Məhkəmə qərarları › İş №2(066)-4/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-4/2025

02.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-4/2025 02.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, cavabdehlər Babayeva Sara (Aygün) Fərman qızı və Cavabdeh2 iştirakı ilə, İddiаçılar İddiaçı1, Aslanova (Abdullayeva) Vüsalə Mahmud qızının, İddiaçı3, Hüseynova (Abdullayeva) Selcan Mahmud qızının, Baramova (Abdullayeva) Xəyalə Mahmud qızının cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tökülmüş tikinti materiallarının cavabdehlərin hesabına çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiаçılar İddiaçı1, Aslanova (Abdullayeva) Vüsalə Mahmud qızının, İddiaçı3, Hüseynova (Abdullayeva) Selcan Mahmud qızının, Baramova (Abdullayeva) Xəyalə Mahmud qızının cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tökülmüş tikinti materiallarının cavabdehlərin hesabına çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçılar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edəbilməyəcəklərini bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçıların iştirakı olmadan işin mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclası zaman cavabdehlər Babayeva Sara (Aygün) Fərman qızı və Cavabdeh2 iddiaçıların məhkəmə iclasında iştirak etməmələri səbəbindən ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiаçılar İddiaçı1, Aslanova (Abdullayeva) Vüsalə Mahmud qızının, İddiaçı3, Hüseynova (Abdullayeva) Selcan Mahmud qızının, Baramova (Abdullayeva) Xəyalə Mahmud qızının cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tökülmüş tikinti materiallarının cavabdehlərin hesabına çıxarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar