Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-486/2024 20.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) X4, cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktoru Nümayəndə və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin 12 fevral 2024-cü il tarixli 59 saylı əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi, mediasiya xərci 50 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildən Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbində texnologiya müəlliməsi kimi fəaliyyət göstərir, xx.xx.2024-cü il tarixdə əsassız olaraq tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməyi onunla bağlı olmuşdur ki, 28 yanvar 2024-cü il tarixdə səhhətində problem yaranmış və məktəbin direktoruna məlumat verərək dərsə gələ bilməyəcəyini bildirmişdir. Həmin vaxt həqiqətən də səhhətində yaranmış problemlə bağlı kənddə tibb bacısı işləyən bacısı Şahid1 çağırmış, qanaxması olduğundan Hökümə ona qankəsici iynə vurmuşdur. Bundan sonra qan itirdiyinə görə halsız olduğundan və özünü pis hiss etdiyindən 29, 30, 31 yanvar 2024-cü il tarixlərində üzrlü səbəbdən səhhəti ilə bağlı olaraq məktəbə gedə bilməmişdir. Həmin vaxt birinci rübün sonu olduğu üçün uşaqlar tətildə olmuşlar. Barəsində işdən çıxarılma ilə bağlı xx.xx.2024-cü il tarixli əmrin verilməsinə səbəb olmuş əsaslar özlüyündə tam əsassızdır. İşdən azad olunmasının əsasında dayanan faktlardan biri onun məktəbə gəlməməsi ilə bağlı olmuşdur. O, səhhətində problem yaranması ilə bağlı dərsə gələ bilməməsi barədə məktəb direktoruna məlumat vermişdir. Bununla bağlı telefon danışıqlarının çıxarılması və həmin vaxt ona tibbi yardım göstərən tibb bacısının məhkmədə dindirilməsini vacib hesab edir. Əmrdən görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə guya o, dərsə gəlməmişdir. Həmin vaxtlarda icazə verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə bağlı tibbi arayışı direktora təqdim etmişdir. Həmin arayışı ərizəsinə də əlavə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Lakin verilmiş əmrdə və onun əsaslandırma hissəsində konkret olaraq məktəbə getməməsi nəticəsində məktəbin normal iş şəraitinin pozulması və yaxud əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsi müəyyən edilməmişdir. Həmin vaxt uşaqlar tətilə buraxılmışdır. Belə olan halda onun işdən azad olunması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh özü Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq onun barəsində başqa intizam tənbehi tətbiq etmədən onu işdən çıxartmışdır. Həmin maddəyə əsasən intizam tənbehi kimi işdən azad edilmə 5-ci sırada dayanır. Qanunvericilikdə işçinin işdən azad edilməsinin yalnız əhəmiyyətli pozuntu baş verdikdə işdən azad edilməsi səbəbindən işdən çıxarılması sonuncu intizam tənbehlərindən biri kimi göstərilmişdir. Cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin 12 fevral 2024-cü il tarixli 59 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, o işə bərpa olunmalı və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunlu izahatlar verib, iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 29,30,31 yanvar 2024-cü il tarixlərində xəstə olduğu üçün işə gedə bilmədiyindən məktəbin direktoru Mehparə Qasımova onu işdən azad etmişdir. Mehparə müəllimə ilə əvvəllər münasibəti yaxşı olmuşdur. O, evinin sirrini də Mehparə müəlliməyə demiş, o, isə məktəbdə qızı yaşda olan müəllimlərə qoşulduğundan ona qarşı münasibəti dəyişib. 2023-cü ilin sentyabr ayından Mehparə Qasımova onu danışdırmır. Dekabr ayının 7-də və 22-də işə getmədiyi üçün ərizə vermişdir. Həmkarların əvvəlki iclasında iştirak etmişdir, lakin ona töhmət verilməsi deyilməmiş, əmri alsada oxumamışdır. O, 29,30,31 yanvar 2024-cü il tarixlərində xəstə olduğu üçün işə gedə bilməyəcəyi barədə dəfələrlə internetlə votsapla əvvəlcədən Mehparə müəlliməyə zəng edib xəstə olduğunu işə gələ bilməyəcəyini deməsi üçün zəng etmişdir, o, isə telefonu açmamışdır, zavuçun telefon nömrəsi isə onda olmadığından ona zəng edə bilməmişdir. Məktəbdə qruplaşma vardır. Ona görə də onu işdən çıxartmışlar. Həmkarların sədri və üzvüləri də həmin qruplaşmadadır. Onun işə getmədiyi günlər tətil günləri olmuşdur. O, zavuçdan telefon nömrəsi istəmiş lakin ona nömrəsini verməmişdir. 2023-cü ilin oktyabr ayının 23-də, noyabr ayının 14-də, dekabr ayının 1-də işə gəlməməsi ilə bağlı verilən əmrin surətini alıb, lakin əmri oxumamışdır. xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə işə getmədiyindən əmək haqqından tutulmuşdur. Həmkarların xx.xx.2024-cü il tarixli keçiriləcək iclasının bildirişini almış, lakin iştirak etmək istəməmişdir. 2024-cü ilin 24 yanvarın əmrini alsada oxumayıb. Sentyabr ayında dərs vaxtı iclas olduğundan və zəngə az qaldığından uşaqları buraxmış və sonra uşaqları geri qaytarmış, özü də qayıtmışdır. Oktyabr-noyabr ayında bütün iş günü işdə olmadığına görə əmək haqqı tutulmuşdur, icazə alanda ərizəni direktora vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X12, iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə İddiaçı xəstəliyi ilə bağlı işə gəlmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı işə gəlmədiyi üç gün xəstə olduğundan, eləcə də şagirdlər tətildə olduqlarından Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasını düzgün hesab etmir. İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsi ilə xəbərdarlıq və başqa intizam tənbehi verilə bilərdi. Onun işdən çıxarılmasını qərəzli hesab edir. İddiaçı həmin günlərdə xəstə olmasını təsdiq edən arayış vardır. Sentyabr ayından Mehparə Qasımova onu danışdırmır. İddiaçı həmkarların əvvəlki iclasında iştirak etmişdir lakin ona töhmət verilməsi deyilməmiş, əmri alsada oxumamışdır. İddiaçı dəfələrlə məktəbin direktoruna zəng vursada telefonu açmamışdır. Həmkarların 15 üzvü olmasına baxmayaraq xx.xx.2024 tarixdə keçirilən iclasda hamısı iştirak etməmişlər. İddiaçı üç gün işə gəlməmiş məktəbə hər hası bir ziyan dəyməmişdir. Həmin vaxt tətil olduğundan şagirdlər məktəbdə olmamışdır. Tacirənin işdən çıxarılması ilə bağlı əmrdə məktəbin fəaliyyətinə hər haslı bir zərərin dəyməsi əsaslandırılmamışdır. Həmin əmr 71-ci maddənin tələblərinə uyğun deyil. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktoru X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2023-ü il, 14.xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərin heç bir üzürlü səbəb olmadan işə gəlmədiyindən, tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etmədiyindən həmin günlər üçün onun əmək haqqısı tutulmuş, müxtəlif vaxtlarda işə gəlmədiyindən onun barəsində intizam xarakterli tədbirlər görülmüş, barəsində görülmüş intizam xarakterli tədbirlərdən nəticə çıxarmayaraq, xx.xx.2024-cü, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə üzürlü səbəb olmadan işə gəlmədiyindən onun “işdən azad olunması” ilə bağlı müvafiq rəy verilməsi üçün məktəbin həmkarlar təşkilatına xx.xx.2024-cü il trixdə təqdimat verilmiş, təqdimata xx.xx.2024-cü il tarixdə həmkarlar təşkilatında baxılmış və İddiaçı işdən azad olunmasının məqsədə müvafiq hesab edilməsi barədə rəy verilmiş və xx.xx.2024-cü il tarixli 59 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Bundan əlavə İddiaçı xx.xx.2016-cı il tarixdə 17 saylı, xx.xx.2019-cu il tarixli 7 saylı əmrlərlə töhmət, xx.xx.2019-cu il tarixli 12 saylı əmrlə şiddətli töhmət, xx.xx.2023-cü il tarixli 29 nömrəli əmrlə üzürlü səbəb olmadan məktəbin iş vaxtı rejimini pozaraq Vİ-Vİİİ siniflərdə cədvəl üzrə texnologiya dərsi olmasına baxmayaraq həmin siniflərin şagirdlərinin evə getmələrini tələb etdiyindən töhmət verilmiş, xx.xx.2023cü il tarixdə üzürlü səbəb olmadan işə gəlmədiyindən xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan işə gəlmədiyindən 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etmədiyindən əmək haqqından tutulmuş, xx.xx.2024-cü il tarixli 56 nömrəli əmrlə xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə üzürlü səbəb olmadan işə gəlmədiyindən tədris etməli olduğu fənləri şagirdlərə tədris etmədiyindən, müəllimlərin etik davranış qaydalarına uyğun olmayan hərəkətlər etdiyindən onlara qarşı nalayiq ifadələr işlətdiyindən və iş rejimini kobud surətdə pozduğundan ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrlərin surəti onun özünə verilmişdir. Həmçinin məktəbin müəllimləri tərəfindən dəfələrlə İddiaçı barəsində ona şikayət ərizələri verilmişdir. İddiaçı məktəbin müəllimlərini nalayiq ifadələrlə təhqir edir, cavan müəllimənin həyat yoldaşına deyib ki, yoldaşının dalınca məktəbə maşın gəlib, onun yoldaşı hərbi xidmətdə travma alıb, gəlib onun həyat yoldaşına nalayiq ifadələr deyib. İddiaçı görə müəllimlər müəllimlər otağına gəlmirlər. Məktəbin müəllimləri öz ixtisasları üzrə işləyir şagirdləri yüksək nəticə toplayırlar. Əgər düzgün iş rejimi olmasaydı şagirdləri həmin nəticəni əldə edə bilməzlər. İddiaçı işə çıxmaması və xəstə olması barədə ona məlumat verməyib. Dərs hissə müdiri işə gəlməsi barədə İddiaçı məlumat verən zaman, İddiaçı işə gəlməyəcəyini deyib. xx.xx.2024-cü, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə şagirdlər tətildə olub müəllimlər hamısı işə gəlib. İddiaçı dəfələrlə qanun pozuntusu edib və intizam tənbehi verib, ancaq yenədə İddiaçı öz hərəkətlərini davam etdirib. Məktəbin müəllimlərinin hər birinə ad qoyub, ailələri haqqında şər-böhtan danışır. Əmrlərin surəti həmişə İddiaçı verilmiş və o əmri alarkən onları söyüb təhqir etmişdir. Bunları təsdiq edən görüntü diskidə var. İddiaçı məktəbdə müəllimləri şagirdləri təhqir edir. 2019-cu ildə intizam tənbehi verib buna baxmayaraq İddiaçı işə üzürlü səbəbdən gəlmədiyi vaxtlar olmuş lakin icazəli olduğundan onun barəsində heç bir tədbir götülməmişdir. Məktəb rüblük hesabatı yanvarın 28-29-da verirlər, Tacirə müəllimə qiymətləndirməni yazmadığından hesabatı tətildən sonra veriblər. Əvvəllər İddiaçı işə gəlməyəndə dəfələrlə əlaqə saxlamış, hər dəfə Tacirə onu təhqir etmişdir. İddiaçı 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə ona zəng etməmiş və heç bir məlumat verməmişdir. Məktəbin zavuçu İddiaçı həmin tarixlərin müəllimlərə iş günü yazıldığını, hesabatın verilməsi üçün qiymətləndirmələri yazıb təhvil vermələrini deyərkən Tacirə müəllimə işə gəlməyəcəyini demişdir. 2023-cü ilin sentyabr ayına kimi münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayının 25-də Tacirə müəllimə dərs deməyərək uşaqları dərsdən yarımçıq buraxmış və özüdə çıxıb getmişdir. O, isə bunu bilən kimi uşaqları dərsə qaytarmış, həmin vaxt İddiaçı özüdə dərsə geri qayıtmış və uşaqları qaytardığına görə onu nalayiq ifadələrlə təhqir etmişdir. Dekabr ayında zavuç əmək haqqının tutulması barədə əmri İddiaçı verərkən çırıb atmış sonra isə elan lövhəsindəki əmri qoparıb büküb atmışdır. Dekabrın 7-də İddiaçı polisə zəng edib nalayiq ifadələr işlədib. İddiaçı təhsil şöbəsinə gedib bildirib ki, “görürsüz mən işə getməmişəm mənə gün yazılıb”. İddiaçı sosial şəbəkədə onun şəkilini paylaşıb, deyir məktəbə qayıdıb gələcəm görün başınıza nə oyun açacam. İddia əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktoru X2 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək eyni məzmunda izahat verib. Məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, dekabr ayında həmkarlar iclasında Tacirəni işdən çıxarmaq istəmişlər. O Tacirəni 4-5 il olar ki, tanıyır. Məktəb rəhbərliyindən Tacirənin işdən çıxarılmamasını xahiş etmiş, həmin vaxt ona 2019-cu ildə də eynən bu hərəkətlərinə görə rəhbərliyə iltizam xarakterli izahat verdiyi, lakin sonra yenə öz hərəkətlərini davam etdirdiyi bildirilmişdir. Buna baxmayaraq onun xahişi ilə həmin vaxt Tacirə işdən azad edilməmişdir. Tacirə Prokurorluğa və təhlükəsizlik xidmətinə şikayət edib gəlib məktəbi yoxlayıblar. Həmçinin həmkarlar haqqında qanuna görə həmkarların hər bir üzvünün iclasda iştirak etməsi məcburi deyil. Həmkarlar sərbəst qaydada öz fikirlərini bildirə bilərlər. Həmkarlar İddiaçı barəsində rəy verərkən onlara heç bir təzyiq edilməmişdir. Həmkarların 20 dekabr 2023-cü il tarixdə keçirilən iclasından sonra İddiaçı onlara qarşı təzyiqlər etmişdir. İddiaçı işdən çıxarılması barədə əmrin verilməsinə yetərincə əsaslar vardır. Odur ki iddianın təmin edilməməsini xahiş edir. Məhkəmədə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Qızılca kəndinin həkim məntəqəsində feldşer işləyir. İddiaçı uşaqlığından tanıyır. Tacirə dəfələrlə xəstələnəndə ona müraciət edib o, isə ilk yardım göstərib. 29 yanvar 2024-cü il tarixdə Tacirə ona müraciət etmiş, o Tacirənin evinə getmiş və qanaxması olduğu üçün ona vikasol və kalsi klikonad iynəsi vurmuşdur. 30 və 31 yanvar 2024-cü il tarixlərində Tacirə iynə vurdurmaq üçün məntəqəyə gəlmişdir. Tacirə halsız olduğu üçün onu gətirmək üçün məntəqədə işləyən xadiməni göndərmişdir ki, ona kömək etsin. O, Tacirəyə ancaq ilkin tibbi yardım göstərmişdir. Həmin vaxt Tacirə arayış tələb etmədiyindən ona xəstəliyi ilə bağlı arayış verməmişdir. Sonradan vəkilin sorğusuna əsasən arayış vermişdir. Bundan əvvəl bəzi vaxtlar Tacirə iş vaxtları xəstələnəndə ona ilkin yardım göstərmiş və iş vaxtı olduqda ona arayış vermiş və həmin arayışı məktəbin direktoru qəbul etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 6 ildir Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbində informatika ixtisası üzrə müəllim və 2020-ci ildən həmkarların sədri işləyir. Məktəbin texnologiya müəlliməsi vəzifəsində çalışan İddiaçı ilə heç bir ədavəti yoxdur. Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdimatla həmkarlar təşkilatına müraciət edilərək məktəbin müəllimi İddiaçı Qızılca kənd R.Rzayev adına tam orta məktəbində iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsi xahiş edilmiş, həmkarlar təşkilatının iclası xx.xx.2023-cü il tarixə saat 14:00-a təyin edilmiş və həmin iclas İddiaçı iştirakı ilə keçirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli təqdimatla həmkarlar təşkilatına müraciət edilərək məktəbin müəllimi İddiaçı Qızılca kənd R.Rzayev adına tam orta məktəbində iş gəlməməsi barədə həmkarların qərarının və rəyinin bildirilməsi xahiş edilmiş, həmkarlar təşkilatının iclası xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş, iclas haqqında İddiaçı bildirişi almasına və həmin vaxt məktəbdə olmasına baxmayaraq həmkarların iclasında iştirak etməmişdir. İclas onun iştirakı olmadan keçirilmiş və onun məktəbdən kənarlaşdırılması məqsədə müvafiq hesab edilmişdir. Həmkarların 15 üzvü var lakin həmin gün prezident seçkiləri ilə əlaqədar olaraq iclasda 7 üzv iştirak etmişdir. Həmin 7 üzv Tacirənin işdən çıxarılması ilə bağlı fikir bildirmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda kənar adam iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qızılca kənd R.Rzayev adına tam orta məktəbində direktor müavini işləyir. İddiaçı ilə heç bir ədavəti yoxdur. 2024-cü ilin yanvar ayında şagirdlər tətilə buraxılan gündən bir gün əvvəl müəllimlər otağında tarix müəlliməsi Bahar müəllimənin və texnologiya müəlliməsi Tacirə müəllimənin yanında demişdir ki, uşaqlar tətilə buraxılsalarda bizə yəni müəllimlərə iş günüdür, həmin günlərə görə əmək haqqı yazılacaq, həmin vaxt Tacirə müəllimə demişdir ki, “mən gəlməyəcəm”. Tətil günləri Təhsil şöbəsindən məktəbə yoxlama gəlib müəllimlərin işə gəlib gəlməməsinə nəzarət edilir, hesabat verilməsi üçün müəllimlər summativlər çıxarır və jurnalları yazıb təqdim edirlər. Tacirə müəllimə 29, 30 və 31 yanvar 2024-cü il tarixlərində məktəbə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Sinif rəhbəri ona hesabatı təqdim etməmişdir ki, Tacirə müəllimə jurnalı yazmayıb. Tacirə müəllimə tətil günlərində işə gəlmədiyindən 4-cü 6-cı siniflərin jurnalını yazmamışdır. Tətildən sonra jurnalı yazmışdır. Bundan əlavə 2023-cü ilin dekabr ayında Tacirə müəllimənin işə gəlmədiyinə görə verilmiş töhmət əmrini ona təqdim edərkən əmri cırıb onun stolunun üstünə ataraq demişdir ki, “sən kimsən mənə əmr verirsən”. Müəllimlər işə gəlməyəndə rəhbərliyə məlumat verirlər və onun həmin gün olan dərsləri başqa müəllimə verilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, məktəbdə kitabxanaçı işləyir. İddiaçı ilə düşmənçiliyi və qohumluğu yoxdur. Həmkarların üzvüdür. Mart ayının 21-də marşurutla gedən zaman Tacirə onu nalayiq sözlərlə təhqir etmiş, üzünə tüpürmüş, döymüş, sonra isə kənddə danışmışdır ki, Yazgülü döyüb üzünə tüpürmüşəm. Bayram vaxtı olduğu üçün o, polisə şikayət edə bilməmişdi. 20 dekabr 2023-cü il tarixdə və 8 fevral 2024-cü il tarixdə keçirilən həmkərlar iclasında iştirak etmişdir. Fevralın 8-də keçirilən həmkarlar iclasında həmkarların üzvülərindən o, Səbinə, Fəridə, İlahə, Samirə iştirak etmişlər, sədr Şahid2, katib Şahid4 olmuşdur. Həmkarların digər üzvüləri dərsdə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, məktəbdə psixoloq işləyir Tacirə müəllimə və Mehparə müəllimə ilə qohumluğu və ədavəti yoxdur. Dekabr ayının 20-də keçirilən həmkarlar iclasında iştirak etmişdir. İclas İddiaçı davranış qaydaları ilə bağlı keçirilmişdir. Tacirə özüdə həmin iclasda iştirak etmişdir. Fevralın 8-də keçirilən iclasda seçkidə olduğu üçün iştirak edə bilməmişdir. Belə ki, fevralın 7-də seçkidə olduğu üçün 12-də işə çıxmışdır. Əvvəllər Tacirənin ona qarşı münasibəti yaxşı olsada sonradan onu polisə vermişdir. Polisdən ona zəng edib bildirmişlər ki, səndən şikayət var o, kimin şikayət etdiyini və səbəbini soruşduqda Tacirənin onun ailə dağıtması barədə şikayət etdiyini demişdir. O, kimin ailəsini dağıtdığını soruşduqda zəng edən şəxs Çəmən müəlliməni və onun yoldaşını tanıyıb tanımamasını soruşmuş, o Çəmən müəlliməni tanıdığını yoldaşını tanımadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, məktəbdə 3 ildi katibə işləyir, Tacirə müəllimə və Mehparə müəllimə ilə ədavəti yoxdur. Tacirə müəllimə ilə qohumluq əlaqəsi var. Tacirə müəllimənin 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə işə gəlməməsi ilə bağlı 8 fevral 2024-cü il tarixdə keçirilən həmkarlar iclacında katib kimi iştirak etmişdir. Tacirə müəllimənin özü iclasda iştirak etməmişdir. Yanvarın 24də həmkarlara üzv seçilmiş və fevralın 8-də keçirilən iclasda katib kimi iştirak etmişdir. 3 ildi işə girib, işə girəndən Tacirə onu danışdırmır. Tacirə müəllimə Sosial şəbəkədə onu pis hallandırmışdır. 08 fevral 2024-cü il tarixdə həmkarların keçirilən iclasında o, Tutu müəllimə, Fəridə müəllimə, Gülnarə müəllimə, İlahə müəllimə, Yazgül müəllimə iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki,Tacirə müəllimə və Mehparə müəllimə ilə heç bir ədavəti yoxdur. Tacirə əmisi qızıdır. Məktəbdə Coğrafiya müəlliməsi işləyir. Həmkərların üzvüdür 20 dekabr 2023-də keçirilən birinci iclasda iştirak etmişdir. Həmin iclas müəllimənin müəllimlərə şagirdlərə qarşı etik-davraniş qaydalarını pozması təhqir edici sözlər işlətməsi ilə bağlı keçirilmiş və müəllimənin haqqında tədbir görülməsi qərara alınmışdır. İclasda həmkarların üzvü olan müəllimlərdən Səbinə, Fəridə, İlahə, Yazgül, Pənah və Lamiyə iştirak etmişlər. İclasın sədri Gülnarə müəllimə katibi isə o, olmuşdur. 08 fevralda keçirilən ikinci iclas isə müəllimənin 29, 30 və 31 yanvar 2024-də işə gəlməməsi ilə bağlı keşirilmişdir. İşdən çıxarılması barədə qərar qəbul edilmişdir. Müəllimə ilə onun münasibəti yaxşı olmuşdur Tacirə özü istəyəndə onu danışdırır istəyəndə də danışdırmır. Birinci keçirilən işlasdan sonra Tacirə onu təhqir edib qaynanasının üstünə getmişdir. Ona görədə ikinci iclasda iştirak etməmişdir. İclasın keçiriləcəyi barədə elan oxuyub iclasda iştirak edirlər. Birinci iclasda iştirak edəndən sonra iclasda iştirak etdiyinə göra onu təhqir etmişdir. Birinci iclasda iştirak edən müəllimləri təhqir etdiyinə görə ikinci iclasda onlar iştirak etməyiblər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 59 nömrəli əmrindən görünür ki, həmin əmrdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi vəzifəsində çalışan İddiaçı xx.xx.2024, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü il tarixlərdə işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, İddiaçı müxtəlif vaxtlarda işə gəlmədiyindən onun barəsində intizam xarakterli tədbirlər görüldüyü, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görədə onu əmək haqqısının həmin günlər üçün müvafiq əmrlərlə tutulduğu, İddiaçı barəsində görülmüş intizam xarakterli tədbirlərdən nəticə çıxarmaması, işində dönüş etməməsi, ona görə də İddiaçı “işdən azad olunması” ilə bağlı müvafiq rəy verilməsi üçün Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatına xx.xx.2024-cü il tarixdə təqdimat verildiyi, həmin təqdimata xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatında baxıldığı və İddiaçı vəzifədən azad olunmasının məqsədə müvafiq hesab edilməsi barədə rəy verildiyi, İddiaçı xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyindən və həmkarlar təşkilatı onun işdən azad olunmasına müsbət rəy verdiyindən, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməli olduğuna görə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsas tutaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi və Bağırova X7 R.Rzayev adına tam orta məktəbin texnologiya müəllimliyi vəzifəsindən azad edilməsi, İddiaçı son haqq-hesabı (istifadə edilməmiş məzuniyyətinə görə təqvim günü üçün pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr Əmək qanunvericiliyinə uyğun olaraq) hesablanıb ona ödənilməsi, İddiaçı əmək kitabçasının ona əmrlə birlikdə rəsmi qaydada təqdim edilməsi əmr edildiyi göstərilmişdir. -X25 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı xx.xx.2024-cü il tarixli 59 nömrəli əmrin ləğv edilməklə işə bərpa və buraxılmış iş günlərinin əmək haqqının ödənilməsi ilə bağlı təkliflə müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi xx.xx.2024cü il tarixə saat 12-00-a təyin edilmiş X3 məlumat verilməsinə baxmayaraq mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat ilkin mediasiya xərcini ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlər; -Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texniki işçisi X22 izahatında xx.xx.2023-cü il tarixdə 5-ci saat 6-cı sinif şagirdləri evə gedərkən müəllimlər gedən şagirdləri sinifə salarkən məktəbin texnologiya müəllimi İddiaçı şagirdləri evə göndərdiyini deyərək müəllimləri təhqir və təhdid etdiyini göstərmişdir. -Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktor müavini X5 izahatında xx.xx.2023-cü il tarixdə 5-ci saat 6-cı sinif şagirdlərinə İddiaçı texnologiya dərsi keçməli olduğu halda şagirdlərdən evlərinə getmələrini tələb etdiyini, məktəb rəhbərliyi və o, şagirdləri qaytarıb dərsin keçirilməsini tələb edərkən nalayiq söyüşlər söyərək şagirdlərin və müəllimlərin gözü qarçısında etik davranış qaydalarına zidd olan nalayiq hərəkətlər etdiyini göstərmişdir. -xx.xx.2023-cü il tarixdə müəllimlərin iştirakı ilə tərtib olunmuş aktda məktəbin müəllimi İddiaçı 4-cü və 6-cı siniflərin şagirdlərini dərs zamanı rəhbərliyə xəbər vermədən icazəsiz olaraq evə göndərdiyi, məktəb direktoru dəhlizdə uşaqları görüb sinfə geri qaytarıb müəllimdən dərs keçməsini tələb etdikdə müəllimə İddiaçı etik-davranış qaydalarını pozaraq məktəbdə səs-küyü ilə bütün dərs sistemini pozduğu göstərilmişdir. -xx.xx.2023-cü il tarixli 29 nömrəli əmrdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 29 nömrəli əmri ilə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə məktəbin texnologiya müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verimişdir. -xx.xx.2023-cü il tarixdə müəllimlərin iştirakı ilə tərtib olunmuş aktda məktəbin müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmədiyi nəticədə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etmədiyi, həmin dərsləri 2-ci və 4-cü siniflərdə 5-ci saatı X10 və 1-ci sinifdə 4-cü saatı X11 tədris etdikləri göstərilmişdir. - Məktəbin müəllimi X17 ərizəsində İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmədiyindən onun tədris edəcəyi 2-ci və 4-cü siniflərdə 5-ci saatı onun tədris etdiyini göstərmişdir. - Məktəbin müəllimi X18 izahatında İddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlmədiyindən onun tədris edəcəyi 1-ci sinifdə 4-cü saatı onun tədris etdiyini göstərmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrində İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan Qızılca kənd orta məktəbinə işə gəlmədiyi, nəticədə xx.xx.2023-cü il tarixdə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etməli olduğu təqdirdə tədris etmədiyindən ödənilməsi nəzərdə tutulan əmək haqqısının ödənməməsi göstərilmişdir. -xx.xx.2023-cü il tarixli Şahid3 tərəfindən tərtib olunmuş arayışda xx.xx.2023-cü il tarixdə cədvəl üzrə 7-ci sinifdə texnologiya dərsində dərsdinləmədə iştirak etdiyi, müəllimin dərsin heç bir mərhələsinə əməl etmədiyi, yeni dərsin izahını vermədən şagirdlərə tapşırıq verdiyi, şagirdlərin yanında təlimdən kənar mövzulara toxunduğu, həmin sinifdə təlim prosesinin baş tutmadığı göstərilmişdir. -xx.xx.2023-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin müəllimləri tərəfindən tərtib olunmuş aktda xx.xx.2023-cü il tarixdə məktəbin texnologiya müəllimi İddiaçı saat 15:55 radələrində məktəbdə nizam intizam qaydalarını pozaraq müəllimlərin etik-davranış qaydalarına uyğun olmayan hərəkətlər edərək səs küy salmış, cədvəl üzrə 5-ci saatda 3-cü sinifdə dərsdə olduğu halda şagirdləri nəzarətsiz qoyaraq, yenidən dəhlizdə səs küy saldığı, heç bir qayda pozuntusu olmadığı halda məktəbə polis dəvət etmək istədiyi, qalmaqal yaratdığı, bu cür halların dəfələrlə təkrar olunduğu, Azərbaycan müəlliminin şərəf və ləyaqətinə toxunacaq ifadələr işlətdiyi, İddiaçı tərəfindən demək olar ki, məktəbin əksər müəllimlərinə qarşı bulinq (şifahi bulinq) etdiyi, bunun da istənilən halda keçirilən dərslərin keyfiyyətinə təsir etdiyi göstərilmişdir. -Məktəbin müəllimi Şahid5 xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023-cü il tarixdə məktəbin texnologiya müəllimi İddiaçı 3-cü sinifdə dərsdə olduğu halda şagirdləri nəzarətsiz qoyaraq dəhlizə çıxıb, telefonla danışıb səs küy saldığını, heç bir hadisə olmadığı halda məktəbə polis çağırdığını, məktəbin direktoru ondan dərsini keçməsini tələb etdikdə şagirdlərin qarşısında direktora və müəllimlərə qarşı nalayiq söyüşlər söydüyünü göstərmişdir. - Məktəbin TTİÜDM Şahid3 xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdə məktəbin texnologiya müəllimi İddiaçı məktəbdə nizam-intizam qaydalarını pozaraq səs küy saldığını, müəllimlər otağında telefonla polis işçilərini yığıb məktəbin direktoru haqqında rüsvayedici ifadələr işlədərək hörmətsizlik etdiyini, daha sonra 3-cü sinifdə şagirdləri nəzarətsiz qoyub dəhlizdə telefon danışığı ilə bütün iş rejimini pozduğunu göstərib onun barəsində tədbir görülməsini xahiş etmişdir. -Məktəbin müəllimi Nərmin Cəfərova xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023cü il tarixdə direktor müavini Şahid3 İddiaçı barəsində olan 42 saylı əmri təqdim edən zaman İddiaçı həmin əmri Şahid3 əlindən alıb cıraraq Şahid3 iş stolunun üzərinə atıb prokurorluğa şikayət edəcəyini bildirərək şantaj etdiyini, direktor Mehparə Qasımovanın ünvanına söyüşlər etdiyini, kənd sakinlərinə boş vərəqə imza etdirib daha sonra həmin vərəqə həqiqətə uyğun olmayan böhtanlar yazdığını etiraf etdiyini və bu əməlindən peşmançılıq duymadığını bildirdiyini, ”mən yaxşı etmişəm” ifadələrini işlətdiyini, səs-küy məktəbin 2-ci mərtəbəsində olan siniflərdə dərs prosesinin düzgün qurulmasına mane olduğunu göstərmişdir. -xx.xx.2023-cu il tarixli aktda Qızılca kənd R.Rzayev adına tam orta məktəbin TTİÜDM Şahid3 xx.xx.2023-cü il tarixdə məktəbin direktoru Mehparə Qasımovanın 42 №li əmrini İddiaçı elan edən zaman İddiaçı həmin əmri Şahid3 əlindən alıb direktor Mehparə Qasımovanın ünvanına və GDRTİ-nin rəisi Anar Qədiməliyevin ünvanına təhqiramiz ifadələr işlətdiyi, həmin əmri cırdığı və Şahid3 iş stolunun üzərinə atıb küçə söyüşləri söyərək 42№-li əmri elan cədvəlindən qopararaq büküb yerə atdığı və Mehparə Qasımovanın ünvanına söyüşləri davam etdirdiyi göstərilmişdir. -Qızılca kənd R.Rzayev adına tam orta məktəbin təşkilatçı müavini Fəridə Baxşəliyeva və məktəbin kitabxanaçısı Şahid7 məktəbin direktoru Mehparə Qasımovaya ünvanladıqları xx.xx.2023-cü il tarixli ərizələrində xx.xx.2023-cü il tarixdə təxminən saat 10:00 radələrində məktəbin müəllimlər otağında TTİÜDM Şahid3 42 saylı əmri texnologiya müəllimi İddiaçı təqdim etdiyi zaman İddiaçı əmri onun əlindən götürüb cıraraq stolun üstünə qoyduğunu sonra isə elan lövhəsində olan 42 nömrəli əmri götürüb əzib bükərək məktəbin direktoru Mehparə Qasımovanın və GDRTİ-nin rəisi Anar Qədiməliyevin ünvanına nalayiq, məktəbə, təhsilə yaraşmayan söyüşlər işlətdiyini göstərmişlər və müvafiq tədbir görülməsini xahiş etmişlər. -Qızılca kənd R.Rzayev adına tam orta məktəbin TTİÜDM-i Şahid3 məktəbin direktoru Mehparə Qasımovaya ünvanladıqları xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023-cü il tarixdə üzrlü səbəb olmadan məktəbin müəllimi İddiaçı 1-ci sinifdə 4-cü saat, 2-4-cü sinifdə 5-ci saat olan dərslərini tədris etmədiyi üçün əmək haqqının tutulması barədə əmri təqdim etdiyi zaman əmri götürüb cıraraq xoşagəlməz ifadələr işlətdiyini, müəllim etik davranış qaydalarını kobudcasına pozduğunu göstərib müvafiq tədbir görülməsini xahiş etmişdir. -Qızılca kənd R.Rzayev adına tam orta məktəbin riyaziyyat müəllimi X6 məktəbin direktoru Mehparə Qasımovaya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində təxminən saat 12-də sinif otağında oturub summativ yoxladığı anda məktəbin müəllimi İddiaçı sinifin pəncərəsindən onun şəklini çəkdiyini, bunu görüb əsəb keçirdiyini, özünü ələ almağa çalışdığını, məktəb rəhbərliyinə müraciət etdiyini göstərib, adı çəkilən şəxsin telefonundan şəklinin silinməsi və onun barəsində ciddi tədbir görulməsini xahiş etmişdir. -xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbi həmkarlar təşkilatının sədri Şahid2 müraciət edərək İddiaçı iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsini xahiş etmişdir. -İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 001 №-li həmkarlar təşkilatının iclası barədə bildirişdən görünür ki, Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin texnologiya müəllimi İddiaçı barəsində verilmiş təqdimata xx.xx.2023-cü il tarixdə saat 14:00-da “Məktəbin Həmkarlar Təşkilatında” Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin inzibati binasının müəllimlər otağında baxılacağı göstərilmiş və İddiaçı həmin iclasda iştirak etməsi xahiş olunmuşdur. - Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbinin müəllimləri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktından görünür ki, həmkarlar təşkilatının katibi X1 Tacirə Qiyas qızına xx.xx.2023-cü ildə məktəbin həmkarlar təşkilatının keçirəcəyi iclasa dəvət olunması barədə bildiriş təqdim etdikdə müəllimlər otağında təlimatla tanış olmadan səs küy salaraq qışqırıb onun övladlarına qarğış etmiş “sən kimsən mənə kağız gətirirsən?! Çıx otaqdan deyərək müəllimlər otağından qovmuş” Lamiyə müəllimə isə demişdir ki, “mən öz vəzifəmi yerinə yetirirəm və bura müəllimlər otağı olduğu üçün çıxmıram”. Bundan sonra TTİÜDM-i Şahid3 onu sakitləşdirməyə çalışsa da İddiaçı direktora, direktor müavininə və Lamiyə müəllimə nalayiq ifadələr işlədərək onları Göygöl rayon polis şöbəsinin rəisi ilə hədələmişdir. - Qızılca kənd R.Rzayev adına tam orta məktəbin TTİÜDM-i Şahid3 məktəbin direktoru Mehparə Qasımovaya xx.xx.2023-cü il tarixdə yazdığı izahatında xx.xx.2023-cü il tarixdə İddiaçı müəllimlər otağında səs tonunu qaldıraraq müəllimləri prokurorluğa və məhkəməyə verəcəyi ilə hədələdiyini, ona müdaxilə edərək hər gün müəllimlər otağında eyni sözlər dediyini, müəllim etik davranış qaydalarına zidd sözlər işlətdiyini, müəllimlərin səhhətinə mənfi təsir etdiyini, müəllimləri motivasiyadan saldığını və müəllimlərin bu cür motivasiya ilə dərs keçmələrini istəmədiyini bildirib, ona bu cür təhsil prosesinin gedişatına mənfi təsir göstərən halları dayandırması üçün göstəriş verdiyini göstərmişdir. -Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli 1 saylı protokolundan görünür ki, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli 56 nömrəli əmrdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmrlə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 56 nömrəli şiddətli töhmət verilməsi haqqında əmrin surətini almışdır. -TTİÜDM-i Şahid3 xx.xx.2024-cü il tarixli təqdimatında İddiaçı 29, 30, 31 yanvar 2024-cü il tarixlərində üzrsüz səbəbdən işdə olmadığını, sinif jurnalına baxış keçirən zaman bir sıra nöqsanlar aşkar edildiyini göstərmişdir. -xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin müəllimləri tərəfindən tərtib olunmuş aktda texnologiya müəllimi İddiaçı 29, 30, 31 yanvar 2024-cü il tarixlərində məktəbə hansı səbəbdən gəlməməsi barədə izahat tələb olunması və onun izahat verməkdən imtina etdiyi göstərilmişdir. - xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri Şahid2 müraciət edərək, İddiaçı Qızılca kənd R.Rzayev adına tam orta məktəbində iş vaxtı qanuna zidd hərəkətləri barədə həmkarların qərarının və rəyinin bildirilməsini xahiş etmişdir. -xx.xx.2024-cü il tarixdə Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri və üzvləri tərəfindən tərtib olunmuş aktda İddiaçı həmkarların iclasında iştirak edib izahat verməsi tələb olunsa da onun izahat verməkdən imtina etdiyi göstərilmişdir. -İşə davamiyyət cədvəlindən görünür ki, İddiaçı 2024-cü ilin yanvar ayının 29, 30, 31 günlərində cədvəli imzalamamışdır. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş iclası haqqında bildirişi alması barədə qəbzi imzalamışdır. -Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 08 fevral 2024-cü il tarixli 3 saylı protokolundan görünür ki, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. -Qızılca kənd həkim məntəqəsinin Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xəstə İddiaçı klimaks keçirmiş, qanaxma diaqnozu ilə həkim məntəqəsinə müraciət etmişdir. xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində xəstəyə tibbi yardım göstərilmişdir. -İşdə olan SD diskə məhkəmə iclasında baxış keçirilərkən video görüntüdədən müəyyən edildi ki, İddiaçı məktəbin müəllimlər otağında ucadan nalayiq ifadələr işlədərək məktəbin direktorunu təhqir etməsi məlum olmuşdur. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə 5-ci saat 6-cı sinif şagirdlərinə İddiaçı texnologiya dərsi keçməli olduğu halda şagirdlərdən evlərinə getmələrini tələb etmiş, məktəb rəhbərliyi şagirdləri qaytarıb dərsin keçirilməsini tələb edərkən İddiaçı nalayiq söyüşlər söyərək şagirdlərin və müəllimlərin gözü qarçısında etik davranış qaydalarına zidd olan nalayiq hərəkətlər etmiş, məktəbdə səs-küyü ilə bütün dərs sistemini pozduğundan xx.xx.2023-cü il tarixli 29 nömrəli əmri ilə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə məktəbin texnologiya müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verimişdir. Bundan başqa İddiaçı xx.xx.2023-cü il tarixdə üzürlü səbəb olmadan Qızılca kənd orta məktəbinə işə gəlmədiyi, nəticədə xx.xx.2023-cü il tarixdə 2-ci və 4-cü siniflərdə 5-ci saatı, 1-ci sinifdə 4-cü saatı tədris etməli olduğu təqdirdə tədris etmədiyindən ödənilməsi nəzərdə tutulan əmək haqqısının ödənməməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 42 nömrəli əmrində göstərilmişdir. Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onun əmək haqqısı həmin günlər üçün müvafiq əmrlərlə tutulmuşdur. Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli iclasının qərarına əsasən Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmri ilə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. İddiaçı həmin tarixdə ona şiddətli töhmət verilməsi haqqında əmrin surətini almışdır. Bundan sonra İddiaçı 29, 30, 31 yanvar 2024-cü il tarixlərində işə gəlməli olduğu halda üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, öz əmək funksiyalarını yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixdə təqdimatla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin həmkarlar təşkilatının sədri Şahid2 müraciət edilərək, bu barədə həmkarların qərarının və rəyinin bildirilməsi xahiş edilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixə saat 14:00-a təyin edilmiş iclası haqqında bildirişi alması barədə qəbzi imzalamış, Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 08 fevral 2024-cü il tarixli 3 saylı qərarı ilə Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Göygöl rayonu üzrə Təhsil Sektorunun Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktorunun 12 fevral 2024-cü il tarixli, 59 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə olan əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş və Bağırova X7 R.Rzayev adına tam orta məktəbin texnologiya müəllimliyi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 186–cı maddəsinin 1–ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui–istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2–ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10–cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4–i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70–ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalı, həmçinin, hazırkı fərdi əmək mübahisəsinin predmetinin işəgötürən tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi ilə bağlı münasibətlər olduğundan mübahisənin düzgün həll edilməsi üçün Əmək Məcəlləsinin 72–ci maddəsində sadalanan əsasların olub–olmaması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına və yuxarıda sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktoru tərəfindən iddiaçının işdən azad edilməsinə, yəni əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas, Əmək Məcəlləsinin 72–ci maddəsinin “a” və “ə” bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72–ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə rəsmi icazə almadan və heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmiş və nəticədə tədris etməli olduğu dərs fənlərini sinif şagirdlərinə tədris etməmiş ona görə də onun əmək haqqısı həmin günlər üçün müvafiq əmrlərlə tutulmuş, həmçinin Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli iclasının qərarına əsasən onun məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmışdır. İddiaçı bununla kifayətlənməyərək, müxtəlif vaxtlarda məktəbin müxtəlif müəllimlərinə qarşı nalayiq ifadələr işlədərək, müəllim etikasına zidd olan hərəkətlər etmişdir. (Bu hallar məhkəmə iclası zamanı dindirilmiş şahidlərin ifadələrində və SD diskdə olan görüntülərdə öz əksini tapmışdır.) Buna görə də, Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmri ilə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət ” verilmişdir. İddiaçı həmin tarixdə ona şiddətli töhmət verilməsi haqqında əmrin surətini almasına baxmayaraq, yenidən əmək intizamını pozaraq, 29, 30, 31 yanvar 2024-cü il tarixlərində işə gəlməli olduğu halda üzürlü səbəb olmadan, heç bir rəsmi icazə almadan bütün iş günü işə gəlməmiş, öz əmək funksiyalarını yerinə yetirməmişdir. Ona görə də işəgötürən Göygöl rayon Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının xəstəliyi ilə bağlı iddia ərizəsində, həm də məhkəmə iclası zamanı iddiaçının 29, 30, 31 yanvar 2024-cü il tarixlərdə səhhətində narahatçılıq olduğuna görə işə çıxa bilmədiyini, bununla bağlı 28 yanvar 2024-cü il tarixdə məktəbin direktoruna icazə alması üçün zəng etməsi, məktəbin fəaliyyətinə hər haslı bir zərərin dəyməməsi ilə bağlı qeyd etdiklərinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 29 yanvar 2024-cü il tarixdə İddiaçı ona müraciət etdiyini, ona evində iynə vurduğunu, 30 və 31 yanvar 2024-cü il tarixlərində Tacirənin iynə vurdurmaq üçün məntəqəyə gəldiyini, Tacirəyə ancaq ilkin tibbi yardım göstərdiyini və İddiaçı arayış tələb etmədiyindən ona xəstəliyi ilə bağlı arayış vermədiyini göstərmiş olsa da, İddiaçı onun həqiqətən həmin tarixlərdə müalicədə olduğunu təsdiq edən sənədi cavabdeh təşkilata təqdim etməmiş, məlumatı olduğu halda həmkarların iclasında iştirak etməmiş, həmçinin məktəbin direktoruna zəng etməsini və işlədiyi təşkilata məlumat verə bilməməsinin ondan aslı olmayan səbəblərdən mümkün olmamasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və iddiaçının qeyd etdiyi dəlillər məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında şahid ifadələri ilə müəyyən edilmişdir, İddiaçı 2024-cü ilin yanvar ayında şagirdlər tətilə buraxılan gündən bir gün əvvəl müəllimlər otağında müəllimlər üçün iş günü olduğu, həmin günlərə görə əmək haqqı yazılacağı onun diqqətinə çatdırılmış, həmin vaxt onun “mən gəlməyəcəm” demişdir. Bundan əlavə məktəbdə rüblük hesabat verilməsi üçün müəllimlərin summativlərin çıxarılması və jurnalların yazılaraq təqdim edilməsi İddiaçı 29, 30 və 31 yanvar 2024-cü il tarixlərdə səbəbi barədə məlumat vermədən məktəbə gəlməməsi səbəbindən mümkün olmamış, məktəbin iş rejimi pozulmuşdur. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü ildə, xx.xx.2023cü ildə və xx.xx.2023-cü ildə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, öz əmək funksiyalarını yerinə yetirməməsinə görə onun əmək haqqısı həmin günlər üçün müvafiq əmrlərlə tutulmuş, hətta Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin həmkarlar Təşkilatının 20 dekabr 2023-cü il tarixli iclasının qərarına əsasən Göygöl rayonu R.Rzayev adına Qızılca kənd tam orta məktəbin texnologiya müəlliməsi İddiaçı məktəbdən kənarlaşdırılmasının məqsədə müvafiq olması qərara alınmış, bundan sonra Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 nömrəli əmri ilə İddiaçı müəllimlərə qarşı nalayiq sözlər işlətməsinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsinə baxmayaraq o ona verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80–ci maddəsinin 1–ci hissəsinə əsasən bu Məcəllənin 70–ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80–ci maddəsinin 3–cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Göygöl rayonu Qızılca kənd R.Rzayev adına tam orta məktəbin direktoru Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə, hesab edir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 70–ci maddəsinin «ç» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189–cu maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbin direktorunun xx.xx.2024–cü il tarixli 59 nömrəli əmri qanuni və əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən, qanunun tələblərinə əməl etmiş və əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə göstərilən əsaslar iddiaçıya münasibətdə tam şəkildə mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci” tələbinə dair iddiası təmin edilməməlidir, onun tərəfindən ödənilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Göygöl rayon Qızılca kənd R.Rzayev adına Tam Orta Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, mediasiya xərci” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-486/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-486/2024
20.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver