Məhkəmə qərarları › İş №2(066)-366/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-366/2024

03.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-366/2024 03.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X4 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzi Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh quraşdırdığı korteclərin həmin ərazidən götürülməsi, X6 torpağının cavabdehin hesabına boşaldılıb ərzinin əvvəlki vəziyyətə qaytarılması və cavabdehin qeyd olunan meşə ərazisindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, mülki iş materiallarının baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə digər şəxslə icra müqaviləsi imzalamamışdan əvvəl o həmin torpaq sahəsindən istifadə etmişdir. Həmçinin o özü Gənncə şəhərində qeydiyyatda olmaqla, sözügedən torpaq sahəsi Gəncə şəhəri Hacıkənd qəsəbəsinin ərazisində yerləşir. Bu səbəbdən işin aidiyyatı üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil da Cavabdeh ilə eyni məzmunlu izahat verərək mülki işin aidiyyatı üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 35.1.-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh Gəncə şəhəri Hacıkənd qəsəbəsi Azərbaycan küçəsi ev 11-də qeydiyyatda olması və cavabdehin istifadəsindən geri tələb edilən torpaq sahəsi məhz Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin inzibati ərazisinə aid olması müəyyən edildiyindən, mülki iş aidiyyət qaydalarına görə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə və cavabdehin rəsmi qeydə alındığı yer üzrə Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Məşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar