Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-39/2025 21.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçı Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Göygöl Rayonu Üçtəpə kənd Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu Cavabdeh tərəfindən yaradılan maneələrə əsasən həyata keçirə bilməmişdir. Bundan sonra Göygöl rayonu Üçtəpə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Göygöl rayonu Üçtəpə kənd bələdiyyəsinin mülkiyyətində olan örüç torpaq sahəsinə düşən hissədəki Cavabdeh qanunsuz çəkdiyi dəmir hasarın və qoydurduğu darvazanın sökülməsi, ağacların çıxarılması, ərazinin onun hesabına boşaldılması barədə hazırki tələblə məhkəməyə müraciət etmək qərara alınmışdır.
Məhkəmədə icraat:
2. İddiaçı Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə kənd Bələdiyyəsinin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Göygöl rayonu Üçtəpə kənd bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinə düşən hissədəki qanunsuz çəkdiyi dəmir hasarın və qoydurduğu darvazanın sökülməsi, ağacların çıxarılması, ərazinin onun öz hesabına boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayon Üçtəpə kənd bələdiyyəsinə aid torpaq sahələri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunu əsasında idarə olunur. Bu Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. Göygöl rayon Üçtəpə Bələdiyyəsinin inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusiyyətlərinə görə müəyyən edilmiş məqsədli təyinatına və hüquqi rejiminə görə istifadə olunur, öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçinin hüquqlarını müdafiə edir. Göygöl Bələdiyyəsininn mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizə olunması müstəsna hüququdur. Göygöl rayonu Üçtəpə kənd mülkiyyətinə məxsus torpaq sahəsinin istifadəçiləri, icarəçiləri səlahiyyətlər daxilində təyinatına daima nəzarət olunur. Göstərilənlərə baxmayaraq Cavabdeh Göygöl rayon Üçtəpə bələdiyyəsinin mülkiyyətinə aid olan meşəyə gedən yolun üzərində yerləşən təxminən 7-8 sot örüş torpaq sahəsini qanunsuz zəbt edərək, həmin torpaq sahəsində dəmir hasar çəkmiş, darvaza qoydurmuş və ağaclar əkmişdir. Cavabdeh dəfələrlə rəsmi məlumat verilərək, qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsindən könüllü olaraq çıxmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən heç bir hərəkət olmamışdır. 2 dəfə Göygöl rayon polis şöbəsinə də müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməmişdir. Cavabdehin polisə verdiyi izahatda bildirir ki, həmin torpaq sahəsi guya Gəncə şəhərinə aiddir. Cavabdeh Göygöl rayon Üçtəpə kənd bələdiyyə mülkiyyətində maneəsiz istifadə və sahiblik hüquqlarını tam məhdudlaşdırır. İddiaçı cavabdehin Göygöl rayonu Üçtəpə kənd bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinə düşən hissədəki qanunsuz çəkdiyi dəmir hasarın və qoydurduğu darvazanın sökülməsi, ağacların çıxarılması, ərazinin onun öz hesabına boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
5. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, torpaq sahəsi ona məxsusdur, məcburi köçkün olduğuna görə sənədləri onun adına deyil. Vaxtı ilə həmin torpaq almışdır. İddiaçının ona qarşı qərəzi vardır.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
8. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 16-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır.
Əsaslandırma hissə və məhkəmənin mövqeyi:
11. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir.
12. İşin faktiki halıdır ki, Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində bələdiyyə məxsus torpaq sahələri vardır və mülkiyyətçi torpaq sahəsi üzrəində maneəsiz sahiblik, istifadə və sərəncam hüququna malikdir.
13. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 88/24 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kənd bələdiyyəsinin ərazisində nəzərdə tutulan torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı örüş torpağına düşür. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 467.44 kv.m hissəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinat biçənək torpağına düşür.
14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli, 3-21-3-33/2-1913/2025 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd edilir ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsinin sərhəd hüdudlarının döngə nöqtələrinin koordinatları yerində (naturada) müəyyən edildi. Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55 (kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsinin 220.0 kv.m hissəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyi müəyyən olundu. Həmin torpaq sahəsi ilə üst-üstə düşən 220.0 kv.m hissəsi üzərində quraşdırılmış dəmir hasar müəyyən edildi. Qeyd edilir ki, mübahisəli əraziyə baxış keçirilərkən Cavabdeh naturada təqdim etdiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (kod-********) əsasən bələdiyyə mülkiyyətində olan örüş sahəsi olaraq müəyyən olundu və həmin 340.0 kv.m torpaq sahəsi üzərində dəmir darvaza müşahidə edildi. Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi 1356.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş sahəsi kimi göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 1204.0 kv.m hissəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi 492.0 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid biçənək sahəsi olaraq göstərilmişdir.
15. Bu əsasla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizasının 29 may 2025-ci il tarixli ekspert rəyinə əsasən qeyd edilir: qərardadın birinci sualı üzrə- Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsinin sərhəd hüdudlarının döngə nöqtələrinin koordinatları yerində (naturada) müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətinə verilmiş 1-55(kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində öz əksini tapmış 1-55 (kod-********) nömrəli olan 6.34 ha torpaq sahəsinin 220.0 kv.m hissəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyi müəyyən olundu. Qərardaın üçüncü sualı üzrə: Həmin torpaq sahəsi ilə üst-üstə düşən 220.0 kv.m hissəsi üzərində quraşdırılmış dəmir hasar müəyyən edildi. Qeyd edilir ki, mübahisəli əraziyə baxış keçirilərkən Cavabdeh naturada təqdim etdiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (kod-********) əsasən bələdiyyə mülkiyyətində olan örüş sahəsi olaraq müəyyən olundu və həmin 340.0 kv.m torpaq sahəsi üzərində dəmir darvaza müşahidə edildi. Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 340.0 kv.m hissəsi Xanlar (indiki Göygöl) rayonu Üçtəpə kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi 1356.0 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş sahəsi kimi göstərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh naturada təqdim etidiyi faktiki istifadəsində olan 1696.0 kv.m torpaq sahəsinin 1204.0 kv.m hissəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi 492.0 kv.m hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid biçənək sahəsi olaraq göstərilmişdir.
16. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir.
17. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni, cavadehin hərəkətləri qanunsuz olmalıdır.
19. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etmiş, dəmir hasar və dəmir darvaza çəkmişdir. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır.
20. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 1696.0 kv.m torpaq sahəsi ekspertiza və mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən, ekspert rəyi ilə müəyyən edilən 1696 kv. m torpaq sahəsinin Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun mülkiyyət və istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş dəmir hasar, qoyulmuş darvaza Cavabdeh vəsaiti hesabına sökülməli, ağaclar çıxarılmalıdır.
21. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 18, 218 və 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Göygöl Rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş (tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2025-cü il tarixli, 10/1949 nömrəli ekspert rəyinə uyğun şəkildə) hissəsində inşa edilmiş dəmir hasar, qoydurduğu darvaza Cavabdeh vəsaiti hesabına sökülsün, həmin hissədə ağaclar çıxarılsın və torpaq sahəsi boşaldılsın. Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə