Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-446/2025 23.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “öz başına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 10 saylı X2 Mərkəzi Cavabdeh qarşı “öz başına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Aşıqlı kəndində yaşayan Cavabdeh Hacıkənd meşəbəyliyinin 2 saylı dolayının 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.10 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 10 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə və X4 vurulmuş 1255 (min iki yüz əlli beş) manat 70 qəpik məbləğində ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddiaçı söküləcək tikillərin nədən ibarət olmasını və iddia ərizəsində tələb etmiş olduğu vurulmuş zərərin necə və nədən yaranmasını əsaslandırmamış, tikillərin nədən ibarət olması və foto şəkilləri təqdim etməyərək ümumi olaraq tələb irəli sürmüşdür. Bundan əlavə iddiaçı sökülməsini istədiyi tikililərin hansı hissəsinin onların ərazisinə düşməsi və həmin sahənin cizgilərini və kordinatlarına dair sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İlkin məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmasına baxmayaraq qeyd edilən çatışmazlıqları aradan qaldırmamışdır. Bununla da müəyyən olunur ki, iddiaçı iddia ərizəsində tələbini əsaslandırdığı halları göstərməmiş, nəticədə tələbdə qeyri-müəyyənlik yaratmışdır. Göstərilən nöqsanlar məhkəmənin ilkin hazırlıq iclasında iddiaçının diqqətinə çatdırılmaqla, aradan qaldırılması məqsədilə məhkəmə hazırlıq iclası təxirə salınmış, lakin iddiaçı göstərilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, əvvəlki məhkəmə icalsında onun diqqətinə çatdırılmış tələbin dəqiqləşdirilməsi, söküləcək tikillərin göstərilməsi və iddia ərizəsində vurulmuş zərərin əsaslandırılması, tikillərin nədən ibarət olması barədə foto şəkilləri hazırlasa da hazırda üzərində deyil və məhkəməyə təqdim edə bilmirlər. Əlavə olaraq bildirdi ki, yolun ortasından 15 metr məsafə meşə ərazisidir. Onlar zəbt olunmuş ərazinin cizgilərini çəkməmişlər və kordinatlarını müəyyən etməmişlər. Tikililərin neçə hissəsi onların ərazisinə düşməsini bilmir. Belə ki o həmin ərazidə olmamış, sənədlər ona verildikdən sonra hazırlamış və məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onların istifadəsində əvvəllər 2 sot torpaq olması yazılmış, lakin sonradan 2024-cü ildə 10 sot yazılmışdır. Onların 2 besetkası və 2 çardağı vardır və onlar yol zolağıan düşür. Ayın 17-si yol mühafizənin işçiləri gəlmiş, həmin vaxt onların iştirakı ilə baxış keçirilmiş bu zaman o aşağıdada 2 bestekasının olmasını bildirmiş, onlar isə həmin besetkaların onların ərazisinə düşməməsini bildimişlər. O meşəni təmizlətmək üçün 3 nəfər işçi tutmuş və oranı təmizdətdirmiş, meşəyə onun ancaq xeyri dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi barədə sübutları əldə edilmədən iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir və bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “öz başına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-446/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-446/2025
23.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver