Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-39/2024 25.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, onların vəkili X3 ştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinədən çıxarılması, öz hesabına, aparılmış yüngül konstiruksiyası tikintisinin sökülməsi və 4 ədəd şəkilin çıxarılması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinədən çıxarılması, öz hesabına, aparılmış yüngül konstiruksiyası tikintisinin sökülməsi və 4 ədəd şəkilin çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Göygöl rayon Yeni Zod kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan Çıxarışda qeyd edilən, kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 1 hektar və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan Çıxarışda qeyd edilən, kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 0,2899 hektar torpaq sahələrində Cavabdeh çıxarılması, həmin torpaq sahələrində Cavabdeh tərəfindən tikilmiş yüngül konstiruksiyası tikintisinin sökülməsi və 4 ədəd fotoşəkilin çıxarılması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 şifahi qaydada məhkəməyə müraciət edərək, göstərdilər ki, iddia tələbi üzrə 4 ədəd fotoşəkil şəhid fotoşəkilləri olmasına görə iddianın həmin hissəsindən imtina edirlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Göygöl rayon Aqrar İslahat Komissiyasının 30 oktyabr 1998-ci il tarixli qərarına əsasən onun və ailə üzvülərinin paylı mülkiyyətlərinə Göygöl rayon Yeni Zod kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 1 hektar və 0,2899 hektar torpaq sahələri verilmişdir. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan Çıxarışlarda tərtib edilmişdir. Mülkiyyətlərində olan həmin kənd təsərrüfatı malları istehsalı üçün 1 hektar və 0,2899 hektar torpaq sahələri Cavabdeh tərəfindən zəbt edilmiş, orada onun tərəfindən yüngül konstiruksiyalı tikinti tikilmişdir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 da İddiaçı1 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən məlum olur ki, İddiaçı1 xx xxxxxx 1976-cı il tarixdə, İddiaçı2 xx xxxxxxx 1977-ci il tarixdə, İddiaçı3 xx xxxxxxx 1973cü il tarixdə və İddiaçı4 xx xxxxxx 1969-cu il tarixdə anadan olmaqla Göygöl rayonu Yeni Zod kənd kəndində yaşayırlar. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və vəsiqədən məlum olur ki, Cavabdeh xx xxxxxx 1964-cü il tarixdə anadan olmaqla şəhid ailəsi üzvüdür. Mülki işə əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, X4 ilə X7 arasındakı nikah 11 oktyabr 1991-ci il tarixdə 763 nömrəli nikah qeydi ilə rəsmləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, X5 22 yanvar 2023-cü il tarixdə, X9 04 iyul 1998-ci il tarixdə Göygöl rayonu Yeni Zod kəndində ölmüşdür. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 may 2023-cü il olan Çıxarış məlum olur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və X6 mülkiyyətlərinə Göygöl rayonu Yeni Zod kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 1,0 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 may 2023-cü il olan Çıxarış məlum olur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və X6 mülkiyyətlərinə Göygöl rayonu Yeni Zod kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 0,2899 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 19 fevral 2024-cü il tarixli, 3- 16-16/2-10/195 saylı rəyindən məlum olur ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 5 nəfər şəxsin ümumi birgə mülkiyyətlərində olan 1.0 ha (10000.0 kv.m) torpaq sahəsinin 114.0 kv.m hissəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1 5 nəfər şəxsin umumi birgə mülkiyyətlərində olan 0.29ha (2900.0 kv.m) torpaq sahəsinin faktiki olaraq Cavabdeh tərəfində istifadə halı aşkarlanmadı. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çixanışa əsasən X8 5 nəfər şəxsin ümumi birgə mülkiyyətlərində olan 1.0 ha 1 (10000.0 kv.m) torpaq sahəsi üzərində 2 ədəd köşk və 2 ədəd şəhid fotoşəkli əks olunmuş lövhə mövcüddur, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çixanşa əsasən X8 5 nəfər şəxsin ümumi birgə mülkiyyətlərində olan 0.29 ha (2900.0 kv.m) torpaq sahəsi üzərində 2 ədəd şahid fotoşəkli əks olunmuş lövhə mövcüddur. Torpaq sahələri üzərində mövcud olan tikili və qurğuların kim tərəfindən inşa edilməsi və quraşdınıması müəyyən etmək səlahiyyətlərimizə aid deyildir. Lakin yuxanda qeyd olunduğu kimi sözügedən torpaq sahələri üzərində Cavabdeh faktiki istifadəsində olan 2 ədəd köşk mövcuddur. Sözügedən torpaq saəhələrinin yerləşdiyi ərazinin yaxınlığındam keçən yolun mühafizə sahəsi barədə istifadəmizdə olan elektron xəritə materiallannda məlumatın mövcud olmaması və mülki iş materiallannda aidiyyatı idarə tərəfindən hamin yolun mühafizə zonası barədə hər hansı rəsmi sənəd və planın əlavə edilməməsi səbəbindən sualın cavablandıılması mümkün deyildir. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərində olan 1.0 ha (10000.0 kv.m) torpaq sahəsinin 114.0 kv.m hissəsini tutmuş və həmin torpaq sahəsinin üzərində 2 ədəd köşk quraşdırmışdır. Ancaq Cavabdeh xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərində olan 0.29ha (2900.0 kv.m) torpaq sahəsini tutmamış və həmin torpaq sahəsinin üzərində köşk quraşdırmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarım ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələbləri təmin edilməsinə görə olaraq cavabdehlərdən müçtərək qaydada alınır. Hazırkı mülki iş üzrə Cavabdeh şəhid ailəsi üzvü olmasına görə dövlət rüsumu ödəməkdən azad edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul iddiaçılardan alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsinədən çıxarılması, öz hesabına, aparılmış yüngül konstiruksiyası tikintisinin sökülməsi və 4 ədəd şəkilin çıxarılması tələbinə dair” iddiası qismən təmin olunsun.
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 may 2023-cü il olan çıxarışda qeyd edilən iddiaçılar Rəna Hüseyn qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 1,0 hektar torpaq sahəsinin 114.0 kvadrat metr hissəsindən Cavabdeh çıxarılsın iddiaçılara qaytarılsın.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 may 2023-cü il olan çıxarışda qeyd edilən iddiaçılar Rəna Hüseyn qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 1,0 hektar torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş 2 (iki) ədəd köşk onun öz hesablına sökülsün.
3. İddia tələbi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 15 may 2023-cü il olan çıxarışda qeyd edilən iddiaçılar Rəna Hüseyn qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaqlar koteqoriyasına aid olan 0,2899 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş yüngül konstiruksiyası tikintinin sökülməsi hissəsində təmin edilməsin.
4. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul iddiaçılardan müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mübariz Məmmədov.