Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-475/2024 24.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, X3nun 20 iyun 1939-cu il tarixdə Ermənistan SSR-nin Vedi rayonun Goravan kəndində anadan olması barədə doğum faktının müəyyən olmasına, atasının X5, anası X11 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, X3nun 20 iyun 1939-cu il tarixdə Ermənistan SSR-nin Vedi rayonun Goravan kəndində anadan omuşdur. Onlar 1998-ci ildə faktiki evlənib, 05 fevral 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 20 fevral 2002-ci il təvəllüdlü X7 adında uşaqları da olmuşdur. X3 16 avqust 2020-ci il tarixdə ölmüşdür. Onun X2, anası isə X11 olmuşdur. X2 02 noyabr 2002ci ildə, anası X11 isə 24 mart 1995-ci il tarixdə ölmüşdür. Məlum hadisələr ilə əlaqədar olaraq Ermənistan SSR-i tərk etdikdən sonra isə Göygöl rayonunda yaşamışlar. Ona aid olan doğum haqqında şəhadətnamə isə itmişdir. Onun doğum qeydi Ermənistan SSR-də aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmişdir. Ona görə də, onun doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, o, Ərizəçi onun qonşusudur. Ərizəçi X3nun 20 iyun 1939-cu il tarixdə Ermənistan SSR-nin Vedi rayonun Goravan kəndində anadan omuşdur. Onlar 1998-ci ildə faktiki evlənib, 05 fevral 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 20 fevral 2002-ci il təvəllüdlü X7 adında uşaqları da olmuşdur. X8 16 avqust 2020-ci il tarixdə ölmüşdür. Onun X2 02 noyabr 2002-ci ildə, anası X11 isə 24 mart 1995-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X9 da şahid X13 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1960-ci il tarixdə anadan olmuşdur və göygöl rayonu Topalhəsənli kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X8 ilə Ərizəçi arasında nikah 05 fevral 2018-ci il tarixdə Gəncə “ASAN” X6 şöbəsində 261 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X7 20 fevral 2002-ci il tarixdə anadan olmuşdur. Onun atası kimi X8, anası kimi isə Ərizəçi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 24 mart 1995-ci il tarixdə il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən və fotoşəkildən məlum olur ki, X8 16 avqust 2020-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Maraqlı şəxs 24 aprel 2024-cü il tarixli məktubundan məlum olur ki, Göygöl Rayon Qeydiyyat X1 barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi X3 20 iyun 1939-cu il tarixdə Ermənistan SSR-nin Vedi rayonun Goravan kəndində anadan omuşdur, onun X2 və anası X11 olmuşdur. Ərizəçi X3nun doğum haqqında şəhadətnaməsini isə itirmişdir. Onun doğum qeydi Ermənistan SSR-də aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X8 20 iyun 1939-cu il tarixdə Ermənistan SSR-nin Vedi rayonun Goravan kəndində anadan olması barədə doğulması, atasının X5, anası X11 olması müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 20 iyun 1939-cu il tarixdə Ermənistan SSR-nin Vedi rayonun Goravan kəndində anadan olması, soyadı «Məhərrəmov», atasının adı « X5», anasının adının «X11» olması müəyyən edilsin. X4 doğum tarixi 20 iyun 1939-cu il, doğum yeri Ermənistan SSR-nin Vedi rayonun Goravan kəndi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-475/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-475/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver