Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-44/2024 17.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil İnqilab oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdehnna qarşı “Zəbt oolunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı “Zəbt oolunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh mərhum əri X3 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsinin boşaldılması və Cavabdeh tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil İnqilab oğlu iddianı müdafiə edib izahat verərək bildirdi ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən İddiaçı əri X4 mülkiyyətinə ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamədə verilmişdir. İddiaçı əri X6 ilə 17 sentyabr 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onun əri X6 22 dekabr 2019-cu ildə xəstəlikdən ölmüşdür. Cavabdeh əri X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsini zəbt etmiş və orada qanunsuz olaraq fərdi yaşayış evi tikmişdir. Belə olan halda onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, o, İddiaçı mərhum əri X4 mülkiyyətinə ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsini zəbt etməmiş və orada qanunsuz tikili tikməmişdir. Onun mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi vardır. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan Çıxarış da tərtib edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1960-cı il tarixdə anadann olmuşdur. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, İddiaçı ilə X6 17 sentyabr 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X6 22 dekabr 2019-cu il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 30 may 2023-cü il tarixli Arxiv arayışından məlum olur ki, Xanlar Rayon XDS İcrayyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarına əsasən X5 şəhərin 10-cu və 11-ci məhəlləsi adlanan ərazisində torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamənin surətindən məlum olur ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən X4 mülkiyyətinə ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan Çıxarış məlum olur ki, Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında 0,06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/9671 saylı rəyindən məlum olur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 28 noyabr 2018-ci il olan Çıxarış əsasən Cavabdeh mülkiyyətində olan 600 kvadrat metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsi, Cavabdeh nümayəndəsi olan, mülki işdə adı keçən X2 naturada təqdim etdiyi 580 kvadrat metr torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsinin 270 kvadrat metr hissəsi üzərində tikili inşa edilməsi müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli 2(066)-1197/2023 nömrəli qəaradadının (məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnaməyə əsasən X4 mülkiyyətinə verilmiş Göygöl şəhərində yerləşən 500 kvadrat metr həyətyanı torpaq sahəsində tikililərin kim tərəfində tikilməsi barədə olan 6-cı sualına cavab vermək mümkün olmamışdır. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin üst-üstə düşməməsinə baxmayaraq, iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən tutlması müəyyən edilmişdir. Ancaq iddiaçının mərhum ərinin mülkiyyətində olan 0,05 hektar həyətyanı torpaq sahəsinin bir hisəsində tikilmiş tikilinin kimin tərəfindən tikilməsini müəyyən etmək mümkün olmamışdır Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/9671 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarım ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələbləri qismən təmin edilməsinə görə olaraq cavabdehdən yarı hissəsi alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pula görə 50 (əlli) manat məbləğində pul cavabdehdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul tərəflərin hər birindən 25 (iyirmi beş) manat alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı, Cavabdeh qarşı “Zəbt oolunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddiası qismən təmin olunsun.
1. Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-958A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,05 hektar həyətyanı torpaq sahəsi, Cavabdeh qanunsuz sahibliyindən (zəbtindən) azad edilsin və İddiaçı qaytarılsın.
2. İddia tələbi Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 07 saylı qərarına əsasən X4 mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 958A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,05 hektar həyətyanı torpaq sahəsində qanunsuz tikilinin sökülməsi hissəsində təmin edilməsin.
3. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul alınıb, İddiaçı verilsin.
4. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pul tərəflərin hər birindən 25 (iyirmi beş) manat alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mübariz Məmmədov