Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-479/2024 11.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Ərizəçiğlu qızının iştirakı ilə, Ərizəçiğlu qızının «Doğumun qeyd edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçiğlu qızı «Doğumun qeyd edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndində anadan olması barədə doğum faktının müəyyən olmasına, atasının X4, anası X5 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçiğlu qızı məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 1961ci il tarixdə Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndində anadan omuşdur. Onun X1, anası isə X5 olmuşdur. X1 1988-ci ildə, anası X5 isə 16 dekabr 2006-cı il tarixdə ölmüşdür. Məlum hadisələr ilə əlaqədar olaraq Ermənistan SSR-i tərk etdikdən sonra isə Göygöl rayonunda yaşamışlar. Ona aid olan doğum haqqında şəhadətnamə isə itmişdir. Onun doğum qeydi Ermənistan SSR-də aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmişdir. Ona görə də, onun doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, Ərizəçiğlu qızı onun qonşusudur. Ərizəçiğlu qızı xx xxxxxx 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndində anadan omuşdur. Onun X1, anası isə X5 olmuşdur. X1 1988-ci ildə, anası X5 isə 16 dekabr 2006-cı il tarixdə ölmüşdür. Məlum hadisələr ilə əlaqədar olaraq Ermənistan SSR-i tərk etdikdən sonra isə Göygöl rayonunda yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X3 da şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçiğlu qızı xx xxxxxx 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 isə 16 dekabr 2006-cı il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 1988-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçiğlu qızı xx xxxxxx 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndində anadan olmuş, onun X1 və anası X5 olmuşdur. Ərizəçiğlu qızı doğum haqqında şəhadətnamə isə itmişdir. Onun doğum qeydi Ermənistan SSR-də aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçiğlu qızının xx xxxxxx 1961-ci il tarixdə Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndində anadan olması barədə doğuması, atasının X4, anası X5 olması müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçiğlu qızının xx xxxxxx 1961-ci il tarixdə, Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndində anadan olması, soyadı «Cəfərova», atasının adı «X4», anasının adının «X5» olması müəyyən edilsin. Ərizəçiğlu qızın doğum tarixi xx xxxxxx 1961-ci il, doğum yeri Ermənistan SSR-nin Vardanes rayonun Qayabaşı kəndi qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-479/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-479/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver