Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-347/2024 24.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «Mirasın qəbul edilməsi faktının və miras üzrə payın müəyyən edilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2n qarşı «Mirasın qəbul edilməsi faktının və miras üzrə payın müəyyən edilməsi tələbi barədə» iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 1959-cu ildə anadan olmuşam. X5 ilə anam X8 09 iyul 1956-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların rəsmi nikahlarından o, qardaşı Cavabdeh2, qardaşı X13 və bacısı Cavabdeh1 adlı 4 nəfər övladları olmuşdur. X5 27 iyul 2005-ci ildə, anası X8 isə 19 aprel 2017-ci il tarixdə vəfat etmişlər. Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda 0.1172 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49.4 kv.m-dən ibarət 1 nömrəli mənzil mərhum anam X3 miras qalmışdır. Mülkün xarakteristikası aşağıdakı kimidir. Mülk 1 mərtəbəli olmaqla, ümumu sahəsi 49.4 kv.m, 40.1 kv.m yaşayış sahəsindən, o cümlədən, 2 (iki) otaqdan ibarətdir. Mülkün faktiki istifadədə olan həyətyanı torpaq sahəsi 0.1172 hektardır. Yuxarıda sözügedən mənzil xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrə ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində mərhum anası X6 adına qeydiyyatda alınmışdır. Bu barədə Seriya MH, ******* nömrəli çıxarış da vardır. Məlum edir ki, X1 vəfatından sonra o, qardaşları və bacısı vərəsə qalmışıq. X1 vəfatından sonra miras əmlakı faktiki olaraq özü qəbul edərək mülkə özüm sahiblik etmişdir. Həmçinin atasının və anasının vəfat etdiyi vaxt dəfn xərclərini də özü çəkmişdir. Vərəsələrdən qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 onun miras əmlak qəbul etməsini təsdiq edirlər. Vərəsələrdən qardaşı X13 miras əmlakını qəbul etməməsi və vərəsəlik haqqında şəhadətnamə almaq istəməməsi barədə notariat ofisində ərizə vermişdir. Yuxarıda qeyd etdiyi kimi anam X7 ölümündən sonra, hal-hazıra qədər sözügedən mirasa sahiblik etməklə yanaşı mirası özü istifadə edir. Qeyd edir ki, mirası onun qəbul etməsini bütün qonşular və qohumlar da bilir və təsdiq edirlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və göstərdi ki, X5 27 iyul 2005-ci ildə, anası X8 isə 19 aprel 2017-ci il tarixdə vəfat etmişlər. Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda 0.1172 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49.4 kv.m-dən ibarət 1 nömrəli mənzil mərhum anam X3 miras qalmışdır. Valideyinləri öləndən sonra həmin mənzil İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilmiş və idarə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etdi və Cavabdeh1 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və “Doğum haqqında şəhadətnamə” nin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə anadan olmaqla, onun atası kimi X11, anası kimi isə X8 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə” nin surətindən məlum olur ki, X14 xx xxxxxx 1964-cu il tarixdə anadan olmaqla, onun atası kimi X11, anası kimi isə X8 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, X13 31 iyul 1956-cı il tarixdə və Cavabdeh1 xx xxxxxx 1961-ci il tarixdə anadan olmaqla onun atası kimi X11, anası kimi isə X9 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, X11 ilə X8 arasındakı nikah 09 iyul 1956-cı il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 64 nömrəli akt qeydi iolə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”lərin surətindən məlum olur ki, X11 27 iyul 2005-ci ildə “Diabetik koma, şəkərli diabet” xəstəliyindən, X8 isə 19 aprel 2017-ci il tarixdə “beyindaxili qansızma” xəstəliyindən ölmüşdür. Mülki işə əlavə edilmiş Göygöl Mənzil Təsərrüfatı İstehsalat Birliyinin 14 aprel 2022-ci il tarixli arayışından məlum olur ki, X9 19 aprel 2017-ci il tarixdə ölən vaxta kimi Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində yaşamış, onun ölümündən sonra ondan miras qalmış Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda yerləşən fərdi yaşayış evini oğlu İddiaçı idarə edir. Mülki işə əlavə edilmiş maraqlı şəxs X10 notarial qaydada təsdiqlənmiş ərizəsindən məlum olur ki, o, mərhum anası X4 miras qalmış Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 19 aprel 2017-ci il tarixdə “beyindaxili qansızma” xəstəliyindən ölmüş anası X4 miras qalmış, Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda 0.1172 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49.4 kv.m-dən ibarət, 2 otaqlı, 1 nömrəli mənzili miras əmlak kimi qəbul etmiş və idarə etmişdir. Bu halı məhkəmə iclasında dindirilən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da bir daha da təsdiq etdilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (MPM-in 191.3-cü maddəsi). Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, X2 miras qalmış əmlakları miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilsin və həmin müddət uzadılmalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «Mirasın qəbul edilməsi faktının və miras üzrə payın müəyyən edilməsi tələbi barədə» iddiası təmin edilsin. X4 miras qalmış Göygöl şəhəri S.Hacıyev küçəsində 76 nömrəli ünvanda 0.1172 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49.4 kv.m-dən ibarət 1 nömrəli mənzili miras əmlak kimi qəbul etməsi müəyyən edilsin. Həmin mənzilə İddiaçı vərəsəlik və mülkiyyəti hüquqları tanınsın. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-347/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-347/2024
24.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver