Məhkəmə qərarları › İş №2(066)-48/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-48/2023

03.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-48/2023 03.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X17, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X10 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X11 iştirakı ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X10 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış (JN-241 F saylı) 0.06 ha torpaq sahəsinin texniki pasportda göstərilmiş 1329,0 kv.m torpaq sahəsinin hüdudları daxilində olması və həmin 0.06 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 176636 saylı müqavilə ilə alınmasının muəyyən edilməsi, İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə səbəb olmuş xx.xx.2022-ci il tarixli V-334/2022 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı, eləcə də Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-241F kod 50800058 saylı şəhadətnamə ilə mərhum atası Hacıyev Kǝlvalı Xıdır oğlunun mülkiyyətində olan Göygöl rayonunun Çaykənd kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə Göygöl rayonunun Çaykənd kəndində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının mərhum atası Hacıyev Kǝlvalı Xıdır oğlunun mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-241F KOD 50800058 saylı şəhadətnamə tək sahibi kimi onun mərhum atasının adına qeydə alınmışdır. Göründüyü kimi Göygöl rayonunun Çaykənd kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi tam olaraq mərhum atasının mülkiyyətindədir. Cavabdeh, Göygöl rayonunun Çaykənd kəndində yerləşən 0.06 ha torpaq sahəsini zəbt edərək iddiaçının mülkiyyətindən istifadə hüquqlarını pozur. Onun mərhum atası Hacıyev Kǝlvalı Xıdır oğlundan qalmış mirasın qanun üzrə qəbul olunması üçün sənədləşdirmə aparılmasına cavabdeh mane olur. O, dəfələrlə cavabdehə qanunla qorunan mülkiyyətindən çıxmasını tələb etmiş, lakin cavabdeh mülkiyyətində olan torpaq sahəsindən çıxmaq istəməmiş, qanunsuz olaraq torpaq sahəsini zəbt etməkdə davam edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə mövcud iş üzrə cavabdeh kimi Cavabdeh cəlb olunmasını xahiş etmişdir. İşin gedişatında X15 əsil cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxs verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsil iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı cavabdehin əsil cavabdeh, yəni X32 ilə əvəz edilməsi barədə ərizəsi təmin edilmiş və mülki işə X32 cəlb edilmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Sözügdən ərizədə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Göygöl rayon Məhkəməsinə müraciət edərək Cavabdeh, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı eləcə də Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-241F kod 50800058 saylı Şəhadətnamə ilə mərhum atası X18 mülkiyyətində olan Göygöl rayonunun Çaykənd kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsində iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Yuxarıda göstərilənlərə və mövcud qanunvericiliyə görə iddia tələbinin əsasını artıraraq xx.xx.2003-cü il tarixli 176636 nömrəli X35 ilə X13 arasında bağlanmış Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsi əsasında verilmiş 4 ǝ-1-37 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) iddia tələbinin əsasının artırılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X19 tərəfindən məhkəməyə (xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış (JN-241 F saylı) 0.06 ha torpaq sahəsinin texniki pasportda göstərilmiş 1329,0 kv.m torpaq sahəsinin hüdudları daxilində olması və həmin 0.06 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 176636 saylı müqavilə ilə alınmasının muəyyən edilməsi, İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə səbəb olmuş xx.xx.2022-ci il tarixli V-334/2022 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi barədə) qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Həmin ərizədə o, göstərmişdir ki, xx.xx.2003-cü il tarixdə X35 ilə razılaşaraq ona məxsus fərdi yaşayış evini və 1329.3 kv.m torpaq sahəsini notarial qaydada alqı-satqı edərək almışdır. Həmin dövrdən hal-hazırki dövrə qədər sözügedən evdən və 1329,0 kv.m torpaq sahəsindən istifadə etmişdir. Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında ona məlum olmuşdur ki, mərhum X20 vərəsələrindən İddiaçı onun mülkiyyətində olan 1329,0 kv.m torpaq sahəsinin 0.06 ha hissəsini qanunsuz yolla vərəsəlik işləri görməklə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsızdır. Çünki, hal-hazırda xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş 0.06 ha torpaq sahəsi onun özünün mülkiyyətində olan 1329,0 kv.m torpaq sahəsinin hüdudları daxilindədir və o, həmin torpaq sahəsini xx.xx.2003-cü il tarixdə alqı-satqı etməklə almışdır. Ona görə də həmin torpaq sahəsinə dair Goranboy notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli V-334/2022 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda İddiaçı adına verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış JN-241F saylı şəhadətnaməyə əsasən verilmişdir. Odur ki, Göygöl rayonu, Caykənd kəndində yerləşən hal-hazırda İddiaçı Kalvali oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş 0.06 ha torpaq sahəsinin onun mülkiyyətində olan və texniki pasportda göstərilmiş 1329,0 kv.m torpaq sahəsinin bir hissəsi olmasının müəyyən edilməsi, həmin JN-241F saylı şəhadətnamə ilə müəyyən edilən 0.06 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 176636 saylı alqı-satqı müqaviləsi ilə alınmasının müəyyən edilməsi, İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə səbəb olmuş Goranboy Notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli V-334/2022 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X19 tərəfindən məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edilmişdir. Qeyd olunan ərizədə göstərmişdir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı və X21 qarşı qarşılıqlı iddia verərək qarşılıqlı iddiasında "Göygöl rayonu, Çaykənd kəndində yerləşən hal-hazırda İddiaçı adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş 0.06 ha torpaq sahəsinin onun mülkiyyətində olan və texniki Pasportda göstərilmiş 1329.0 kv.m torpaq sahəsinin bir hissəsinin olmasının müəyyən edilməsi, həmin JN-241F saylı şəhadətnamə ilə müəyyən edilən 0.06 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 176636 nömrəli alqı-satqı müqaviləsi ilə alınmasının müəyyən edilməsi, İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarış verilməsinə səbəb olmuş Goranboy rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, V-334/2022 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia həcmini azaldaraq iddiasının "Göygöl rayonu, Çaykənd kəndində yerləşən hal-hazırda İddiaçı adına xx.xx.2022-ci il tarixli, 22029928 qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş 0.06 ha torpaq sahəsinin onun mülkiyyətində olan və texniki Pasportda göstərilmiş 1329.0 kv.m torpaq sahəsinin bir hissəsinin olmasının müəyyən edilməsi, həmin JN-241F saylı şəhadətnamə ilə müəyyən edilən 0.06 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 176636 nömrəli alqı-satqı müqaviləsi ilə alınmasının müəyyən edilməsi" hissəsində baxılmasını istəmir. Odur ki, iddia tələbində göstərdiyi Göygöl rayonu, Çaykənd kəndində yerləşən hal-hazırda İddiaçı adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş 0.06 ha torpaq sahəsinin onun mülkiyyətində olan və texniki Pasportda göstərilmiş 1329.0 kv.m torpaq sahəsinin bir hissəsinin olmasının müəyyən edilməsi, həmin JN-241F saylı şəhadətnamə ilə müəyyən edilən 0.06 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 176636 saylı alqı-satqı müqaviləsi ilə alınmasının müəyyən edilməsi hissəsində baxılmamasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) iddia həcminin azaldılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. Tərəflərin izahatları və iddiaya münasibəti: Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında atası X18 onlara məxsus Göygöl rayonununu Çaykənd kəndində yerləşən ev və torpaq sahəsini satmadığını, alqı-satqı müqaviləsində olan imzanın ona məxsus olmamasını və onun yerinə başqa şəxsin imzaladığını, X10 həmin evi Loğman adlı şəxsdən almasını bildirdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X36 izahatında ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etməməsini, İddiaçı qanunauyğun olaraq atasından qalan miras əmlakı qəbul etməsini, Goranboy rayon notariat kontorunun verdiyi sənədlərin tam qanuni olmasını, həmçinin qeydiyyat vəsiqəsində torpaq sahəsinin göstərilməməsini, alqı-satqı müqaviləsi bağlanan vaxt yalnız evin satılmasını bildirdi və odur ki, göstərdiklərinə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X19 verdiyi izahatında qarşlıqlı iddianı müdafiə etdiyini, ilkin iddianın isə əsassız olduğunu, 2003-cü ildə mübahisəli torpaq sahəsində yerləşən evi almasını və indiyədək özünün istifadə etməsini, indiki dövrə qədər İddiaçılə aralarında mübahisənin olmamasını, İddiaçı tanımamasını, son vaxtlarda onunla aralarında ziddiyət yaranmasını, həmin evi özünün aldığı vaxt Loğman adlı şəxsin orada qalmasını bildirdi və ilkin iddianın əsassız olmasına görə rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X10 etibarnamə üzrə nümayəndəsi və vəkili X25 izahatında qarşlıqlı iddianı müdafiə etdiyini, ilkin iddianın heç bir əsası olmamasını, belə ki, mərhum X39 Salmanzadə arasında alqısatqı olan vaxt həmin evdə pasport qeydiyyatında 3 nəfərin olmasını, onların da gəlib alqısatqıya razılıq vermələrini, hətta həmin qeydiyytada olan şəxslərdən birinin X20 anası olmasını, onun da evin satılmasına razı olmasını, alqı-satqı bağlanandan sonra Firdosi Salmanzadənin evə dair qeydiyyat vəsiqəsi, texniki pasport və sxema almasını, İddiaçı atası X23 Firdosi arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpağa dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması və onun əsasında torpağa dair çıxarış almasının qanunsuz olmasını, çünki onun atası Kalvalı Hacıyevin özünə məxsus olan evini Firdosi Salmanzadəyə satdığını, buna baxmayaraq X22 Hacıyevin qanunsuz olaraq özünə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərək torpağa dair çıxarış almasını, həmin şəhadətnamənin və çıxarışın heç bir qanuni əsası olmamasını bildirdi və göstərdikləri əsaslara əsasən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və qarşılıqlı iddia ərizəsini və mülki iş materiallarına əlavə edilmiş sənədləri əlaqəli nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi rədd, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmənin 12 dekabr 2022-ci il tarixli iclasında İddiaçı göstərmişdir ki, Xanlar rayon notariusunun 4ə-1-37 reyestr nömrəli, 07 aprel 2003-cü il tarixli alqı-satqı müqaviləsində satıcı qrafasında olan imza X37 tərəfindən icra edilməmişdir. Mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspertin qarşısında xx.xx.2003-cü il tarixli Alqı-satqı müqaviləsində imzanın X35 tərəfindən icra edilmişdirmi barədə sual qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1316 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş xx.xx.2003-cü il tarixli, 176636 nömrəli Alqı-satqı müqaviləsinin aşağı hissəsində “İmzalar:1” qrafasında “Һaҹиjeв” yazısı qarşısındakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi Göygöl rayon Dövlət Notariat kontorunun 4Ə-1-37 nömrəli reyestr jurnalının 10-cu vərəqində “X7 r-u Çaykənd kəndi” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Һaҹиjoв” yazısının üst hissəsindəki imza- HACİYEV KALVALİ XİDİR oğlu tərəfindən icra olunması müəyyən edilmişdir. X19 ilə X37 arasında bağlanmış Xanlar rayonu Dövlət notariat kontorunun xx.xx.2003-cü il tarixli, 176636 nömrəli Alqı-satqı müqaviləsində, Xanlar (indiki Göygöl) rayonu Çaykənd kəndində 8/19, nömrəli 1329.0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini X35 4.900.000 (dörd milyon doqquz yüz) manata X1 öz əksini tapmışdır. Alqı-satqı müqaviləsi işin əlavə edilmiş Xanlar rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd nümayəndəsinin 477 saylı arayışında Xanlar rayonunun Çaykənd kəndində mənzil 8, ev 19 ünvanında X18 anası X9 və X5 qeydiyyatda olması göstərilmişdir. Alqı-satqı müqaviləsi işin əlavə edilmiş X5 və X9 Xanlar rayon Dövlət notariat kontoruna ünvanladığı ərizələrin surətindən görünür ki, onlar X26 məxsus Xanlar rayonunun Çaykənd kəndində mənzil 8, ev 19 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmişlər. Alqı-satqı müqaviləsi işinə əlavə edilmiş xx.xx.1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X27 08 noyabr 1991-ci il tarixdə nikaha daxil olmuşdurlar. Alqı-satqı müqaviləsi işinə əlavə edilmiş 14 iyul 1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 12 iyun 1996-cı ildə ölmüşdür. Alqı-satqı müqaviləsi işinə nəzər saldıqda müəyyən olunur ki, X19 ilə X35 arasında alqı-satqı müqaviləsi həmin dövrün tələblərinə uyğun bağlanmışdır. İş materiallarında olan 10/268a reyestr nömrəli Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və sxemasının surətindən görünür ki, Xanlar (indiki Göygöl) rayonunun Çaykənd kəndində yerləşən 8/19 nömrəli yaşayış evi Xanlar rayon notariusunun 4ə-1-37 reyestr nömrəli, 07 aprel 2003-cü il tarixli müqaviləsi əsasında X6 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. İşdə olan Goranboy rayonunun notariat ofisinin 18 oktyabr 2022-ci il tarixli, V- 334/2022 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 20 oktyabr 2010-cu il tarixdə vəfat etmiş X20 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Gəncə ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Göygöl rayonu Çaykənd kəndi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsidir. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Gəncə ərazi İdarəsi tərəfindən X12 ünvanlanmış məktubdan görünür ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki yeri ilə sənəd üzrə olan yeri arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 may 2019- il tarixli, 280 nömrəli arayışından görünür ki, Göygöl rayonunun Çaykənd kəndində yerləşən 8-ci məhəllənin 16 saylı evi X12 məxsusdur. İş materiallarında olan etibarnamədən görünür ki, Səmərqənd Əliyevanın, Nəcəf Hacıyevin, Kalvalı Hacıyevin iştirakı ilə Əliyev Nuru özünə məxsus olan 6 sot həyətyanı torpaq sahəsini X26 beş yüz min manata satmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 09 avqust 1991-ci ildə anadan olmuş, atası X35, anası isə X16r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 01 yanvar 1962-ci ildə anadan olmuş, atası X31, anası isə X29r. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X41 nikahlarını 22 iyun 1991-ci ildə bağlamışlar, nikah bağlandıqdan sonra ərə Salmanzadə, arvada Salmanzadə soyadı verilmişdir. İşdə olan 05 noyabr 2010-cu il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 20 oktyabr 2010-cu ildə ölmüşdür. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-241F saylı, KOD 50800058 saylı şəhadətnamənin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Çaykənd kənd sakini X18 mülkiyyətinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 02 fevral 2022-ci il tarixli X14 ünvanlanmış məktubun surətindən görünür ki, ərizə ilə əlaqədar ünvan 49 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərin surətləri təqdim edilmiş, məlumat üçün bildirilmişdir ki, bu əmlaka dair bağlanmış notariat kontorunun alqı-satqı müqaviləsində soyadınız Salmanaşvili kimi göstərilmişdir. İşdə olan Goranboy Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, JN-241F, KOD 50800058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadənamənin X26 məxsus olması faktının müəyyən olunması qət edilmişdir. İşdə olan Goranboy rayonu İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Hacıyev X30 rayonunun Dəliməmmədli şəhəri A.Kazımov küçəsi 1 saylı ünvanda qeydiyyatdadır və yaşayır. İşdə olan AZE seriyalı, 17128920 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Xanlar (Göygöl) rayonu Çaykənd kəndində anadan olmuşdur. İşdə olan AZE seriyalı, 09041761 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını, ekspert rəyini və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə), “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun), “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir .Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsədə başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarında olan 10/268a reyestr nömrəli Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun və sxemasının surətindən görünür ki, Xanlar (indiki Göygöl) rayonunun Çaykənd kəndində yerləşən 8/19 nömrəli yaşayış evi Xanlar rayon notariusunun 4ə-1-37 reyestr nömrəli, 07 aprel 2003-cü il tarixli müqaviləsi əsasında Salmanaşvili (Salmanzadə) Firdosi Abbas oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iclasında tərəflərin izahatları, ekspert rəyi ilə və tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisəli JN-241F saylı şəhadətnamə üzrə olan torpaq sahəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mərhum atası X4 Xanlar rayonu Dövlət notariat kontorunun xx.xx.2003-cü il tarixli, 176636 nömrəli Alqı-satqı müqaviləsinə əsasən özünə məxsus olan Xanlar (indiki Göygöl) rayonu Çaykənd kəndində 8/19, nömrəli 1329.0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini X2. Həmin vaxt mərhum Kalvalı Hacıyevin ailə üzvləri də Dövlət notariat kontorunda evin satılmasına dair etirazları olmaması barədə ərizə vermişlər. Bundan sonra X19 həmin müqavilə əsasında öz adına evə dair qeydiyyat vəsiqəsi, texniki pasport və sxema almışdır. Mübahisəli torpaq sahəsini və evi Kalvalı X3 rəsmi qaydada alqı-satqı müqaviləsi əsasında satdığı halda iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh bir) həmin evə məxsus olan 0.06 ha torpaq sahəsinə dair atası Kalvalı Hacıyevin vərəsəsi kimi miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və sonra Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 oktyabr 2022-ci il qeydiyyat tarixli çıxarış almışdır. X46 evi Firdosi Salmanzadəyə satan vaxt evin yerləşdiyi torpaq sahəsini də evin üstündə satmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 (Xanlar rayon notariusunun 4ə-1-37 reyestr nömrəli, 07 aprel 2003-cü il tarixli müqaviləsi əsasında) məxsus olan və onun istifadəsindəki Göygöl rayonunun Çaykənd kəndində yerləşən 0.06 ha torpaq sahəsindən Firdosi Salmanzadənin çıxarılması tələbi tam əsassızdır. Həmçinin məhkəmə hazırki mübahisə ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən əldə edilmiş Goranboy rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli, V-334.2022 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 oktyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışı mövcud olduğundan və bunun da cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X10 hüquqlarını məhdudlaşdıran hal olduğundan ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia təmin edilərək həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış etibarsız edilməlidir. Tətbiq edilən prosessual normalar: Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** Qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın verilməsinə səbəb olmuş Goranboy Notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli V-334/2022 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 126 (bir yüz iyirmi altı) manat ekpertiza xərci iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməli və işə baxılması ilə əlaqədar tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və X10 ödədiyi 70 (yetmiş) manat dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın verilməsinə səbəb olmuş Goranboy Notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli V-334/2022 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 126 (bir yüz iyirmi altı) manat ekpertiza xərci ilkin iddia təmin edilmədiyindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. İşə baxılması ilə əlaqədar tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar