Məhkəmə qərarları › İş №2(066)-450/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-450/2023

21.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-450/2023 21.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Göygöl rayon Üçtəpə Bələdiyyəsinə qarşı torpaq sahəsinə aid çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Göygöl rayon Üçtəpə Bələdiyyəsinə qarşı torpaq sahəsinə aid çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlərə və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Göstərilən sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmişdir. Qanunvericiliyin tələbinə görə, həmin orqan özü də ərizəçinin tələb etdiyi qaydada çıxarışı ləğv etmək səlahiyyətinə malikdir, eyni zamanda həmin orqan çıxarışı ləğv etmədikdə və ya hərəkətsizlik göstərdikdə isə ərizəçilər hərəkət və ya hərəkətsizlikdən müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, iddiaçı göstərilən çıxarışın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli olduğu halda birbaşa iddia ərizəsi ilə mülkü iddia qaydasında məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, iddiaçı göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, ərizəçinin tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və maraqlı şəxs Göygöl rayon Üçtəpə Bələdiyyəsinə qarşı torpaq sahəsinə aid çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qəbul edildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar