Məhkəmə qərarları › İş №2(066)-375/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-375/2023

15.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-375/2023 15.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X7rşı «işə bərpa» tələbinə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X6 direktoru X3 qarşı «işə bərpa» tələbinə dair iddia qaldıraraq, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X8 09 yanvar 2023-cü il tarixli, 33 saylı əmri ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsini və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehlə barışıq sazişi bağladıqlarını bildirərək, bu haqda barışıq sazişini təqdim edib, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X9 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, barışıq sazişini müzakirə edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə olunmuş və tərəflərin imzaları ilə təsdiq edilmiş 15 may 2023-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər razılığa gəlmişlər ki, aşağıdakı şərtlərlə barışıq sazişi bağlanılsın:

1. İddiaçı- Göygöl rayon Mərkəzi Xəsdaxanasında vakant laboratoriya şöbəsinin həkim vəzifəsinə işə qəbul olarsa, bundan əvvəl ki, iş yerində yol vermiş olduğu nöqsanların bir daha təkrarlanmamasını, kolektivdə işləyən iş yoldaşlarına və xidmət göstərdiyi vətəndaşlara qarşı nizamlı, intizamlı və nəzakətli olmasını, həmcinin Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinə riayət etməsini öz öhdəsinə götürür.

2. İddiaçı- barışıq sazişinin birinci bəndində öz öhdəsinə götürdüyü əməlləri yerinə yetirməsə onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə etirazı olmayacağını öz öhdəsinə götürür.

3. X4- barışıq sazişinin 1-ci bəndində İddiaçı öz öhdəsinə götürdüklərini nəzərə alaraq, onu Göygöl rayon X2 Hüquqi şəxsin Laboratoriya şöbəsində vakant olan həkim labarant vəzifəsinə (əmək məcəlləsində göstərilmiş müddətli əmək müqaviləsi ilə) işə qəbul etməsini, həmçinin İddiaçı Əmək Məcəlləsinin 9-cu bəndinində göstərilən hüquqlarından istifadə etməsinə təminat verilməsini öz öhdəsinə götürür.

4. X4- İddiaçı barışıq sazişinin birinci bəndində göstərdiyi şərtlərə əməl edəcəyi təqdirdə Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərinə əsasən müddətli bağladığı müqavilənin müddətinin davamlı olaraq artıracağını öz öhdəsinə götürür.

5. Tərəflər Göygol Rayon Məhkəməsinin icraatında olan 2(066)-375/2023 nömrəli mülki işin icraatına xitam verilməsinə razılıq verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Bundan başqa - tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X6 direktoru X3 qarşı «işə bərpa» tələbinə»nə dair mülki iş üzrə: -

1. İddiaçı - Göygöl rayon Mərkəzi Xəsdaxanasında vakant laboratoriya şöbəsinin həkim vəzifəsinə işə qəbul olarsa, bundan əvvəl ki iş yerində yol vermiş olduğu nöqsanların bir daha təkrarlanmamasını, kolektivdə işləyən iş yoldaşlarına və xidmət göstərdiyi vətəndaşlara qarşı nizamlı, intizamlı və nəzakətli olmasını, həmcinin Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinə riayət etməsini öz öhdəsinə götürür.

2. İddiaçı - barışıq sazişinin birinci bəndində öz öhdəsinə götürdüyü əməlləri yerinə yetirməsə onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə etirazı olmayacağını öz öhdəsinə götürür.

3. “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X8 diektoru X4 - barışıq sazişinin 1-ci bəndində İddiaçı öz öhdəsinə götürdüklərini nəzərə alaraq, onu Göygöl rayon X2 Hüquqi şəxsin Laboratoriya şöbəsində vakant olan həkim labarant vəzifəsinə (Əmək Məcəlləsində göstərilmiş müddətli əmək müqaviləsi ilə) işə qəbul etməsini, həmçinin İddiaçı Əmək Məcəlləsinin 9-cu bəndinində göstərilən hüquqlarından istifadə etməsinə təminat verilməsini öz öhdəsinə götürür.

4. “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X8 diektoru X4 - İddiaçı barışıq sazişinin birinci bəndində göstərdiyi şərtlərə əməl edəcəyi təqdirdə Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərinə əsasən müddətli bağladığı müqavilənin müddətinin davamlı olaraq artıracağını öz öhdəsinə götürür.

5. Tərəflər Göygol Rayon Məhkəməsinin icraatında olan 2(066)-375/2023 nömrəli mülki işin icraatına xitam verilməsinə razılıq verir. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir-məzmunda barışıq sazişi təsdiq edilsin. Mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar