Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-41/2024 16.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X18 Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsə tanınma və miras əmlaka mülkiyyət hüququ verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 X1 mirası qəbul etmə faktının müəyyən edilməsi, onun X10 vəsiyyət üzrə vərəsəsi tanınaraq ünvan 1 ünvanda yerləşən yaşayış evinin mülkiyyətinə verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehə aid edilərək onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi X3 məxsus olmuş, o həmin evdə xx.xx.1991-ci ildən rəsmi nikahda olduğu X14 ilə yaşamış, həmin nikahdan onların uşaqları olmamışdır. Məmməd Mustafayevin əvvəlki nikahdan Vəli, Donara, Sayad, Nəbi və Valxan adlı uşaqları olmuş, sağlığında evini oğlu Valxana vəsiyyət etmişdir. xx.xx.2009-cu ildə Məmməd Mustafayev vəfat etmiş, lakin onun nə vəsiyyət üzrə vərəsəsi Valxan, nədə qanun üzrə birinci növbəli vərəsələri olan uşaqları Vəli, Donara, Sayad və Nəbi mirasa yaxın gəlməmiş onunla bu və ya başqa formada maraqlanmamış, yəni mirası qəbul etmək üçün hər hansı hərəkət etməmişlər. Mirası yalnız Məmməd Mustafayevin qanun üzrə birinci növbə vərəsələri sırasında olan Qızbəs Osmanova qanunla nəzərdə tutulan 6 ay müddətində, özü də evə həm sahiblik etmə, həm də onu idarə etmə formalarında, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1243 və 1246-cı maddələri ilə nəzərdə tutulan qaydada qəbul etmişdir. Qızbəs Osmanova yaxın qohumu olmuş, xəstəliyi ilə əlaqədar ona bacardığı köməkliyi etmişdir. xx.xx.2016-cı ildə o, qocalıqdan köməksiz hala düşəndə rayon icra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə onu qəyyumluğa götürmüş, xx.xx.2016-cı ildə yaşadığı evi, yəni ərindən miras olaraq qəbul etdiyi, ünvan 1 ünvanda yerləşən evi ona vəsiyyət etməsi ilə əlaqədar həmin evə köçüb, onunla bir ailədə yaşamışdır. xx.xx.2018-ci ildə Qızbəs Osmanova vəfat etmişdir. Onu lazımi qaydada dəfn edərək ondan qalan və yeganə miras olan evdə yaşamağa davam etmiş, bir müddət sonra isə miras evi adına keçirmək istərkən aydın olmuşdur ki, mərhum X9 Mustafayev xx.xx.2018ci il tarixdə evə dair ********** nömrəli dövlət qeydiyyatı ilə reyestr çıxarışı almışdır. Cavabdeh Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-970/2018 nömrəli qətnaməsi ilə atası Məmməd Mustafayevdən miras qalmış əmlakı qəbul etməsi faktını müəyyən etdirərək notariusa müraciət edib xx.xx.2018-ci il tarixli, 2V-73 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən evə çıxarış almışdır. Həmin miras evə onun köməkliyi ilə 7 il Qızbəs Osmanova sahiblik etmişdir. xx.xx.2018-ci ildə Q.Osmanova vəfat etdikdən sonra evə yalnız o sahiblik etmişdir. 1991-ci ildə Məmməd başqa ailə qurduğu üçün Cavabdeh onunla əlaqəni kəsərək həmin evə yaxın getməmişdir. Atası Məmməd öləndən sonrada Cavabdeh uzun illər həmin evə maraq göstərməmişdir. O, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-970/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-1548/2020 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-970/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 4835 nömrəli qərarı ilə Cavabdeh şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin vaxtlarda miras evə mülkiyyət hüququ müəyyən edən çıxarışın onun adında qalmasından istifadə edərək onu evdən çıxarmışdır. O 2019-ci ildə Göygöl rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh adına verilmiş xx.xx.2018-c il tarixli 2V-75 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və xx.xx.2018-ci il tarixli, ********** reyest nömrəli çıxarışı ləğv etdirmişdir. Həmin qətnamə Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1548 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1548 nömrəli qətnaməsi isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 4935 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh miras evin 29.4 kavm olan bir hissəsini X2 və həmin sahəyə Nazim Novruzovun adına çıxarış verilmişdir. O vərəsəliyin açılması və mirasın qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 503 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir. Həmin qətnamə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3568 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2331 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3568 nömrəli qətnaməsini ləğv edib işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarmışdır. Lakin işə yenidən baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməyərək təkrarən Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkü Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1449 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2326 nömrəli qətnaməsinin ləğv edilməsi və mülıkü işin icraatına xitam verilməsi qərara alınmışdır. Miras əmlakın xx.xx.2009-cu il tarixdə Qızbəs Osmanova tərəfindən, Qızbəs Osmanovanın qoyduğu mirasın isə onun tərəfindən qəbul edilməsi məhkəmələr tərəfindən qəbul edilmiş faktlardır. Mübahisəli mirasa dair iddia qaldırmaq hüququ xeyrinə çıxarılmış məhkəmə qərarları ilə müəyyən edilmişdir. ünvan 1 yaşayış evinə dair mübahisə özünü atasının varisi kimi sayıb onu miras evdən zorla çıxaran Məmməd Mustafayevlə onun arasında iddia icraatı qaydasında baxılmalıdır. Həmin icraatda həmdə Qızbəs Osmanovanın ərindən mirası qəbul etməsi faktı müəyyən edilməlidir, çünki miras qoyan və mirası qəbul edən şəxslərin hər ikisi vəfat etmişlər. Odur ki, X10 X1 mirası qəbul etmə faktının müəyyən edilməsi, onun X10 vəsiyyət üzrə vərəsəsi tanınaraq ünvan 1 ünvanda yerləşən yaşayış evinin mülkiyyətinə verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehə aid edilərək onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edimiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-503/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X4, X7, X11 və X5 qarşı vərəsəliyin açılması və mirasın qəbul edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(104)- 3568/2021 nömrəli qətnaməsinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-503/2021 saylı qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 2331/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(104)-3568/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(104)- 2326/2022 nömrəli qətnaməsinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-503/2021 saylı qətnamənin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən evin mərhum X8 miras qalmış hissəsinin İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən miras əmlakdan ¾ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh payları müəyyən edilməsi və həmin hissələrdə miras əmlak üzrərində onların mülkiyyət hüquqlarının tanınması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(104)-2326/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh, X4, X7, X11 və X5 qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılması faktının təstiq edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan, bundan sonra tərəflərin aralarında dəyişiklik olmadığından eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı vərəsə tanınma və miras əmlaka mülkiyyət hüququ verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı ödənilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-41/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-41/2024
16.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver