Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-5/2025 03.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli Çıxarışla Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 0,0872 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsində qanunsuz apardığı işlərin onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə hazırlıq iclasında baxılarkən İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, hazırda cavabdehin istifadəsində olan 4.2 kv.m torpaq sahəsinin 500 (beş yüz) manata satılması ilə bağlı razılığa gəldiklərini, bu səbəbdən hazırkı iddia tələbi üzrə mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, hazırda iddiaçıya məxsus olan və onun faktiki istifadəsində olan 4.2 kv.m torpaq sahəsinin 500 (beş yüz) manata alınması ilə bağlı razılaşdıqlarını, bu səbəbdən bu səbəbdən hazırkı iddia tələbi üzrə mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş, əlavə olaraq 50 manat məbləğində ekspertiza xərcini ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi geri istənildiyindən məhkəmə xərci Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-5/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-5/2025
03.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver