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Xanlar rayon Hacıməlik qəsəbə İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 157860 nömrəli, 02 yanvar 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 yanvar 2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin yanvar ayının 02-ci günündə 01 nömrə ilə qeyd edilmişdir. Göygöl rayon notariat ofisi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi ünvanlanmış məktubdan görünür ki, mirasın qəbulu müddətini keçirdiyi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-130A KOD 50800016 nömrəli şəhadətnamədən görünür ki, Xanlar (Göygöl) rayonu, Hacıməlik qəsəbə sakini X18 Xanlar rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə 0,15 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, ərizəçi onun bacısıdır. Mərhum atasına bacısı Minarə baxmışdır. Mərhum atası tərəfindən bacısına vəsiyyətnamə qoyulmuşdur. Həmin vəsiyyətnamədə səhvən bütün əmlaklar göstərilməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, ərizəçi bibisidir. X5 onun babasıdır. Babasından qalan əmlakları babası bibisinə vermişdir. Bibisi uzun müddətdir ki, həmin evdə yaşayır və miras əmlakı da o qəbul etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, ərizəçi xalasıdır. X5 onun babasıdır. Babasından qalan əmlakları babası xalasına vermişdir. Xalası uzun müddətdir ki, həmin evdə yaşayır və miras əmlakı da o qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə üzrə mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Ərizəçinin X6, anası isə X14 olmuşdur. Ərizəçi anası 21 sentyabr 1997-ci ildə, X6 isə 30 sentyabr 2002-ci ildə vəfat etmişdir. Ərizəçinin valideynlərinin birgə nikahından X15, X16, X19, X25 və Ərizəçi adlı şəxslər anadan olmuşdur. 28 aprel 2000-ci il tarixdə ərizəçinin atası X2 rayon notariat kontoruna müraciət edərək ərizəçinin adına vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədə “ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Xanlar rayonu Əzizbəyov qəsəbəsində olan şəxsi yaşayış evini bütünlüklə Ərizəçi vəsiyyət edirəm” kimi göstərilmişdir. Bundan əlavə ərizəçinin atası vəsiyyətnamədə başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etdiyini qeyd etmişdir. Həmin vəsiyyətnamə ərizəçinin atasının öz iradəsi əsasında tərtib edilmiş və qanuni vərəsələr hesab edilən şəxslər atalarının iradəsinə hörmətlə yanaşmışlar. Xanlar rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə X10 adına Xanlar rayonu Hacıməlik qəsəbəsi ərazisindən 0,15 hektar torpaq sahəsinə JN-130A KOD 50800016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilən 0,15 ha torpaq sahəsinin üzərində ərizəçinin mərhum atası tərəfindən ev inşa edilmişdir. Ərizəçi və bacı qardaşları həmin evdə doğulub boya-başa çatmışlar. Evin yaşayış sahəsi 85,9 kv.metrdir və 210.5 kv.m-dən ibarət 2 (iki) əl damı vardır. Ərizəçinin bacı və qardaşları həyətyanı torpaq sahəsindən və miras qalan evdən məcburi pay hüquqlarının olmasına baxmayaraq həmin məcburi paydan ərizəçinin xeyrinə imtina edirlər. Ərizəçinin atası vəfat etdiyi andan vəsiyyətnamə üzrə mirası o qəbul etmişdir və mirasdan da o istifadə edir. Ərizəçi Göygöl rayon notariat kontoruna 08 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edib vəsiyyətnamə üzrə şəhadətnamənin verilməsini xahiş etmişdir. Göygöl rayon notariat kontoru həmin tarixdə ərizəçiyə imtina məktubu verərək ona mirasın qəbulu müddətini ötürdüyü üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbə görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya) 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. İşin faktiki hallarından müəyyən olunur ki: X5 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X10 və X7 ölümündən sonra onların birinci növbə vərəsələri olan – X15, X16, X19, X25 və Ərizəçi qalmışdır. X21 və X17 vəfat etdikdən sonra onların hal-hazırda vərəsəsi olaraq qalmış – Ərizəçi miras qalan əmlakda yaşayır və onu faktiki olaraq idarə edir. X5 tərəfindən qızı Ərizəçi vəsiyyətnamə qoyulmuşdur. Məhkəmə ilk növbədə iddianın düzgün həll edilməsi üçün miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna – X8 miras qalan Göygöl rayon Hacıməlik qəsəbəsində yerləşən 0,15 ha fərdi yaşayış evinin tikintisi təyinatlı torpaq sahəsi - daxildir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İşdən müəyyən edilir ki, hazırki iş üzrə Ərizəçi X6ndan miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Hazırki işdən isə müəyyən edilir ki, ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur:
1. miras əmlaka faktiki sahiblik etmək;
2. miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. İşdən daha sonra isə müəyyən edilir ki, digər birinci növbəli vərəsələr miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə qanun üzrə, nə də faktiki olaraq qəbul etməmişlər. Belə ki, onlar uzun illərdir həmin evdən köçüb getmişlər. Bundan başqa, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllə 1194 maddəsi). Eyni zamanda qeyd edilməlidir ki, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması da mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir (Mülki Məcəllə 1202 maddəsi). Yəni, məcburi pay almaq istəyən vərəsələrdə qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etməlidirlər. Lakin, mərhumun digər digər birinci növbədə olan vərəsləri miras əmlakı nə faktiki, nədə ki qanun üzrə qəbul etməmişlər. Belə olan halda, onlar mərhumun vərəsəsi sayıla bilməzlər. Məhkəmə iddia tələbinin Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq qəbul etməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hisədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.05.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X13rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi dövlət reyestrində qeydə alınmadığından və digər qaydada onun əsasları müəyyən edilmədiyindən həmin əmlak miras kütləsinə daxil edilə bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. X8 miras qalmış - Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən JN-130A KOD 50800016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahəsinin - Ərizəçi tərəfindən miras əmlak olaraq qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Əyyub Kərimov. İş № 2(066)-341/2023
AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN
QƏTNAMƏDƏNÇİXARİŞ
Göygöl Rayon Məhkəməsi
27 aprel 2023-cü il Göygöl şəhəri.
Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vəsiyyətnamə üzrə mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə
Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. X8 miras qalmış - Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən JN-130A KOD 50800016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahəsinin - Ərizəçi tərəfindən miras əmlak olaraq qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Əyyub Kərimov.