Məhkəmə qərarları › İş №2(066)-445/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-445/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-445/2024 13.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Göygöl şəhəri Nəsibov məhəlləsində yerləşən yeddi mərtəbəli binanın 2- blokunun, 7-ci mərtəbəsində 64,25 kvadrat metr olan bir otaqlı və 110 kvadrat metr olan üç otaqlı mənzillərin müqavilə üzrə ona verilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, 28 noyabr 2012-ci il tarixdə X10 və X8 arasında borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X20 Qocayevə 50.000 (əlli min) ABŞ dolları borc vermiş, Hafiz Qocayev isə həmin borcu 28 may 2014-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hafiz Qocayev borcunu ödəyə bilmədiyi üçün, ünvan 1 ünvanda yaşayan X2 müraciət edərək Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64,25 kvm olan bir otaqlı və 110 kvm olan 3 otaqlı mənzilləri borc əvəzi mənim adıma alacağını bildirmişdir. X9 bizə bildirmişdir ki, bir otaqlı evin qiyməti 21100 (iyirmi bir min bir yüz) manat, üç otaqlı mənzilin qiyməti isə 36300 (otuz altı min üç yüz) manat təşkil edir. Aramızda razılaşaraq 06 noyabr 2013-cü il tarixdə 110 kvm olan üç otaqlı mənzilin alınması üçün ilkin müqavilə bağlanmışdır. Bundan sonra 13 yanvar 2014-cü il tarixdə Cəmaləddin Məmmədov ilə 64,25 kvm olan bir otaqlı mənzilin alınmasına dair ilkin müqavilə bağlanmışdır. Hər iki evə dair ödəniş kassa mədaxil orderi alınmışdır. Müqavilələrə əsasən mənzillər 12 (on iki) ay müddətinədək təhvil verilməlidilər. Lakin, mənzilləri aldıqdan bir neçə ay sonra tikinti işləri dayandırılmışdır. MTK-ya müraciət etdik də, bizə bildirmişdirlər ki, bir balaca maddi sıxıntılar əmələ gəlmiş və həmin sıxıntılar aradan qalxdıqdan sonra yenidən tikinti işləri davam etdiriləcəkdir. Bir neçə il tikinti getdiyinə görə o, mənzilini ala bilməmişdir. Təxminən 2022-ci ilin yay aylarında mənə məlum olmuşdur ki, tikinti işləri sona çatır, ona görə "Avanqard-İnşaat” MTK-nın ofisinə getmişdir. Orada onu Aydın adlı şəxs qarşılamışdır, özünü məsul şəxs kimi təqdim edərək sənədələrimə baxmışdır. Sonra özündə olan siyahıya baxaraq, oonun mənzillərin paylanacağı şəxslərin arasında adının olmadığını, bununla bağlı MTK-nın hüquqşünası Səxavət Mürşüdova (050 21317 52) zəng etməyini və onunla bu problemi həll etməyini bildirmişdir. Səxavət Mürşüdov sonradan ona bildirmişdir ki, bu məsələ ona aid deyil. Buna görə də Göygöl rayon PŞ-nə müraciət etmişdir. Orada isə 15 mart 2023-cü il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin drektoru X11 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsindən məlum olur ki, X1 borcunu ödəyə bilməməsinə görə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş təsisçisi Cəmaləddin Məmmədovdan 2 ədəd mənzil verməyi xahiş etmiş, X18 Şirinov arasında olan borc müqaviləsinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə heç bir aidiyyəti olmadığı halda heç bir ödəniş olnadığı halda qeyd edilən müqavilə bağlanmışdır. Həmçinin qeyd edilən müqavilələrdə göstərilən ölcülərdə, 64,25 kvadrat metr olan bir otaqlı və 110 kvadrat metr olan üç otaqlı mənzillər isə həmin binada yoxdur və lahiyəsində belə olmamışdır. Eləcə də müqavilələr 06 noyabr 2013-cü il tarixdə və 13 yanvar 2014-cü il tarixdə bağlanmaqla 12 ay müddətinə bağlanmışdır. İddiaçı isə iddia müddətini buraxmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1971-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş 28 noyabr 2012-ci il tarixli borc müqaviləsindən məlum olur ki, X3 Hafiz Məmmədəli oğluna 28 may 2014-cü il tarixə kimi qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ dolları borc pul vermişdir. Mülki işə əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativin təsisçisi X4 ilə İddiaçı arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli “İlkin müqavilənin” surətindən məlum olur ki, Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 110 kvm olan 3 otaqlı mənzili bir pay kimi verilir. Mülki işə əlavə edilmiş 06 noyabr 2013-cü il tarixli 16 nömrəli mədaxil qəbzinin surətindən məlum olur ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə mənzil almaq üçün 36300 (otuz altı min üç yüz) manat pul ödəmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativin təsisçisi X4 ilə İddiaçı arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli “İlkin müqavilənin” surətindən məlum olur ki, Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64 kvm olan 1 otaqlı mənzili bir pay kimi verilir. Mülki işə əlavə edilmiş 15 yanvar 2014-cü il tarixli 09 nömrəli mədaxil qəbzinin surətindən məlum olur ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə mənzil almaq üçün 21000 (iyirmi bir min) manat pul ödəmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon PŞ-nin 15 mart 2023-cü il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarından məlum olur ki, izahatı alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi Cəmaləddin Məmmədov izahatında bildirmişdir ki, İddiaçı tanımır, dostu Hafiz Qocayevin onun əri Mehman Şirinova 50000 (əlli min) ABŞ dolları borcu olmasına görə dostu Hafiz Qocayevin xahişi ilə Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64,25 kvm olan bir otaqlı və 110 kvm olan 3 otaqlı mənzilləri borc əvəzi verilməsi barədə 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələri imzalamışdır. Ancaq dostu Hafiz Qocayev və İddiaçı həmin mənzillərə görə pul ödəməmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçılar Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişlər. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, X8 ilə X10 arasında bağlanmış 28 noyabr 2012-ci il tarixli borc müqaviləsinə əsasən X20 Qocayevə 50.000 (əlli min) ABŞ dolları borc vermiş, Hafiz Qocayev isə həmin borcu 28 may 2014-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hafiz Qocayev borcunu ödəyə bilmədiyi üçün, dostu X2 müraciət edərək Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64,25 kvm olan bir otaqlı və 110 kvm olan 3 otaqlı mənzilləri borc əvəzi Mehman Şirinovun arvadı İddiaçı satılması barədə 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələr imzalamışlar. Hər iki müqavilə üzrə mənzillər 12 ay müddətində verilməli idi. Ancaq həmin müddət ərzində mənzillər verilməmiş və iddaçı İddiaçı isə 12 mart 2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin drektoru X11 isə iddia müddətinin tətbiq edilməsini tələb edir. Göründüyü kimi İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələr formal xarakter daşımaqla onların iradələrini əks etdirməmişdir. Başqa şəxslər arasında bağlanmış müqavilənin təmin edilməsi üçün bsağlanmışdır. Həmçinin iddaçı İddiaçı isə 12 mart 2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd edilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə İddiaçı iddia müddətini buraxmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələrin müddəti 12 ay olmuşdur və həmin müddət ərzində icra edilməli idi. Ancaq həmin müddətlər bitdikdən sonra 8 ildən artıq müddət ərzində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hersab edir ki, İddiaçı iddia müddətini burasxmaqla məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq iddia qismən təmin edilməsinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” iddiası əsassız olmasına görə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar