Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-48/2025 05.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər X2 və Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad olunması, qanunsuz tikilinin sökülməsi və çəkilən qanunsuz yolun bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər X2 və Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad olunması, qanunsuz tikilinin sökülməsi və çəkilən qanunsuz yolun bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Keçmiş Xanlar rayonu Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 06 saylı qərarı ilə JN-054F KOD 50802038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,33 ha torpaq sahəsinin 0,04 hektar hissəsinin cavabdehlərin zəbtindən azad olunaraq, onlara qaytarılması, orada aparılmış tikinti işlərinin sökülməsi və çəkilən qanunsuz yolun bağlanması barədə qətnamə çıxarılmasını xahiç etmişdir. İddiaçı5 nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 260, 263-264, 267- 268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər X2 və Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad olunması, qanunsuz tikilinin sökülməsi və çəkilən qanunsuz yolun bağlanması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №2(066)-48/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-48/2025
05.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver