Məhkəmə qərarları › İş №2(066)-492/2023

Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-492/2023

05.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-492/2023 05.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakım Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı xanlar rayon notariusunun 228239 saylı alqı satqı müqaviləsi ilə evlə birlikdə torpaq sahəsinin satılmasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 05 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldırıb Xanlar rayon notariat kontorunun 228239 saylı, 14 iyul 2004-cü il tarixli, alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan (JN-169F, KOD 50807005 saylı) 0.08 ha torpaq sahəsinin satılmasının müəyyən edilməsi, qəbul edilmiş qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi və Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən JN-169F, KOD 50807005 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.08 ha torpaq sahəsinin özünün mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı tərəfindən məhkəməyə 05 may 2023-cü il tarixdə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, Cavabdeh qarşı alqı-satqı müqaviləsi ilə evlə birlikdə torpaq sahəsinin satılmasının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, alqı-satqını 14 iyul 2004-cü il tarixdə edəndən sonra cavabdeh köçüb getmişdir. Cavabdehin hal-hazırda harsada olduğu barədə məlumatı yoxdur. Odur ki, mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, Cavabdeh ilə 14 iyul 2004-cü il tarixdə razılaşaraq ona məxsus Göygöl rayon Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0.08 ha torpaq sahəsini almışdır. Onlar alqı-satqını 14 iyul 2004-cü il tarixdə Xanlar rayon Notariat kontorunda rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsi bağlayarkən belə razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus evi və torpaq sahəsini alır və cavabdehdə ona həmin evlə birlikdə torpaq sahəsini də satır. Lakin həmin dövrün tələbinə uyğun olaraq alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması göstərilməmişdir. Həmin dövrdə (alqı-satqı müqaviləsini təsdiq edən) Xanlar rayon notariusuna torpaq sahəsinin də satılmasını alqı-satqı müqaviləsində göstərməyini bildirsə də, alqı-satqı müqavilələrində torpaq sahəsinin satılması göstərilməmişdir. O alqı-satqı müqaviləsini rəsmiləşdirdikdən sonra evə dair qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. Özü DƏDRX-yə evə dair çıxarış almaq üçün müraciət etmək istədik də ona bildirmişlər ki, torpaq sahəsi birinci mülkiyyətçinin adına olduğundan torpaqla bağlı çıxarış verə bilmirlər, yenidən mülkiyyətci ilə torpaq sahəsinə dair alqı-satqı olunması məsləhət görülmüşdür.Bildirmək istəyir ki, sözü gedən evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinə dair Cavabdeh adına JN-169F saylı, KOD50807005 saylı şəhadətnamə işlənmişdir. Ona Cavabdeh Yeni Qızılca kəndinin hansı hissəsində yaşaması məlum olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəzərə catdırır ki, evi alan müddətdə kecmiş əri X2 daşımışdır. Lakin 15 oktyabr 2015-ci il tarixdə boşanmışlar. Ona görə də ata soyadı Mahmudova soyadını qəbul etmişdir. Mülki Məcəllənin xx.xx.2005-ci il tarixə qədər qüvvədə olmuş 332-ci maddəsinin tələblərinə (sadə yazılı formada bağlanan əqdlərin bağlanması qaydasına) riayət etməklə alqı-satqı bağlandığından alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və əmlak adına rəsmiləşdirilməlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahidlər X5, X7 və X3 məhkəmə iclasında ifadə verərək iddiaçı ilə qonşu olmalarını, İddiaçı 2004-cü ildən Göygöl rayonunun Yeni Qızılca kəndində 0.08 ha torpaq sahəsində yerləşən evdə mübahisəsiz öz ailə üzvləri ilə birlikdə yaşamasını, özlərinin 1990-cı ildən həmin kənddə yaşamalarını, İddiaçı sonradan alqısatqı yolu ilə evi və torpaq sahəsini Cavabdeh satın alıb orada yaşamasını təsdiq etdilər. İşdə olan 2004-cü il tarixli, 17 inventar nömrəli, 7/1775 B qeyd nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Xanlar (indiki Göygöl) rayon Yeni Qızılca kəndində yerləşən 2 otaqlı, ümumi sahəsi 101.9 kv.m dən ibarət ev bütövlüklə Quliyeva (Mahmudvova) Gülüş Şəmil qızının mülkiyyətindədir. İşdə olan 228239 nömrəli 14 iyul 2004-cü il tarixli müqavilədən görünür ki, Gəncə şəhəri Kommunist küçəsi bina 19 mənzil 33 də yaşayan Cavabdeh özünə məxsus olan Xanlar rayon Yeni Qızılca kəndində 820 kv.m torpaq sahəsində yerləşən 2 otaqlı yaşayış evini Xanlar rayon Qızılca kəndində yaşayan X1. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-169F, KOD 50807005 saylı Şəhadətnamədən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsi verilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Yeni Qızılca kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 fevral 2023-cü il tarixli arayışından görünür ki, Göygöl rayonunun Yeni Qızılca kəndində Cavabdeh adına olan JN-169 F torpaq şəhadətnaməsinə əsasən 0.08 ha həyətyanı torpaq sahəsində yaşayış evi var. Həmin yaşayış evi torpaq sahəsi ilə birgə hal-hazırda İddiaçı istifadəsindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Yeni Qızılca kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 fevral 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayonu Yeni Qızılca kəndində yaşayış evi var və yaşayır. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmədə müəyyən olur ki, Cavabdeh mülkiyyətində olan Göygöl rayonu Yeni Qızılca kəndində 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev 2004-cü ildə İddiaçı satılmışdır və həmin vaxtdan torpaq sahəsi sonuncunun istifadəsindədir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Xanlar rayon notariat kontorunun 228239 saylı, 14 iyul 2004-cü il tarixli, alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan (JN-169F, KOD 50807005 saylı) 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması müəyyən edilməli, və Göygöl rayonunun, Yeni Qızılca kəndində yerləşən JN-169F, KOD 50807005 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 222, 227, 230, 260, maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Xanlar rayon notariat kontorunun 228239 saylı, 14 iyul 2004-cü il tarixli, alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan (JN-169F, KOD 50807005 saylı) 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması müəyyən edilsin. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən JN-169F, KOD 50807005 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilsin. Qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar