Məhkəmə qərarları › İş №2(066)-36/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-36/2025

29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-36/2025 29.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Göygöl rayonu, Üçtəpə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə çıxarılmalı, torpaq sahəsində qanunsuz inşa edilmiş tikintinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Göygöl rayonu Üçtəpə Bələdiyyəsi ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 260, 263-264, 267- 268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar