Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-342/2025 16.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” na dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X16 maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” na dair ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X2 miras qalmış Göygöl rayon Qızılca kəndində yerləşən, JN-375A, KOD 50807005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında olan 0.12 ha torpaq sahəsinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X3 Göygöl rayonu Qızlca kəndində 0.12 ha torpaq sahəsi miras qalıb. Həyat yoldaşı Fazil Əhmədov 20 yanvar 2007-ci il tarixdə vəfat edib. O, vəfat edəndən sonra ondan miras qalmış 0.12 ha torpaq sahəsini birinci növbə vərəsə kimi faktiki olaraq özü qəbul etmiş və bu gün də həmin miras onun sahibliyində və istifadəsində olmaqla özü idarə edir. Mərhum həyat yoldaşı Fazil Əhmədovdan miras qalmış 0.12 ha torpaq sahəsinə dair JN-375, KOD- 50807005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə var. O, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Göygöl rayon Notariat ofisinə müraciət etmişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilib. İmtinaya səbəb kimi mirasın qəbulu müddətini keçirməsi, həyat yoldaşının valideyinlərinin nikah şəhadətnaməsinin olmaması və vərəsələr arasında qohumluq münasibətini sübut edən sənədlərin olmamasını əsas gətirərək vərəsəlik işinin açılmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. İşə məhkəmədə baxılarkən ərizəçi X9 nümayəndəsi (vəkili) Vəkil tələbin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək hüquqlarını müdafiə etdiyi Ərizəçi mərhum həyat yoldaşı X2 miras qalmış Göygöl rayon Qızılca kəndində yerləşən, JN-375A, KOD 50807005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında olan 0.12 ha torpaq sahəsinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan ərizəsinə düzəliş edilməli və ərizəçi X9 mərhum həyat yoldaşı X2 miras qalmış Göygöl rayon Qızılca kəndində yerləşən, JN-375A, KOD 50807005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında olan 0.12 ha torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə ərizəçinin nümayəndəsinin tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizəçi X9 nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə vəsatət təqdim edilmişdir. Həmin vəsatətdə göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Ərizəçi mərhum həyat yoldaşı X2 miras qalmış Göygöl rayon Qızılca kəndində yerləşən, JN-375A, KOD 50807005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında olan 0.12 ha torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia üzrə Şahid2 və Şahid1 şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X9 nümayəndəsi (vəkili) Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək göstərdi ki, Anya xanımın həyat yoldaşı X2 Göygöl rayonu Qızılca kəndində 0.12 sot torpaq sahəsi miras qalmışdır. Həmin torpağa dair JN- 375A saylı şəhadətnamə də vardır. Şəhadətnamə hazırda qüvvədədir. Fazil Əhmədov xx.xx.2007 də vəfat etmişdir. Onun vəfatından sonra ondan qalan miras əmlakı faktiki olaraq Anya qəbul edib və idarə edir. Vərəsələr miras əmlakının Anyanın adına keçməsinə etiraz etmirlər. Mirasla bağlı notariusa da müraciət etsələr də, sənədlərdə olan uyğunsuzluğa görə ərizənin icrasından imtina edilmişdir. Anyanın qızı mirası qəbul etməməsinə görə notariusda ərizə də verib. Oğlu Şirxan isə anası Anyaya etibarnamə göndərmişdir. Faktiki olaraq mirası Anya qəbul edib və hal-hazıra qədər miras əmlakını idarə edir. Anyanın uşaqları da Qızılca kəndində doğulub və orada böyüyüblər. Uşaqlar o vaxtı balaca olub və onlar mirası qəbul etməyiblər. Qızı Gəncalə ayrı yerdə yaşayır və ərizəsi də var. Oğlu Şirxan anasına etibarnamə veribdir. Oğlu atasının sağlında Rusiya Federasiyasında yaşayıb və o, Rusiya vətəndaşıdır. Şahidlər Anya ilə yaxın qonşudurlar. Fazil Əhmədovdan torpaq sahəsindən başqa miras əmlak qalmamışdır. Ərizəçi X9 mərhum həyat yoldaşı X2 miras qalmış Göygöl rayon Qızılca kəndində yerləşən, JN-375A, KOD 50807005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında olan 0.12 ha torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi X16 izahatında ərizəni müdafiə edərək göstərdi ki, qızı Gəncalə Mənsimova 1980-ci ildə, oğlu Şirxan Əhmədov isə 1982-ci ildə doğulmuşdur. Oğlu Şirxan atasının sağlığından çıxıb Rusiyaya getmişdir. O, əvvəllər onlara gəlib getsə də, Rusiyada ailə qurandan sonra gəlməmişdir. O, məcbur olub mirasə əmlaka dair məhkəməyə ərizə vermişdir. Yoldaşı Fazil və özü dəmir yolçu ailəsi olmuşlar. Hazırda dövlət tərəfindən verilən evdə yaşayır. Ev hökümət evidir. Ev Qızılca stansiyasında yerləşir. Vərəsələr arasında heç bir mübahisə yoxdur. 0.12 ha torpaq boş sahədir. Torpaqda tikinti işləri aparılmamışdır. Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ərizəçi Anya ilə həm qonşudurlar, həm də qudadır. O,qızını onun oğluna ərə vermişdir, Anyanın oğlu onun kürəkənidir. Anya ilə 2011-ci ildən qohumdurlar. 14 ildir ki, onlarla qudadırlar. Qonşu olduqlarına görə Anyanın əri Fazili də tanıyır. Fazil Anya ilə ailə quranda özü cavan qız olmuşdur. Fazil onun qardaşı ilə birlikdə Almaniyaya əsgərliyə gediblər. 0,12 ha torpaq sahəsinin Anyanın adına keçməsini istəyir. X18 şəhərində yaşayır. Yeznəsinin adı Şirxandır. O, ildə 1 dəfə gəlib gedir. Şirxan ailə qurandan sonra Moskva şəhərində yaşayır. Mirasa dair Anyanın uşaqları ilə aralarında mübahisə yoxdur. Yeznəsi Şirxanın da torpaqla bağlı heç bir narazılığı yoxdur. Özü bilir ki, torpaq əvvəl Fazilin olub, indi də Anyanın adına keçir. Əgər Anya torpağı satsa onun fikrincə uşaqlarının buna narazılığı olmayacaq. Onlar mülk üstündə heç vaxt dava etməzlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ərizəçi Anya ilə qonşudurlar. Onlarla heç bir ədavəti olmayıb. Anyanı 7-8 ildir ki, tanıyır. Özü taksi kimi fəaliyyət göstərir və Anyanın arabir harasa aparıb gətirir. Bildiyinə görə onun oğlu Rusiya Federasiyasında, qızı isə Bakıda yaşayır. Anyanın əri Fazili tanımır. Torpaq sahəsi Qızılca kəndində yerləşir. Həmin torpaqda 1-2 maşın daş var. Həmin daşları Anya torpağa tökdürüb. Torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Torpağın Anyaya məxsus olmasını bilir. Anya ilə bir neçə dəfə torpağa baxmağa da getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Torpağın Mülkiyyətə verilməsinə dair JN-375A Kod 50807005 saylı şəhadətnamədən görünür ki, Xanlar (Göygöl) rayonu Qızılca kənd sakini X5 Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə 0.12 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş X6 ərizəsindən görünür ki, o, 20 yanvar 2007-ci ildə ölmüş X2 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. İş materiallarında olan, Göygöl Rayon Notariat ofisinin 07 yanvar 2025-ci il tarixli, 08 nömrəli məktubundan görünür ki, X9 müraciətinə baxılmış və mirasın qəbulu müddəti ötdüyündən, ərizəçinin həyat yoldaşının valideyinlərinin nikah haqqında şəhadətnaməsinin olmaması və vərəsələr arasında qohumluq münasibətini sübut edən sənədlərin olmaması əsas gətirilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 297 nömrəli arayışın surətindən görünür ki, X8 ilə Ərizəçi nikahları xx.xx.1978-ci ildə 04 nömrəli akt qeydi ilə bağlanmış və nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1980-ci ildə Xanlar rayonu Qızılca kəndində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1982-ci ildə Xanlar rayonu Qızılca kəndində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-1 259799 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 560450 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə Xanlar (Göygöl) rayonu Qızılca kəndində doğulmuş və Xanlar (Göygöl) rayonunun Qızılca kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş ərizəçinin, onun nümayəndəsinin, şahidlərin və birinci növbə vərəsənin notarial qaydada verdiyi ərizənin dəlillərindən görünür ki, həmin 0.12 ha torpağı ərizəçinin mərhum həyat yoldaşı X4 torpağı kimi tanıdıqlarını, həmin torpağın Fazil Əhmədovdan miras qalmasını və torpaqla bağlı heç bir mübahisə olmadığını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X4 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi onun vərəsəsi olan həyat yoldaşı Ərizəçi tərəfindən qəbul edilmişdir. Qeyd olunanlar iş üzrə dindirilmiş ərizəçinin, onun nümayəndəsinin və şahidlərin ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsinə dair JN-375A, Kod 50807005 olan şəhadətnamə ilə mərhum X4 adına qeydə alınmış miras əmlakın birinci növbə vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsinə dair JN-375A, Kod 50807005 olan şəhadətnamə ilə mərhum X4 adına qeydə alınmış miras əmlakın birinci növbə vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-342/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-342/2025
16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver