Məhkəmə qərarları › İş №2(066)-361/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-361/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-361/2024 18.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X9 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların, yəni İddiaçı, X3, X1 və X4 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə evlənərək ailə həyatı qurmuşdur. 23 dekabr 2005-ci il tarixdə Xanlar (indiki Göygöl) rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə iddiaçının birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Nihad, xx.xx.2013-cü il tarixdə Pərvin və xx.xx.2015ci il tarixdə Elmir adlı uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra bir müddət normal yaşasalar da sonradan münasibətləri alınmamış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-192/2024 nömrəli qətnaməsinə əsasən nikahları ləğv olunmuşdur. Nikah ləğv olunduqdan sonra cavabdeh iddiaçını və azyaşlı uşaqlarını yaşadıqları ünvan 2 ünvanında yerləşən yaşayış evindən çıxarmışdır. Bu səbəblərə görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, həmin məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, İddiaçı və uşaqları X3, X1 və X4 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə və həmin evdən istifadə hüquqlarının təmin edilməsinə etiraz etmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarına əlavə olunmuş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. İşdə olan AZE seriyalı, 10806635 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə Gəncə şəhərində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 10806636 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə Gəncə şəhərində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 10806650 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə Gəncə şəhərində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 101.8 kvadratmetr olan 0.06 ha torpaq sahəsində xüsusi mülkiyyət növlü fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-də qeydiyyata alınmışdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiаnın təmin edilməsi, İddiaçı və cаvаbdeh Cavabdeh arasında 23 dekabr 2005-ci il tarixdə 229 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 02 iyun 2012-ci il təvəllüdlü X6, 21 avqust 2013-cü il təvəllüdlü X5 və 27 fevral 2015-ci il təvəllüdlü X4 İddiaçı himayəsində və yanında saxlanılması və 02 iyun 2012-ci il təvəllüdlü X6, 21 avqust 2013-cü il təvəllüdlü X5 və 27 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 75 manat olmaqla, cəmi 225 (iki yüz iyirmi beş) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında olan nikah 2005-ci ilin dekabr ayında bağlanmış, birgə nikahlarından üç azyaşlı uşaqları X6, X5 və X7 doğulmuşdur. Tərəflər birgə ailə münasibətində birlikdə yaşadıqları dövrdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 101.8 kvadratmetr olan 0.06 ha torpaq sahəsində xüsusi mülkiyyət növlü fərdi yaşayış evi Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış, daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-də qeydiyyata alınmışdır. Göygöl Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(066)-192/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiаnın təmin edilməsi, İddiaçı və cаvаbdeh Cavabdeh arasında 23 dekabr 2005-ci il tarixdə 229 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların, yəni İddiaçı, X3, X1 və X4 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək ərizə verməklə iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin yaşayış sahəsindən istifadə etmə ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericilikdə yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası vardır (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Eyni zamanda, yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi və ya xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bundan başqa, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti kimi vəzifələri, eyni zamanda onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması hüququ vardır. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində qeyd edilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı üç azyaşlı uşaqları X6, X5 və X7 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınmaqla köçürülmələrini xahiş etmiş, Cavabdeh isə iddia tələbini qəbul edərək, iddianın təmin edilməsi ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiа təmin edilsin. İddiaçı üç azyaşlı uşaqları X6, X5 və X7 ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınmaqla köçürülsünlər. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar