Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-35/2023 22.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən ailə üzvüləri ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində inşa etdirdiyi tikililərin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göygöl rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən ailə üzvüləri ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində inşa etdirdiyi tikililərin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ailə üzvüləri qanunsuz zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla onun mülkiyyətində olan Göygöl rayonunun, Yeni Qızılca kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sadəsindən çıxarılmaları, həmin torpaq sahəsində inşa etdiyi tikililərin öz xərci hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilərək iş üzrə icraat dayandırılmışdır İddiaçı tərəfindən xidmət haqqı ödənilmədiyindən mütəxəssis rəyi məhkəməyə göndərilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatı təzələnərək məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə saat 10-10-a təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264 -ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən ailə üzvüləri ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində inşa etdirdiyi tikililərin öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Göygöl rayon məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qəbul edildiyi gündən on gün keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsi Göygöl şəhəri, S.Vurğun küçəsi 45 A xx.xx.2023 2(066)-35/2023 _________ №_______________ İddiaçı Gəncə şəhəri Əhməd Cəmil küçəsi bina 89, mənzil 18 Cavabdeh Göygöl rayonu Yeni Qızılca kəndi Göygöl Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(066)-35/2023 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti " " vərəq. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-35/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-35/2023
22.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver